QƏDİM İRƏVANIN “QIZIL ŞƏFƏQ”İ
23.05.2025 [09:12]
Uğurlu fəaliyyəti nəticəsində artıq gündəlik nəşr olunan bu mətbuat orqanı nəinki Cənubi Qafqazda, keçmiş SSRİ-də nəşr edilən mətbuat orqanları arasında böyük nüfuz qazana bilmişdi. Qəzetin 1000-ci nömrəsinin çapdan çıxması münasibəti ilə Cənubi Qafqazda və basqa yerlərdə nəşr olunan bir sıra mətbuat orqanları qəzetin redaksiyasına təbrik məktubu göndərmiş və yaradıcı kollektivə uğurlar arzulamışlar. Belə mətbuat orqanlarından Azərbaycanda çıxan “Kommunist” (redaktoru Əli Aslanov), “Yeni yol”, “Bakinski raboçi”, “Gənc işçi” (redaktoru Qəzənfər Məhəmmədov), “Şərq qapısı” (Naxçıvan), “Yeni kənd” (redaktoru Teymur Hüseynov), “Zarə Vostoka” (Tiflis), “Narubeje Vostoka”, “Krestyanskaya qazeta” (Moskva) “Vışka” (Bakı) göstərmək olar. Azərbaycan dilində çıxan yerli mətbuat orqanlarından “Bolşevik surəti”, “Zərbəçi kolxozçu” (Vedibasar, baş redaktoru Rza Vəlibəyov, o, eyni zamanda Dəvəli MTS-in rəisi vəzifəsində çalışırdı), “Qırmızı Basarkeçər”, İrəvan Azərbaycanlı Pedaqoji Texnikumunun və Azərbaycanlı Kənd Təsərrüfatı Texnikumunun kollektivi, Ağbaba maarif şöbəsinin müdiri Əsgər Cəfərov, Savadsızlığı tövsiyyə cəmiyyəti, Bakıdan şair Hüseyn Fərrux “Qızıl” İrəvanın “Qızıl şəfəq”inə” adlı şeiri ilə “Qızıl şəfəq”in 10 illiyi və 1000-ci nömrəsinin işıq üzü görməsi münasibəti ilə bu mətbuat orqanını təbrik etmişdi. Bu da qəzetin gərgin fəaliyyətinə verilən ictimai dəyər idi. Qəzet özünün 1000-ci nömrəsinin çapdan çıxması münasibəti ilə rəngli formatda xüsusi yubiley nömrəsi buraxmışdır. Həmin dövrdə qəzetin fəaliyyətində qadın müxbirlərinin sayının artması da diqqəti cəlb edir. Bu illərdə Mənzərə Axundova, Siddiqə Abbasova, Rübabə Babayeva, Şaman Süleymanova, Nabat İbrahimova, Xədicə Mirzəyeva, Firəngiz İmaməliyeva, Lala İsmayılova, Rəfiqə Fətullayeva, Ənvər Rizayeva, Tərifə İsmixanova, Kübra İbrahimova, Səkinə Əliyeva, regionlarda yaşayan və müxtəlif sahələrdə çalışan aktiv qadınlar Nabat Gəncəliyeva, Ballı İsgəndərova, Telli Tahirli (Zəngəzur), Surə Ağayeva, Mirvari Əliyeva (İrəvan), Həqiqə Babayeva (Uluxanlı), Xırda xanım Şadlinski (Vedi), Cəvahir Əliyeva (Ağbaba), İrəvan firqə məktəbinin tələbələri Qəmər Rizayeva, Teyfə Mustafayeva, Zəkiyə Bağırova, İrəvan Azərbaycanlı Pedaqoji Texnikumunun tələbəsi Səriyyə Kazımova, İrəvan əmələ fakültəsinin türk şöbəsinin tələbəsi Fəridə Əsgərova, Bakıdakı Pedaqoji Texnikumda təhsil alan irəvanlı qadın tələbələrdən Seda Qədimova, Lətifə Bağırova, Nəzirə Axundova və başqaları “Qızıl şəfəq” qəzetinin yayılmasında və abunə kampaniyasında çox aktiv iştirak etmişdilər. Qəzetin səhifələrində Fatma Aslanova, İrbaba Bağırova kimi fəal qadın müəlliflərin müxtəlif məzmunlu yazıları dərc edilmişdir.
