Möcüzə rəssam- Sarah Biffen
21.05.2024 [11:04]
Əlillik özünə, həyatına əngəllər qoymaqdır, yoxsa sadəcə, fiziki məhdudiyyət?
Fiziki məhdudiyyət arzularından, xəyallarından, həyatdan vaz keçmək üçün səbəbdirmi?
Dünya əhalisinin 15 faizi müəyyən fiziki əlilliyə məxsus olsa da, onlar arasında bunu özünün şansına çevirən, həyatdan üz döndərmək yerinə, həyata sıx tellərlə bağlanan, özünü və ona verilən başqa imkanları ən gözəl şəkildə dəyərləndirən insanlar da az deyil. Tarixə nəzər saldıqda, istər mədəniyyət, incəsənət, istərsə də digər sahələrdə bu cür uğurlu şəxslərin şahidi oluruq.
Onlardan biri də XIX əsr ingilis rəssamı Sarah Biffendir (Biffen və ya Beffin). Sarah 25 oktyabr 1784-cü ildə beş uşaqlı ailənin ilk qız övladı kimi dünyaya gəlib. Təəssüf ki, onun əlilliyi doğuşdan idi. Belə ki, Sarahın qolları və ayaqları yox idi. Ancaq buna rəğmən, Sarah ta uşaqlığından həyatı sevmiş, ona bağlanmışdı. Buna görə də yazmağı, tikiş tikməyi və qayçıdan istifadəni bilirdi. Hətta fırçanı dişlərinin arasında tutaraq boyamağı da öz-özünə öyrənmişdi. Daha sonra qoluna yapışdırılan bir fırça ilə rəsm çəkməyi də öyrənir və xəyallarını arzularını, gördüklərini, görmək istədiklərini ağ kağız üzərində canlandırır.
13 yaşında ikən bir səyyah şoumen Biffeni özü ilə aparmaq üçün ailəsindən icazə alır. O, getdiyi yerlərdə Sarahı insanlara təqdim edir, ondan “bədən üzvləri olmayan bir möcüzə”, “səkkinci möcüzə” deyə bəhs edərək çəkdiyi miniatürləri sərgiləyir. Digər işlərdən əlavə, o, müntəzəm olaraq Londonun Smithfield bazarında böyük bir yarmarka olan Bartolomey Sərgisində iştirak edirdi. Bunun müqabilində ildə beş funt maaş alırdı. Şoumenin xidmətində on altı il işlədikdən sonra onunla müqaviləni ləğv edərək rəssam kimi müstəqil fəaliyyətə başlayır.
Sərgidə tanış olduğu və əsərlərindən təsirlənən Morton Qrafı ona Kral Akademiyasında Uilliyam Marşal Kraigdən rəsm dərsi almaq üçün köməklik göstərir.
Qısa zamanda karyerasının zirvəsinə çıxan Sarah Biffen öz studiyasında ingilis kral ailəsinin miniatürlərini çəkirdi. Həmçinin kraliça Viktoriya, şahzadə Albertin şəkillərini çəkmək üçün Brüsselə getmişdi. Kraliça Viktoriya onun üçün aylıq təqaüd ayırmışdı və o, hər ay bu təqaüdü alırdı.
Əllərinin yoxluğuna rəğmən, kətan üzərində möcüzələr yaratmağı bacaran miniatürçü rəssam öz şəklini də özü çəkmişdi.
1821-ci ildə Sarah Biffen Kral Sənət Toplusunda gümüş medala layiq görülür. Onun miniatürlərindən biri ingilis kral ailəsinin sənət kolleksiyası olan Kral Kolleksiyasında saxlanılır.
Şəxsi həyatı, istedadı, mübarizəsi ilə bir çox şairə, yazıçıya, sənət adamına ilham mənbəyi olan rəssam haqqında dünya ədəbiyyatının böyük yazıçılarından olan Çarlz Dikkens öz əsərlərində bəhs etmişdi. Hətta 1850-ci ildə Liverpulda dünyasını dəyişən Sarah Biffen müasir dövrdə belə ədəbiyyatçıların əsərlərinə ilham olmağa davam edir. İngilis şair Matt Simpson 2001-ci ildə onun haqqında bir şeir yazıb. 2020-ci ildə onun avtoportretlərindən biri Essaka Joshuanın Cambridge Universiteti Press tərəfindən nəşr olunan “İngilis Romantik Ədəbiyyatında Fiziki Əlillik” adlı kitabın üz qabığında yer alıb.
Şahanə MÜŞFİQ
Xəbər lenti
Hamısına baxDünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41

