Tarixi 14-cü əsrə qədər gedib çıxır...
31.08.2023 [14:23]
Abşeron kəndləri...
Qala kəndi
Sona
Abşeron yarımadasının şimal-şərqində yerləşən Türkan, Şüvəlan və Qala gölü ilə əhatələnən Qala kəndinin tarixi heç də yeni deyil. Qala kəndinin adı bilavasitə «qala» ilə əlaqədardır. Toponimin ilk baxışda belə sadə izahı bir tərəfdən tarixi-arxeoloji faktlara, digər tərəfdən isə xalq etimalogiyasına əsaslanır. Yerli, yaşlı sakinlərin bəzisi kəndin adını «mühafizə olunan yer» kimi mənalandırır, başqa sözlə alınmaz, məğlubedilməz yer, kənd. Digər qisim isə sözün məhz birbaşa mənası ilə, yəni «qala» ilə əlaqələndirir. Tarixi dəlillər ikinci gümanı daha çox təsdiqləyir. Belə ki, burada XIV və XVII əsrin birinci yarısında inşa olunmuş qala istehkam və müşahidə tikililəri həmin ehtimalı həqiqət kimi qəbul etməyə üstünlük verir. Qeyd edək ki, XIV əsrə məxsus bu qala kəndin ən hündür yerində qaya üzərində inşa edilib.
Burada e. ə. III minilliyə aid tarixi mühiti hiss etmək mümkündür. 1988-ci ildə burada Qala Tarix-Etnoqrafiya Qoruğu yaradılıb. 81,5 hektar ərazini əhatə edən qoruqda e. ə. III minillikdən XX əsrə qədər tarixi əhəmiyyət daşıyan memarlıq abidələri - 5 məscid, 3 hamam, 4 ovdan, yaşayış evləri, kənd təsərrüfatı təyinatlı binalar, sərdabələr, məqbərələr, kurqanlar, qəsrin qalıqları və s. mövcuddur.
Paralel elmi araşdırmalar göstərir ki, bu qala konstruktiv memarlıq, həmçinin inşaat xüsusiyyətlərinə görə Mərdəkan, Şağan, Ramana və s. kəndlərdəki dördkünc qalalar tipinə aiddir. Yaşlı sakinlərin dediyinə görə, qalanın dibində zirzəmiyəoxşar yer olubmuş; deyilənə görə burada təhlükə vaxtı 1000-1500 yaxın adam mühafizə oluna bilib. Bu, dəqiq olmasa da Qalanın qalası əzəmətli olub. Sonradan qala dağıldığı üçün XVII əsrdə qala daşlarından bürclərdən birinin yerində məscid tikilib. Həyətində yeraltı yollar, kommunikasiya sistemləri aşkarlanıb. Kənd əhalisi ətrafdan XIV-XV əsrlərə məxsus mis pullar tapıb.
Nadir şahın ruslarla müharibə apardığı dövrdə kənddə tikilmiş müşahidə qalasının yeri indi məlum deyil. Çox güman ki, o dairəvi formada olub. Yeri gəlmişkən, XVII əsrin ikinci yarısına kimi mənbələrdə kənd Nadiri-Qala adlanıb.
Beş min illik tarixə malik olan Qala kəndində bir neçə məhəllə olub. Bunlardan Tərəkəmə, Balaverdi, Hacı Ramazan, Çəmbərəkənd bu günədək qalıb.
Əfsanəyə görə...
Bir sıra Abşeron kəndləri kimi Qala da duz gölü ilə məşhur olub. Qala duzu öz ağlığına və tamına görə ən keyfiyyətlilərdən sayılıb. Camaat duzu çuvallara dolduraraq satmaq üçün Azərbaycanın müxtəlif bölgələrinə aparıb. Duz ilə əlaqədar camaat arasında belə bir əfsanə də yayılıb. Guya yerli xan qazanc məqsədilə şoran ərazini icarəyə vermək niyyətinə düşür. Lakin bu zaman şoran ərazinin üstünü qan ləkəsi örtür. Bunu görən xan niyyətindən əl çəkir. Ona görə də əhali əvvəlki kimi heç bir ödəniş vermədən həmin duzdan istifadə edir.
Qalalıların özünəməxsus bir toy adəti var. Gəlini evə gətirəndə ayağının altında qurbanlıq qoyun kəsərlər. Bəy hamamından gələn bəyin başının üstündə çörək kəsib, üzərlik yandırarlar. Əvvəllər bəyin başına pul da atardılar. Kişi toyunda qadın, qadı toyunda isə kişi heç vaxt iştirak edə bilməzmiş. Buradakı toylar həmişə çadırda keçirilərmiş.
Xəbər lenti
Hamısına baxDünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14

