Dağların vurduğu ətir: kəklikotu
07.09.2023 [14:45]
Sonaxanım
Qədim yunanlar kəklikotunu gözəllik ilahəsi Afroditanın şərəfinə yandırıb qurban verirdilər. Onun ətirli tüstüsü (fimiam) göyə qalxanda qurbanın ilahlar tərəfindən qəbul edildiyi hesab olunurdu. Kəklikotu yunanlar üçün həm də zəhmətsevərlik rəmzi idi. Qədim slavyanlar isə kəklikotu dəstələri ilə Müqəddəs Məryəmin ikonalarını bəzəyirdilər. Belə hesab olunurdu ki, bu bitki insana nəinki sağlamlığını, hətta həyatını qaytara bilər. Yəqin ki, bu səbəbdən ürəkgetmə zamanı kəklikotunun tozunu iylədərdilər. İbn Sina, Dioskorid və Böyük Pliniyin əsərlərində kəklikotuna rast gəlinir. Qədimdə bu ot möcüzəli sayılırdı. Belə hesab olunurdu ki, kəklikotu insanın ruhunu möhkəmləndirir, "qara qüvvələr", cinlərlə mübarizə aparır.
Kəklikotunu yandırıb onun tüstüsünü evlərə, uşaqlara, xəstə insanlara verirdilər. Təbii ki, bütün bunların həqiqətə heç bir aidiyyatı yoxdur. Lakin kəklikotu həqiqətən çox faydalı otdur və bir çox hallarda effektli təbii müalicəvi vasitə kimi istifadə oluna bilər. Ancaq indi sizə kəklikotunun əfsanəsindən yox, faydalarından bəhs edəcəyik.
Həm əfsanəvi, həm müalicəvi – kəklikotu
Geniş antioksidant yığımı olduğundan, o, orqanizmi onkoloji və ürək-damar xəstəlilərindən qoruya bilir. Dəmirin zəngin mənbəyi sayıldığına görə, anemiya xəstələrinə də məsləhət görülür. Bu bitkidə olan kalinin yüksək konsentrasiyasına görə isə, o, arterial təzyiqi normallaşdırma gücünə malikdir.
Dəri, sinir xəstəlikləri və əzələ spazmlarında geniş istifadə olunur. Sidikqovucu təsirə də malik olan bu bitki, orqanizmi qocalmadan qoruyur və qıcolmaları aradan qaldırır. Kəklikotu immun sistemi üçün də çox xeyirlidir. Bitki çox təsirli spazmolitik vasitədir. Həmçinin güclü antiseptik və antibakterial təsirinə malikdir.
Hər bir məhsulun olduğu kim, bu məhsulun da ziyanlı tərəfləri vardır. Belə ki, kəklikotunu çoxlu miqdarda qəbul etdikdə arteriyal təzyiqin qalxmasına səbəb olduğuna görə hipertoniklərin bu məhsulu müəyyən miqdarda qəbul etmələri məsləhət görülür. Digər bitkilərdə olduğu kimi, kəklikotu da torpaqda olan toksik maddələri özündə topladığına görə, ekoloji cəhətdən təmiz olmayan rayonlradan toplanan məhsul, orqanizmə ziyan vura bilər. Saysız-hesabsız faydası olan kəklikotundan necə gəldi istifadə edilməsi isə zərərli ola bilir. Tiroid narahatlığı olanlara və hamilə qadınlara mənfi təsir göstərir. Kəklikotu yağının qaraciyərə zərəri var, ona görə diqqətli istifadə olunması məsləhətdir.
Həmçinin mədə yarası olan insanlar üçün kəklikotu məsləhət görülmür, belə ki, o, selikli qişanı qıcıqlandırır. Lakin prostatit və kişilərin reproduktiv funksiya problemlərinə çox yaxşı təsir göstərir. Bu hallarda bitkini dəmləyib, məhlul halında içirlər.
Xəbər lenti
Hamısına baxDünya
09 Avqust 23:19
Maraqlı
09 Avqust 22:26
Dünya
09 Avqust 21:35
Maraqlı
09 Avqust 20:17
Dünya
09 Avqust 19:24
Dünya
09 Avqust 18:49
Dünya
09 Avqust 18:31
Dünya
09 Avqust 17:43
Dünya
09 Avqust 17:10
Dünya
09 Avqust 16:34
Dünya
09 Avqust 16:18
Siyasət
09 Avqust 16:00
İdman
09 Avqust 15:56
İqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06

