Braziliyada Azərbaycan Milli Musiqi Günü qeyd edilib
21.09.2024 [12:18]
Sentyabrın 19-da Braziliyanın paytaxtı Brazilia şəhərində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi və Azərbaycan Respublikasının Braziliyadakı Səfirliyinin təşkilatçılığı ilə Milli Musiqi Gününə həsr olunmuş konsert təşkil olunub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının musiqi rəhbəri və baş dirijoru, Azərbaycan Respublikasının Əməkdar artisti, dirijor Əyyub Quliyevin rəhbərliyi və tarzən Səxavət Məmmədovun iştirakı ilə Klaudiu Santoru adına Brazilia Milli Teatrının Simfonik Orkestri tərəfindən Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Oqtay Zülfüqarov, Hacı Xanməmmədov və Həsən Rzayevin, eləcə də görkəmli braziliyalı bəstəkar Heytor Villa-Lobosun musiqisi səsləndi. Ənənəvi olaraq, konsert Üzeyir bəyin “Koroğlu” operasından uvertyura İLƏ açıldı.
Tədbirin açılışında çıxış etmiş Azərbaycan Respublikasının Braziliyadakı səfiri Rəşad Novruz konsertin Azərbaycanda hər il 18 sentyabr tarixində qeyd olunan Milli Musiqi Gününə həsr olunduğunu, həmin tarixin dahi bəstəkar, Azərbaycan klassik musiqisi və bəstəkarlıq məktəbinin banisi, bütün Şərq dünyasında ilk operanın müəllifi Üzeyir Hacıbəylinin anadan olduğu gün qeyd edildiyini bildirdi.
Tədbirdə Braziliya Federal Dairəsinin rəsmiləri, diplomatik korpus və şəhər ictimaiyyətinin çoxsaylı nümayəndələri iştirak edib.
Paytaxt Braziliada keçirilən bu konsertdən əvvəl, sentyabrın 14-də Para ştatının paytaxtı Belem şəhərində də musiqiçilərimiz ölkənin tanınmış konsert zalı olan Teatro Da Paz teatrının səhnəsində çıxış etdilər. Qeyd edək ki, 2025-ci ildə COP30-a ev sahibliyi edəcək Belem şəhərində artıq ikinci ildir ki Azərbaycan musiqisi konserti təşkil olunur. Bundan əvvəl, 2023-cü ilin oktyabrında dirijor Abuzər Manafzadə və solistlər Karen Danger-Manafzadə (soprano), Nicat Məsimov (balaban) və Sultan Hüseyn (nağara) digər maraqlı konsert proqramı ilə çıxış etmişlər.
Azərbaycan və Braziliya arasında inkişaf edən mədəni mübadilə çərçivəsində braziliyalı dirijorların ölkəmizdə çıxışları nəzərdə tutulub. Hazırda davam edən XVI Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində sentyabrın 24-də Teatro Da Paz Simfonik Orkestrinin baş dirijoru Migel Kampos Netonun rəhbərliyi ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Simfonik Orkestri və Xorunun konserti keçiriləcəkdir. Noyabrda isə Azərbaycan Dövlət Akademik Filarmoniyasında Brazilianın Klaudiu Santoro Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru Klaudiu Koenin iştirakı ilə daha bir konsert proqramının təşkili nəzərdə tutulub.
Xəbər lenti
Hamısına baxDünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
Dünya
30 İyun 14:07
Dünya
30 İyun 13:42
Dünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
Elm
30 İyun 12:42
Sosial
30 İyun 12:41
Dünya
30 İyun 12:20
Elm
30 İyun 12:09
YAP xəbərləri
30 İyun 12:04
Xəbər lenti
30 İyun 12:03
Sosial
30 İyun 12:01
Sosial
30 İyun 11:59
İqtisadiyyat
30 İyun 11:58
İqtisadiyyat
30 İyun 11:57
İqtisadiyyat
30 İyun 11:55
İqtisadiyyat
30 İyun 11:54
Dünya
30 İyun 11:53
Dünya
30 İyun 11:51
Gündəm
30 İyun 11:45
Gündəm
30 İyun 11:17
Siyasət
30 İyun 11:05
Elm
30 İyun 10:59
Sosial
30 İyun 10:58
İdman
30 İyun 10:53
Siyasət
30 İyun 10:52
Gündəm
30 İyun 10:32
Gündəm
30 İyun 10:29
Ədəbiyyat
30 İyun 09:55
Xəbər lenti
30 İyun 09:55
Analitik
30 İyun 09:32
Analitik
30 İyun 09:16
Sosial
30 İyun 08:54
Sosial
30 İyun 08:30
İqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 20:09
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04

