Məhəbbət haqqında daha bir əfsanə
01.10.2013 [10:06]
“28 Cinema” kinoteatrında Azərbaycanın Xalq yazıçısı Elçinin “Mahmud və Məryəm” romanı əsasında çəkilmiş eyniadlı filmin nümayişi olub.
Tədbir yenicə çapdan çıxmış dördüncü nömrəsinin üz qabığını çoxdan gözlənilən filmin baş qəhrəmanlarının çoxdan bəzədikləri “Nargis” jurnalı tərəfindən təşkil edilib.
“28 Cinema” kinoteatrından AzərTAc-a bildiriblər ki, tədbirdə romanın müəllifi, Xalq yazıçısı Elçin, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, M.V.Lomonosov adına Moskva Dövlət Universiteti Bakı filialının rektoru Nərgiz Paşayeva, Türkiyənin Azərbaycandakı səfiri İsmail Alper Coşkun, filmin rejissoru Mehmet Ada Öztəkin, prodüseri Sevda Kayğısız və bu ekran əsərinin bütün aktyor heyəti iştirak ediblər.
Son dərəcə gözəl filmdə baş rolların ifaçıları - türkiyəli aktyor Aras Bulut İynəmli və Qazaxıstandan olan Eva Dedova gecəyə Jan Ateliernın eksklüziv kolleksiyasından olan geyimdə gəliblər.
Filmdə görkəmli azərbaycanlı aktyor Fəxrəddin Manafovu və aktrisa Məlahət Abbasovanı da görmək çox xoş olub.
Gecəni “Nargis” jurnalının baş redaktoru Ülviyyə Rəhmanova açıb. O, filmin nümayişinə toplaşmış qonaqları salamlayıb və bu işin həyata keçməsində əməyi olan hər kəsə minnətdarlığını bildirib.
Daha sonra qonaqlar qarşısında Əbulfəs Qarayev, İsmail Alper Coşkun və Xalq yazıçısı Elçin çıxış ediblər.
Nəfis furşetdən sonra qonaqlar filmi izləmək üçün zala keçiblər.
Türkiyənin “24 Kare Film” şirkəti tərəfindən ekranlaşdırılmış ekran əsəri Ziyad xanın oğlu Mahmud və keşişin qızı Məryəmin faciəvi məhəbbətindən bəhs edir. Bu layihə Azərbaycan və Türkiyə kinematoqraflarının birgə səmərəli fəaliyyəti sayəsində ərsəyə gəlib.
Bu, mümkün olmayan maneələri aşan məhəbbət haqqında daha bir əfsanədir. Bu cür məhəbbət inanılmazdır və ona görə də bütün zamanlarda faciəvidir. Reallıq burada möcüzə ilə sıx qarışıb və bu izah ediləbiləndir: bu cür məhəbbət - həmişə möcüzədir.
Xəbər lenti
Hamısına baxGündəm
01 Oktyabr 12:55
İdman
01 Oktyabr 12:49
Hadisə
01 Oktyabr 12:46
Siyasət
01 Oktyabr 12:27
Yeni texnologiyalar
01 Oktyabr 12:13
Siyasət
01 Oktyabr 12:11
Siyasət
01 Oktyabr 11:43
Sosial
01 Oktyabr 11:16
YAP xəbərləri
01 Oktyabr 11:14
Xəbər lenti
01 Oktyabr 11:09
Gündəm
01 Oktyabr 11:04
İqtisadiyyat
01 Oktyabr 10:58
Siyasət
01 Oktyabr 10:36
Analitik
01 Oktyabr 10:24
Analitik
01 Oktyabr 09:45
Sosial
01 Oktyabr 09:19
Mədəniyyət
01 Oktyabr 08:52
Sosial
01 Oktyabr 08:36
Gündəm
01 Oktyabr 08:10
Mədəniyyət
30 Sentyabr 23:53
Hadisə
30 Sentyabr 23:41
Dünya
30 Sentyabr 23:00
YAP xəbərləri
30 Sentyabr 22:49
Elm
30 Sentyabr 22:37
Dünya
30 Sentyabr 22:05
Dünya
30 Sentyabr 21:25
Dünya
30 Sentyabr 21:18
Dünya
30 Sentyabr 20:52
İqtisadiyyat
30 Sentyabr 20:29
Elm
30 Sentyabr 20:15
Dünya
30 Sentyabr 19:45
Dünya
30 Sentyabr 19:37
İqtisadiyyat
30 Sentyabr 19:23
Dünya
30 Sentyabr 18:21
Elanlar
30 Sentyabr 17:56
Asiya
30 Sentyabr 17:53
Dünya
30 Sentyabr 17:25
Dünya
30 Sentyabr 16:49
Dünya
30 Sentyabr 16:17
Gündəm
30 Sentyabr 16:01
Dünya
30 Sentyabr 15:54
Daxili siyasət
30 Sentyabr 15:29
Dünya
30 Sentyabr 14:43
Xəbər lenti
30 Sentyabr 14:15
Ədəbiyyat
30 Sentyabr 13:43
Sosial
30 Sentyabr 13:37
Dünya
30 Sentyabr 13:10
İqtisadiyyat
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:08
Gündəm
30 Sentyabr 13:07
Sosial
30 Sentyabr 13:02
Sosial
30 Sentyabr 12:48
Gündəm
30 Sentyabr 12:46
Gündəm
30 Sentyabr 12:19
Siyasət
30 Sentyabr 12:13
Elm
30 Sentyabr 12:10
İqtisadiyyat
30 Sentyabr 12:09
İqtisadiyyat
30 Sentyabr 11:52
İqtisadiyyat
30 Sentyabr 11:25
Analitik
30 Sentyabr 10:43
Analitik
30 Sentyabr 10:16
Gündəm
30 Sentyabr 10:07
Sosial
30 Sentyabr 10:06
Gündəm
30 Sentyabr 10:05
Ədəbiyyat
30 Sentyabr 09:48
Analitik
30 Sentyabr 09:23
Sosial
30 Sentyabr 08:50
Sosial
30 Sentyabr 08:38
Gündəm
30 Sentyabr 08:11
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | ||||
| 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 |
| 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 |
| 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 |
| 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 |