Qəzetin fədakar kollektivinin fəaliyyəti sayəsində bu mətbu orqanın nüfuzu onun Azərbaycanda və başqa şəhərlərdə çıxan mətbuat orqanları ilə əlaqələrinin qurulması və möhkəmlənməsinə də çox böyük təsir göstərirdi. Bu mətbuat əlaqələrini “Qızıl şəfəq” qəzetinin “Yeni yol” qəzetinin 10, “Bakinski raboçi” qəzetinin 25, “Gənc işçi” qəzetinin 10, “Şərq qapısı” qəzetinin 10, Bakıda Azərbaycan dilində çıxan “Kommunist” qəzetinin 10 illik yubileyləri münasibəti ilə göndərdiyi təbrik məktubları bir daha təsdiq edir.
Qəzetin uğurlu fəaliyyəti erməni şovinist dairələrində qıcıq yaratdığından qəzetin ünvanını tez-tez dəyişməklə onun artan nüfuzuna və möhkəmlənməsinə hər vasitə ilə maneçilik törətməyə çalışmışlar. Daimi redaksiyası olmayan qəzetin redaksiyası 1929-cu ildə Engels küçəsi 4, kənd təsərrüfatı bankının binasında, Abovyan 35-də, 1933-cü ildə Knunyan ev 23-də, 1934-cü ildə İrəvan firqə komitəsinin ikinci mərtəbəsində, 1936-cı ildə Qnuni küçəsi 32-də, mənzil kooperativ binasında və s. yerləşirdi. Erməni şovinist dairələrinin qəzetin ünvanlarının belə tez-tez dəyişməsi həm də bu mətbu orqanı oxucu kütləsi ilə canlı təmasdan məhrum etmək, müxbirlərdən təcrid etmək məqsədi güdürdü.
Belə ki, 1932-ci ildə Ermənistanda 10 mərkəzi, 13 rayon, 1933-cü ildə 13 mərkəzi, 18 rayon qəzeti, 1934-cü ildə isə 55 qəzet nəşr edildiyi halda, bunlardan yalnız Azərbaycan dilində 1 mərkəzi üç rayon qəzeti nəşr edilirdi. 13 mərkəzi qəzetin isə 7-si gündəlik nəşr edilirdi ki, bunların da hamısı erməni dilində çıxan qəzetlər idi. Erməni dilli mətbuat orqanları hərtərəfli diqqət və qayğı ilə əhatə olunduğu halda, Qərbi Azərbaycanda ana dilində yeganə mərkəzi mətbuat orqanı olan “Qızıl şəfəq” qəzeti isə bu qayğılardan məhrum idi.
1932-1933-cü illərdə qəzetlə əməkdaşlıq edən yeni müxbirlər, ziyalı və yaradıcı insanlar Abbas Tahir, Nəsib Əfəndiyev, Xəlil Səfərov, Əli Şahin, Sərdar Cəlal, Əli Əliyev, Abbas Azəri və s. göstərmək olar. Bütün bu imzalar və müxtəlif mövzulu məqalələr qəzetin ətrafına güclü heyət topladığını bir daha təsdiq edir.
