Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Mədəniyyət / Keçmişdən gələcəyə “körpü”...

Keçmişdən gələcəyə “körpü”...

18.04.2024 [10:56]

Tarixi Abidələrin Mühafizəsi Günüdür

Y.BAYRAMOVA

Tarixi abidələr hər bir xalqın dünyada mədəni irsinin ayrılmaz hissəsi kimi qəbul edilir. Hansısa ölkənin tarixini öyrənmək, mədəni irsini müəyyənləşdirmək və dünyada təbliğ etmək üçün məhz qədim abidələrə üz tutulur. Bu səbəbdəndir ki, bütün ölkələr mədəni irsinin qorunmasına, tarixi abidələrinə xüsusi həssaslıq nümayiş etdirirlər. Çünki hər bir xalqın qədimliyi həm də onun əsrlər boyu yaratdığı abidələrində yaşayır. Tarixi abidələr həmçinin insanları keçmişi ilə birləşdirən, əcdadlarının yaşadığı dövrün ab-havası ilə qovuşduran, bir sözlə, keçmişdən gələcəyə “körpü” rolunu oynayan mədəniyyət nümunələridir.

Yeri gəlmişkən, 18 aprel dünyada Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur. Əlamətdar gün Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (İCOMOS) təklifi üzrə 1983-cü ildə UNESCO tərəfindən təsis edilib.

Dünyadakı qeyri-adi tarixi abidələr...

Tarixin müxtəlif dövrlərindən bu günə qədər inşa edilmiş abidə və heykəllər özünəməxsus xüsusiyyətlərə malik olub. Belə ki, onların yaradılmasında müəyyən səbəb və məqsədlər var. Onlardan bəziləri vəfat etmiş şəxsin xatirəsini yaşatmaq naminə, digərləri isə insanların maraq və diqqətini çəkmək üçün inşa edilib. Sadaladığımız ikinci varianta aid olan heykəltəraşlıq nümunələri kreativ və orijinal obrazlarla seçilir. Bunların hər biri standartlardan kənarlaşaraq yüksək məharət və ustalıqla ərsəyə gətirilib.

Əyri ev

Əyri ev 1765-ci ildə İngiltərədə tikilib. XIX əsrin əvvəllərində bu ərazidə dağ-mədən sənayesinin səbəbindən bir tərəfi əyilmişdi. Sonralar həmin ev “Sedan House” adlandırılmağa başlanıldı (Sedan yerli dialektdə əyri mənasını verir).

Ev 1940-cı illərdə təhlükəli olaraq qeydə alınmış və məhv olunması planlaşdırılmışdı. Lakin “Wolverhampton and Dudley Breweries” şirkəti bu evi alaraq evin əyilən hissəsini dayaq kimi divar düzəltmişdi.

Dönən bədəni xatırladan göydələn

Bu göydələn Skandinaviyada ən hündür binadır. Binanın dizaynı ispan memarı, struktur mühəndisi və rəssamı Santiaqo Kalatrava tərəfindən edilmişdi. Rəsmi açılışı 2005-ci il avqustun 27-də olub. Binanın hündürlüyü 190 metr olmaqla, 54 mərtəbə və 147 mənzildən ibarətdir. Bina 2005-ci ildə Qızıl Emporis Göydələn mükafatına layiq görülüb.

Ayaqqabı ev

Evin dizaynı 1948-ci ildə ABŞ-da çəkməçi Mahlon Haines tərəfindən təklif edilmişdi. Evin hündürlüyü 7,6 metr olmaqla 5 mərtəbədən ibarətdir. Çəkməçi öz düzəltdiyi çəkməni memara göstərərək, onu kimi ev tikməyini xahiş edir. Evin qonaq otağı barmaqlarda, mətbəx ayaqqabının daban hissəsində, yataq otaqları isə topuq hissəsində yerləşir.

Kubik evlər

Kublara bənzəyən bu evlər Niderlandda Piet Blom adlı memar tərəfindən dizayn olunub. Memar kuba bənzər bu evləri 45 dərəcə əyərək 6 bucaqlı pilon üzərində dizayn etmişdi. Onun dizaynı şəhərin içində kəndi xatırladır. Çünki hər bir ev ağaca və bütün evlər birlikdə meşəyə bənzəyir. Bu evlərdən 18-i ilk dəfə Helmondda 1974 və 1977-ci illərdə tikilməyə başladı. Rotterdamdakı evlər isə 38 ədəd balaca kublardan ibarətdir.

