Zirə, yoxsa Nimcəzirə?
05.09.2023 [12:48]
Abşeron kəndləri...
Sonaxanım
Abşeron burnunun qurtaracağında salınmış axırıncı yaşayış məskənidir. Vaxtilə buradan dəniz sahilinədək uzanan cəngəlliklərdə vəhşi heyvanlar yaşayıb. Buralar o zaman Şirvanşahların ovlaq yerləri idi. Şahlar ova başlamamışdan əvvəl indiki Zirə kəndinin yerində düşərgə salırlarmış. Ov əmiri öz xidmətçiləri ilə birlikdə heyvanları hürküdərək, aşağılara, burnun ensizləşdiyi yerlərə qovarlarmış ki, onları ovlamaq asan olsun.
Zirə kəndi Bakının ən qədim yaşayış məntəqələrindən hesab olunur. Qədim olduğu qədər də, zəngin olan kənd, həm də qədim adət- ənənələrini bu gün də qoruyub saxlamasıyla da seçilir.
Zirə sözünün etimologiyasını öyrənməkdə Bakı körfəzi akvatoriyasında mövcud olan adalar (ərəbcə-cəzirələr) köməyə çatır. Məlumdur ki, akvatoriyada olan adalardan Nargin və Vulf adaları I Pyotrun qoşunları Bakıya gələnədək başqa cür adlanırdılar. Narginin adı Böyük Zirə, Vulf adasının adı isə Kiçik Zirə idi. Pyotr qoşunlarının dənizlə Bakıya səfəri zamanı dənizçilər bu adaları görüb təəccüblənirlər. Çünki o zaman Xəzər dənizinin xəritəsində bu adalar göstərilməmişdi. I Pyotr hər iki adanın Fin körfəzində olan Nargin və Vulf adalarına oxşarlığını görüb, onları da eyni adla adlandırıb. Fin körfəzindəki Nargin adası hazırda Nayssar adlanır.
Beləliklə, bu adaların adlarına əsaslanaraq «zirə» sözünün necə yarandığı barədə qəti fikir yaranır. Adaların (cəzirələrin) adlarını canlı dildə asan tələffüz etmək məqsədilə, görünür ki, «cəzirə» sözündəki ilk «cə» hecası atılmış, təkcə «zirə» qalmışdı. Adaların adları da sadəcə olaraq «zirə» kimi tələffüz olunmağa başlayıb. Buna əsasən Zirə kəndinin adının da necə yarandığını söyləmək mümkündür. Ancaq burada haqlı olaraq, belə bir sual meydana çıxa bilər. Zirə kəndi ki, cəzirə, yəni ada deyil. Doğrudur, Zirə kəndi cəzirə deyildir, o nimcəzirədə, yəni yarımadada yerləşir. Demək burada bir heca deyil, «cə» hecası ilə birlikdə bütöv bir söz, yəni «nim» sözü də atılmışdı. Nimcəzirədən təkcə zirə qalmışdır. Sözlərin belə ixtisarla deyilməsi o dövrlərdə bakılılar üçün çox səciyyəvi idi. Məsələn, «Səbayil» sözündən təkcə «Bayıl» qalmışdı. Bakılıların məişətində də belə hallara tez-tez rast gəlmək olur. Zirənin və habelə Zirədən sahilədək uzanan yerlərin vaxtilə cəngəllik olduğu adama qəribə görünə bilər. Halbuki həqiqətdə də belədir. 18-ci əsrin əvvəllərində Bakı şəhərinin gerbində rəsm edilmiş pələngə oxşar heyvan şəkli də bu dediklərimizə dəlil ola bilər. Sonralar Abşeronda yaşayış məskənlərinin artması ilə bu cəngəlliklər qırılmış, vəhşi heyvanlar da tələf edilmişdi.
Zirədə qəribə formalı baş daşları, o cümlədən də 2 metrdən hündür olan baş daşı, qədimlə müasirliyin iç-içə olduğu tarixi abidələr – məscidlər (2), bərpa edilmiş tarixi hamam, Zirə məzarlığındakı tarixi bəlli olmayan türbə və başqa maddi mədəni nümunələr var.
1859-1864-cü ilə olan məlumata əsasən Bakı quberniyasının Bakı qəzasının Zirə kəndində 166 evdə 426 nəfəri kişilər, 398 nəfəri qadınlar olmaqla 824 nəfər şiə Azərbaycan tatarı yaşayırdı.
Xəbər lenti
Hamısına baxSosial
11 Avqust 09:05
Dünya
11 Avqust 07:53
Dünya
10 Avqust 23:45
Dünya
10 Avqust 23:24
Dünya
10 Avqust 22:52
Dünya
10 Avqust 22:38
Gündəm
10 Avqust 22:37
Siyasət
10 Avqust 22:26
Dünya
10 Avqust 22:13
Dünya
10 Avqust 21:45
Dünya
10 Avqust 21:19
Dünya
10 Avqust 21:05
Dünya
10 Avqust 20:55
Dünya
10 Avqust 20:30
Dünya
10 Avqust 20:10
Dünya
10 Avqust 19:55
Dünya
10 Avqust 19:30
Dünya
10 Avqust 19:16
Dünya
10 Avqust 18:52
Dünya
10 Avqust 18:30
İdman
10 Avqust 18:26
Dünya
10 Avqust 18:10
İdman
10 Avqust 17:54
Elm
10 Avqust 17:53
İqtisadiyyat
10 Avqust 17:50
Sosial
10 Avqust 17:45
Elm
10 Avqust 17:37
Siyasət
10 Avqust 17:35
Mədəniyyət
10 Avqust 17:23
İdman
10 Avqust 17:13
Sosial
10 Avqust 16:48
Turizm
10 Avqust 16:47
Mədəniyyət
10 Avqust 16:40
İdman
10 Avqust 16:31
Elm
10 Avqust 16:30
İqtisadiyyat
10 Avqust 16:28
Sosial
10 Avqust 16:27
Sosial
10 Avqust 16:25
Sosial
10 Avqust 16:22
İqtisadiyyat
10 Avqust 16:15
Elm
10 Avqust 16:03
İdman
10 Avqust 15:43
Elm
10 Avqust 15:29
İqtisadiyyat
10 Avqust 15:29
Mədəniyyət
10 Avqust 15:28
Mədəniyyət
10 Avqust 15:17
Sosial
10 Avqust 15:07
Mədəniyyət
10 Avqust 15:04
Elm
10 Avqust 14:45
İqtisadiyyat
10 Avqust 14:45
Elm
10 Avqust 14:38
Mədəniyyət
10 Avqust 14:26
Sosial
10 Avqust 14:19
İqtisadiyyat
10 Avqust 14:13
Elm
10 Avqust 13:59
Siyasət
10 Avqust 13:52
Siyasət
10 Avqust 13:51
Siyasət
10 Avqust 13:50
Siyasət
10 Avqust 13:49
Sosial
10 Avqust 13:34
İdman
10 Avqust 13:22
Mədəniyyət
10 Avqust 13:07
İqtisadiyyat
10 Avqust 12:45
Sosial
10 Avqust 12:44
Sosial
10 Avqust 12:08
İqtisadiyyat
10 Avqust 12:06
Elm
10 Avqust 11:53
Sosial
10 Avqust 11:50
İdman
10 Avqust 11:50
Siyasət
10 Avqust 11:42