Bütün bunlara baxmayaraq, “Qızıl şəfəq” qəzeti öz fəaliyyətini uğurla davam etdirir və mətbuat orqanları arasında öz yerini daha da möhkəmləndirirdi. 1935-ci ildə Azərbaycan yazıçılarından Məmməd Səid Ordubadi, Mikayıl Müş?iq, Sabit Rəhman, Mehdi Hüseyn, Yusif bəy Vəzirovdan ibarət nümayəndə heyəti İrəvanda olarkən “Qızıl şəfəq” qəzetinin redaksiyasında olmuş, qəzetin məsul redaktor əvəzi Ələmdar Haşımovla görüşmüşlər. Həmin görüşdə redaksiyanın əməkdaşları Əbülfət İbrahim, Abbas Azəri və başqaları da iştirak etmişlər. Görkəmli yazıçı və şairlər “Qızıl şəfəq” qəzetinin fəaliyyəti ilə yaxından tanış olub, qəzetin azərbaycanlı əhali arasında böyük iş apardığını və yaradıcı soydaşlarımızın bədii yaradıcılığının inkişafında böyük rol oynadığını xüsusi qeyd etmişlər. Mehdi Hüseyn çıxışında azərbaycanlı şair və yazıçılarının çap olunmaq üçün əsərlərini Azərbaycanda nəşr edilən mətbuat orqanlarına da göndərmələrini bu yöndə onlara köməklik göstərmələrini də bildirmişdir. Qəzet nümayəndə heyətinin İrəvan pedaqoji məktəbinin müəllim və tələbə heyyəti ilə keçirdiyi görüşü işıqlandırmış və onların çıxışlarından müəyyən hissələri dərc etmişdir. Həmin görüşlə bağlı qəzetdə dərc olunmuş yazıda M.S.Ordubadi bu təhsil ocağının nümunəvi fəaliyyətini yüksək qiymətləndirərək demişdir: “Türk Pedaqoji Texnikumu bizdə böyük intibalar yaratdı. Türk mədəniyyətinin nə qədər böyük inkişafda olduğunun şahidi olduq”. Qəzet Azərbaycandan İrəvana gəlmiş şair və yazıçılardan ibarət nümayəndə heyətinin səfərini, onların bütün görüşlərini daim öz səhifələrində işıqlandırmış, onların səfər təəssüratları ilə bağlı geniş müsahibəni və hər birinin yaradıcılığından bədii nümunələr dərc etmişdir.
Ümumiyyətlə, İrəvanda Azərbaycan ədəbi-mədəni mühitinin formalaşmasında və inkişafında “Qızıl şəfəq” qəzetinin özünəməxsus böyük rolu və əhəmiyyəti olmuşdur. 1927-ci ildə Ermənistan Proletar Yazıçılar Cəmiyyətinin nəzdində yaradılmış Azərbaycanlı yazarlar bölməsi və onun ətrafına toplaşmış Nəriman Fəxri, Telman Nəzərli, Əsgər Əsgərzadə, Abbas Tahir, Yusif Rizayi, Əbülfət Rəhimov, Əşrəf Bayramov, Sona Bağırova, Əli Şahin, Abbas Azəri, Əli Əliyev, Nurəli Qurbanov, Bəhlul Məmmədov, Əbülfət İbrahim, Cəlal Sərdar, İslam Süleyman və başqa bu kimi gənc ədəbi simaların yaradıcılığının inkişaf etdirilməsində, onların ictimaiyyətə təqdim olunmasında “Qızıl şəfəq” qəzetinin rolu danılmazdır. Araşdırmalar göstərir ki, “Qızıl şəfəq” qəzeti redaksiyası İrəvan azərbaycanlı yazarlar bölməsi ilə sıx təmasda işləmiş, gənc yazarların ədəbi meydana çıxarılmasında və onların çap olunmuş və olunacaq bütün şeir, hekayə, oçerk və s. bədii nümunələrin səviyyəsinin yüksək olmasına xüsusi səy göstərirdi.
Deyilənlərdən belə bir nəticə hasil olur ki, qəzet “Ermənistan”da yaşayan azərbaycanlıların ictimai-siyasi və ədəbi mədəni həyatının güzgüsü idi. Bütün bunlara baxmayaraq onu da xüsusi qeyd etmək yerinə düşər ki, müxtəlif vaxtlarda qəzetin məsul redaktorları Əkbər Rizayev, Mustafa Hüseynov, Əli Tağızadə, Rza Vəlibəyov, Səfər Alməmmədov, redaktor əvəzi olmuş - Hüseyn Nəcəfov, Əli Heydarov, Mirzə Mirzəyev, Ələmdar Haşımov, Həbib Məhəmmədzadə, Nəcəf Mamedov, Əziz Nağıyev və başqaları əsl ziyalılıq cəsarəti göstərirdilər. Onlar erməni şovinizmi əhatəsində soydaşlarımızın və ana dilimizin hüquqlarını qoruyurdular. Məsələn, Ələsgər Vəliyev azərbaycanlılar yaşayan kəndlərdə kolxozçuların erməni dilini bilmədiyi halda, kargüzarlıq işlərinin ermənicə aparılmasına etiraz edərək yazırdı: “Türk kəndlərində işlər türkcə olmalıdır”.