Nağıl evi

Vyetnamda nağıllar aləmini xatırladan bu ev ümumi dizaynı heyvanlar, göbələklər, hörümçək ağları və mağaralar kimi təbii formaları təmsil edən heykəltəraşlıq dizayn elementlərini birləşdirən nəhəng bir ağaca bənzəyir. Bina özünəməxsus arxitekturası ilə çox sayda kitablarda qeyd edilmiş və dünyanın ən qəribə binalarından birinə çevrilmişdi. 1990-cı ildə tikilmiş ev Vyetnam memarı Dang Viet Nga tərəfindən şəxsi bir layihə olaraq irəli sürülüb. Ev 10 qonaq otağından ibarətdir ki, hər biri bir heyvanın (pələng, qartal, qarışqa, kenquru və s.) otağı kimi təsvir edilib. Eyni zamanda hər bir otaq bir xalqı simvolizə edir. Məsələn, pələng otağı çinlilərin güclü olmasını, qartal amerikalıların böyük və güc sahibi olmasını, qarışqa vyetnamlıların çalışqanlığını ifadə edir.

Lotus məbədi

Hindistandakı bu binanın görünüşü nəhəng lotos gülünü xatırladır və 27 ləçəkdən ibarətdir. Həmin ləçəklər 3 mərtəbə formasında qurulub. Məbədin hündürlüyü 34 metrdir və məbədin daxilində 1.300 nəfər insan eyni anda ibadət edə bilər.

Məbədin unikallığı ondadır ki, burada bir ədəd də olsa düz xətt boyunca yerləşən hissə yoxdur. Məbədin tikilməsi üçün İrandan Fariburz (Fariburz Sahba) dəvət edilmişdi. Tikinti işləri 1980-ci ildə başlasa da, 1986-cı ilin dekabrında yekunlaşdırılmışdı.

Ən mübahisəli abidələr...

Dünyadakı bütün abidələr hamı tərəfindən birmənalı olaraq sevilmir. Bunun isə müxtəlif səbəbləri var.

“Mount Rushmore”

ABŞ-da yerləşən bu məşhur abidənin heykəltəraşının “Ku Klux Klan” - tarixin şahid olduğu ən qəddar təşkilatlardan birinə mənsub olduğu hesab olunur. Həmçinin, məhkəmə qərarı ilə bu abidənin işğal olunmuş bölgədə inşa edildiyi də təsdiqlənib. Elə buna görə də, abidəyə münasibət yalnız müsbət deyil.

“The Fallen Angel” heykəli

Bu heykəl şeytana həsr olunmuş yeganə heykəldir. Ən mübahisəli tərəfi isə bu abidənin İspaniyada bir vaxtlar kafirləri ciddi şəkildə cəzalandıran ölkədə elə eyni ərəfədə hazırlanmasıdır.

“Yasukuni Shinto” məbədi

Yaponiya uğrunda canlarını vermiş əsgərlərin şərəfinə tikilmiş bu abidə ilk baxışda çox normal görünə bilər. Lakin insanlar burada yalnız şəhidlərin deyil, həmçinin birinci dərəcəli hərbi canilərin də xatirəsinin əbədiləşdirildiyini öyrənəndə fikirləri birtərəfli olmur.

“The Don Juan de Onate” heykəli

ABŞ-da yerləşən bu heykəl dəfələrlə vandalizmin qurbanı olub. Səbəbi isə sadədir: Onate bu bölgədə yüzlərlə insanı edam edib və qəddarlığı ilə tanınıb.

Qeyd edək ki, ölkəmizdə tarixi-mədəni irsin qorunması istiqamətində mühüm tədbirlər görülüb. 1997-ci ildən Azərbaycan Avropa Mədəniyyət Konvensiyası və Tədqiqi Mərkəzinin üzvüdür. Tarix və mədəniyyət abidələrinin qorunması hər zaman dövlətimiz üçün ümummilli məsələ olub. ?arix və mədəniyyət abidələri xalqın milli sərvətidir. Dövlət tarix və mədəniyyət abidələrinin qorunmasına təminat verir, abidələrdən səmərəli istifadə üçün şərait yaradır. Tarixi abidələrimizin bir çoxu YUNESKO-nun Dünya Mədəni İrs Siyahısına da salınıb.

Paylaş:
Baxılıb: 279 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Maraqlı

Fədakar alim...

25 May 11:30

Ədəbiyyat

Qadının kəşfi

25 May 11:20

Gündəm

Gündəm

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31