Xalq artisti Möhlət Müslümovun 70 illik yubileyi qeyd edilib
09.12.2024 [12:25]
Beynəlxalq Muğam Mərkəzində ustad tarzən, pedaqoq, Xalq artisti Möhlət Müslümovun 70 illik yubiley tədbiri keçirilib.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, tədbirdə mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov, Azərbaycan Milli Konservatoriyasının prorektoru professor Lalə Hüseynova, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi, tanınmış tarzən Əkrəm Məmmədli çıxış edərək yubilyarın sənət yolundan, musiqi mədəniyyətimizin inkişafındakı xidmətlərindən söz açıblar.
Bildirilib ki, Möhlət Müslümov ölkəmizdə tar ifaçılığı sənətinin yaşadılmasına töhfələr verməklə yanaşı, Azərbaycanın hüdudlarından kənarda da musiqi mədəniyyətimizi layiqincə təmsil edib. Sənətkarın bir sıra ölkələrdə 20-dən çox musiqi albomu işıq üzü görüb.
Beynəlxalq Muğam Mərkəzinin direktoru Əməkdar artist Sahib Paşazadə deyib ki, tarın ən gözəl ifaçıları sırasında yer tutan Möhlət Müslümov sənəti, ifaçılıq üslubu ilə xalqın sevgisini qazanıb. 30 ildən artıq rəhbərlik etdiyi Əhməd Bakıxanov adına Xalq Çalğı Alətləri Ansamblı ilə musiqi sənətinin inkişafına əvəzsiz töhfələr bəxş edib. Azərbaycan Milli Konservatoriyasında Muğam kafedrasının professoru kimi illərdir topladığı təcrübəni tələbələri ilə bölüşərək yeni ifaçılar nəslinin yetişdirilməsi istiqamətində yorulmadan çalışır.
Çıxışlardan sonra tədbir Əhməd Bakıxanov adına Xalq Çalğı Alətləri Ansamblının müşayiətində geniş konsert proqramı ilə davam edib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19

