Hər dil bir körpüdür...
26.09.2025 [08:51]
Multilingualizm müxtəlif mədəniyyətləri bir araya gətirir
Dil yalnız ünsiyyət vasitəsi olmaqla qalmır, eyni zamanda mədəniyyətin və kimliyin daşıyıcısıdır. Hər bir dil özünəməxsus düşüncə tərzini, tarixini və dəyərlərini daşıyır. Avropada danışılan 200-dən çox dil zəngin mədəniyyətin və tarixi müxtəlifliyin aynasıdır. Bu dillər yalnız regional ərazidə deyil, bir-birini anlayan xalqlar arasında körpü rolu oynayır. Artıq 24 ildir ki, hər il sentyabrın 26-da Avropa Dillər Günü kimi qeyd olunur. Həmin təqvim 2001-ci il 6 dekabrda Avropa Şurası tərəfindən təsis edilib. Növbəti il sentyabrın 26-dan etibarən üzv dövlətlər bu günlə əlaqədar müxtəlif tədbirlər təşkil etməyə başlayıblar. Avropa Dilləri Gününün qeyd edilməsinin əsas məqsədi hər kəsi ikinci və ya üçüncü dil öyrənməyə təşviq etmək, həmçinin bir neçə dilbilmənin mədəniyyətlərarası anlayışı artırdığını aşılamaqdır. Bu qaydalara uyğun olaraq, gənc və yaşlı insanlar bir dil seçməyə və ya mövcud dil bacarıqları ilə xüsusi qürur duymağa təşviq olunur. Həmçinin insanların bir sıra dilləri öyrənməsini asanlaşdırmaq və dilləri təşviq etmək üçün siyasət təşəbbüslərini dəstəkləmək üçün çağırışlar edilir. Bu gün münasibətilə, Avropada uşaqlar üçün tədbirlər, televiziya və radio proqramları, dil dərsləri və konfranslar da daxil olmaqla bir sıra tədbirlər keçirilir. Avropa Dillər Günü üçün nəzərdə tutulan 36 dildə veb-sayt mövcuddur. Saytda yüzlərlə tədbir və fəaliyyət xüsusi təqvimdə qeyd olunur. Avropa Dillər Günü çərçivəsində Avropa və digər qitələrdə baş verən fəaliyyətlər bu saytda, əsasən, məktəblər, universitetlər, dil və mədəniyyət institutları, birliklər və Avropa Komissiyasının tərcümə sahəsindəki ofisləri tərəfindən qeyd olunur.
Avropada ən populyar dil
Avropada təxminən 225 yerli dil mövcuddur. Bu da dünya dillərinin təxminən 3 faizini təşkil edir. Avropa dillərinin çoxu Hind-Avropa mənşəlidir. 18-ci əsrin sonlarından etibarən Avropanın ən geniş yayılmış dili (həm coğrafi, həm də ana dilində danışanların sayı baxımından) fransız dilini əvəz edən rus dilidir. Yalnız ana dilində danışanları nəzərə alsaq, gündəlik 150 milyon avropalı rus dilində danışır, daha sonra alman dili (təqribən 95 milyon), türk (təqribən 80 milyon), ingilis və fransız (hər biri 65 milyon), italyan ( 60 milyon), ispan və polyak (hər biri 40 milyon), ukrayna (30 milyon) və rumın (26 milyon). Xarici dil araşdırmalarına gəlincə, hazırda Avropada ən populyar xarici dil ingilis dilidir, ardından alman, fransız, italyan, rus və ispan dilləri gəlir.
Çoxdillilik-multilingualizm...
Avropa Birliyinin (AB) “Avropalılar və onların dilləri” sorğusuna görə, AB vətəndaşlarının 56 faizi (25 üzv dövlət) ana dilindən başqa bir dildə danışır, lakin 44 faizi ana dilindən başqa heç bir dil bilmədiyini etiraf edir. Bununla birlikdə, 28 faizi iki xarici dil bilir. AB vətəndaşları arasında 38 faiz ingilis dilini, 14 faiz fransızca və ya almanca, 7 faiz rusca, 5 faiz ispanca və 3 faiz italyanca bildiklərini qeyd edib.