1937-ci illər Qərbi Azərbaycanda Azərbaycan ədəbi-mədəni, ictimai mühiti üçün olduqca mürəkkəb, keşməkeşli və ziddiyyətli bir dövr olmuşdur. Bütün bunlara baxmayaraq, “Qızıl şəfəq” qəzeti aparıcı mövqeyini əldən verməmiş, öz şərəfli missiyasını yerinə yetirməyə çalışmışdır.
“Qızıl şəfəq” qəzeti ilə bağlı apardığımız bu araşdırma həm də milli mətbuat tariximizin əhatəli şəkildə öyrənilməsinə böyük töhfə olacaqdır.
Cəlal Allahverdiyev,
filologiya üzrə fəlsəfə doktoru, dosent
Xəbər lenti
Hamısına baxDünya
01 Noyabr 15:37
Sosial
01 Noyabr 14:19
Dünya
01 Noyabr 13:45
YAP xəbərləri
01 Noyabr 13:28
Gündəm
01 Noyabr 12:48
İqtisadiyyat
01 Noyabr 12:31
Siyasət
01 Noyabr 12:19
İqtisadiyyat
01 Noyabr 11:57
Xəbər lenti
01 Noyabr 11:46
Gündəm
01 Noyabr 11:44
MEDİA
01 Noyabr 11:42
Siyasət
01 Noyabr 11:28
Analitik
01 Noyabr 10:53
Siyasət
01 Noyabr 10:38
Sosial
01 Noyabr 10:16
Analitik
01 Noyabr 09:52
Analitik
01 Noyabr 09:35
Sosial
01 Noyabr 09:13
MEDİA
01 Noyabr 08:59
Ədəbiyyat
01 Noyabr 08:24
Dünya
31 Oktyabr 23:46
Siyasət
31 Oktyabr 23:41
Daxili siyasət
31 Oktyabr 23:32
YAP xəbərləri
31 Oktyabr 23:27
Siyasət
31 Oktyabr 23:22
Dünya
31 Oktyabr 23:18
Dünya
31 Oktyabr 22:51
Dünya
31 Oktyabr 22:45
Dünya
31 Oktyabr 22:17
Dünya
31 Oktyabr 21:59
Dünya
31 Oktyabr 21:26
YAP xəbərləri
31 Oktyabr 21:05
Dünya
31 Oktyabr 20:58
Hadisə
31 Oktyabr 20:35
Sosial
31 Oktyabr 20:19
İqtisadiyyat
31 Oktyabr 19:46
Dünya
31 Oktyabr 19:31
Sosial
31 Oktyabr 19:11
Siyasət
31 Oktyabr 18:33
YAP xəbərləri
31 Oktyabr 18:14
YAP xəbərləri
31 Oktyabr 18:02
YAP xəbərləri
31 Oktyabr 17:53
YAP xəbərləri
31 Oktyabr 17:50
İqtisadiyyat
31 Oktyabr 17:25
Hadisə
31 Oktyabr 17:09
Dünya
31 Oktyabr 16:41
Siyasət
31 Oktyabr 16:19
Sosial
31 Oktyabr 16:18
Hadisə
31 Oktyabr 16:13
Dünya
31 Oktyabr 15:32
Dünya
31 Oktyabr 15:06
Hadisə
31 Oktyabr 14:53
Sosial
31 Oktyabr 14:52
Dünya
31 Oktyabr 14:20
Dünya
31 Oktyabr 13:53
Dünya
31 Oktyabr 13:30
Dünya
31 Oktyabr 13:19
Dünya
31 Oktyabr 12:46
YAP xəbərləri
31 Oktyabr 12:33
Siyasət
31 Oktyabr 12:25
Elanlar
31 Oktyabr 12:07
Sosial
31 Oktyabr 11:52
Elm
31 Oktyabr 11:50
Hadisə
31 Oktyabr 11:37
Siyasət
31 Oktyabr 11:20
Siyasət
31 Oktyabr 11:08
Hadisə
31 Oktyabr 11:07
İqtisadiyyat
31 Oktyabr 10:53
İqtisadiyyat
31 Oktyabr 10:52
İqtisadiyyat
31 Oktyabr 10:49
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | ||||||
| 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
| 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
| 30 |

