Nazir müavini: Qərbi Azərbaycanla bağlı təqdimatlar tariximizi daha çox tanıtdıracaq
01.06.2025 [11:40]
Azərbaycan Mədəniyyət Nazirliyi xaricdə keçirilən tədbirlərində Qərbi Azərbaycanın mədəni irsinə də xüsusi yer ayırır.
Bu fikirləri Ankarada səfərdə olan mədəniyyət nazirinin müavini Səadət Yusifova AZƏRTAC-a açıqlamasında bildirib.
Nazir müavini qeyd edib ki, Qərbi Azərbaycanda formalaşmış Azərbaycan mədəni mühitinin ən görkəmli nümayəndələrindən biri olan, XIX əsrdə İrəvanda yaşamış məşhur rəssam, portretçi və ornamentçi Mirzə Qədim İrəvaninin anadan olmasının 200 illiyi münasibətilə Ankarada film nümayişi və sərgi təşkil edilib. “Ümid edirik ki, bu kimi mədəni tədbirlər Azərbaycan ilə Türkiyə arasında mövcud olan mədəni dialoqu daha da gücləndirəcək, dövlət başçılarımızın həyata keçirdiyi vahid Türk dünyası siyasətinə töhfə verəcək və xalqlarımız arasında bağların möhkəmlənməsinə xidmət edəcək,” – deyə Səadət Yusifova vurğulayıb.
Onun sözlərinə görə, müxtəlif ölkələrdə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzləri Qərbi Azərbaycanın mədəni irsinin təbliğində fəal iştirak edirlər. Nazir müavini əlavə edib ki, Azərbaycan Mədəniyyət Nazirliyinin sifarişi ilə istehsal olunmuş, Mirzə Qədim İrəvaninin yaradıcılığına həsr edilmiş “Cənnət yuxusu” adlı bədii-sənədli film xarici dillərə tərcümə olunaraq digər ölkələrin sənətsevərlərinə də təqdim ediləcək.
“Bu film vasitəsilə, həmçinin indiki Ermənistan ərazisindən deportasiya olunmuş azərbaycanlıların və onların yaratdığı mədəni irsin faciəli taleyi dünya ictimaiyyətinə çatdırılır. Ümid edirik ki, bu təqdimatlar Azərbaycan tarixinin beynəlxalq aləmdə daha geniş tanıdılmasına xidmət edəcək, son iki əsrdə xalqımızın üzləşdiyi çətinlikləri türkiyəli qardaşlarımız daha dərindən anlayacaq və hiss edəcək”, - deyə Səadət Yusifova bildirib.
Xəbər lenti
Hamısına baxDünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10