İmmiqrasiyanın artması isə Avropada yeni mərhələni - çoxdilli Qərb mərhələsini formalaşdırıb. Məsələn: Londonda təxminən 300 dildə danışılır ki, ən populyarları ingilis, fransız, çin, polyak, rus, ispan, portuqal, ərəb, benqal, fars, türk, kürd, berber, hindi, urdu, pəncabi və s-dir. Avropa Birliyi isə daim həm institusional işlərində, həm də vətəndaşları üçün bir məqsəd olaraq çoxdilli siyasətinə sadiqdir. 2002-ci ildə AB-nin Barselonadakı zirvəsində, uşaqların erkən yaşlarından ən azı iki xarici dil öyrənməsi hədəflənib. AB üçün çoxdillilik işçilərin mobilliyi və Avropa iqtisadiyyatı ilə əlaqələndirilir. Avropa Birliyi, Sokrat və Leonardo da Vinci proqramları vasitəsi ilə dil öyrənmə və dil müxtəlifliyini təşviq etmək üçün ildə 30 milyon avrodan çox pul xərcləyir.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
23 Avqust 12:46
Gündəm
23 Avqust 12:15
İdman
23 Avqust 11:45
Sosial
23 Avqust 11:24
Sosial
23 Avqust 11:23
Xəbər lenti
23 Avqust 11:19
Gündəm
23 Avqust 11:17
Gündəm
23 Avqust 11:11
Dünya
23 Avqust 10:30
Dünya
23 Avqust 09:25
Dünya
23 Avqust 08:18
YAP xəbərləri
23 Avqust 07:59
Dünya
22 Avqust 23:58
Dünya
22 Avqust 23:41
Dünya
22 Avqust 22:58
Dünya
22 Avqust 22:37
Dünya
22 Avqust 21:59
Dünya
22 Avqust 21:34
Gündəm
22 Avqust 21:21
Dünya
22 Avqust 20:58
Dünya
22 Avqust 20:35
Dünya
22 Avqust 19:55
Dünya
22 Avqust 19:15
Sosial
22 Avqust 18:50
İqtisadiyyat
22 Avqust 18:27
İdman
22 Avqust 17:41
İdman
22 Avqust 17:10
Sosial
22 Avqust 16:45
Mədəniyyət
22 Avqust 16:20
Mədəniyyət
22 Avqust 15:35
Sosial
22 Avqust 15:20
İqtisadiyyat
22 Avqust 14:54
Sosial
22 Avqust 14:10
Sosial
22 Avqust 13:57
İdman
22 Avqust 13:37
Siyasət
22 Avqust 12:48
Gündəm
22 Avqust 11:55
Gündəm
22 Avqust 11:30
Gündəm
22 Avqust 11:15
MEDİA
22 Avqust 10:55
İqtisadiyyat
22 Avqust 10:40
İqtisadiyyat
22 Avqust 10:20
Sosial
22 Avqust 09:55
Analitik
22 Avqust 09:45
Elm
22 Avqust 09:30
Mədəniyyət
22 Avqust 09:15
Ədəbiyyat
22 Avqust 08:48
Dünya
21 Avqust 23:57
Dünya
21 Avqust 23:34
Dünya
21 Avqust 22:58
Dünya
21 Avqust 22:32
Dünya
21 Avqust 21:59
Dünya
21 Avqust 21:38
Dünya
21 Avqust 20:57
Dünya
21 Avqust 20:35
Dünya
21 Avqust 19:55
Dünya
21 Avqust 19:35
İdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45
Mədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15
Elm
21 Avqust 15:55
Gündəm
21 Avqust 15:50
Elm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58

