Kiminə tətil, kiminə cəhənnəm...
19.05.2023 [15:36]
Dünyanın ən fərqli "barmaqlıqları"
Şahanə XANKİŞİYEVA
İnsanları bir-birindən fərqləndirən bəzi keyfiyyətlər var: nəfsi, iradəsi və səbri. Bunları düzgün idarə etmədikdə bəzən, həyatımız bahasına səhvlər edə bilərik. Bu, bizi bəzən canımızdan, bəzən də azadlığımızdan məhrum edə bilər. Azadlıq... Bəli, insan həyatı boyunca azadlıq uğrunda vuruşan canlı olub. Ancaq elə bir anlaşılmaz, ani situasiyaya düşə bilər ki, illər boyu qazanmağa çalışdığı azadlığı belə heçə sayar.
Qədim zamanlardan insanların qanunsuz işləri, cinayət hadisələri üçün müəyyən cəzalar verilirdi. Bu ya ölümlə nəticələnirdi, ya da zindana atılırdı. Müasir dövrümüzdə zindanlar həbsxanalarla əvəz olunub. Ancaq edama, ölüm cəzasına gəlincə... Təəssüf ki, ölüm hökmünün hələ də qüvvədə olduğu ölkələr var. Məsələn, Səudiyyə Ərəbistanında ən ağır cinayət törədənlərin başı vurulur, ABŞ-ın bəzi ştatlarında elektrik stulunda ölüm cəzası tətbiq olunur, İran və İraqda dar ağacından asılır, Çində ölüm iynələrindən istifadə olunur, Vyetnamda güllələnir, Əfqanıstanda daş-qalaq edilir.
Gələk günümüzün zindanlarına...
"Kwang Blast"həbsxanası-Tayland
Həbsxana Taylandın Bangkok şəhərindən təxminən 11 kilometr məsafədə yerləşir. Bu həbsxana məhkumlara qarşı müntəzəm edilən işgəncə tətbiqi ilə tanınır. Yenicə daxil olan məhbusların ilk üç ayda ayaqlarına qandal taxırlar. Narkotikdən istifadə, zorlama hadisələri və müxtəlif davalar bu həbsxananın demək olar ki, gündəlik rejimidir.
"Gitara" həbsxanası- Ruanda
Bu həbsxana Ruandada yerləşir və yer üzündə cəhənnəm olaraq təsvir edilir. 500 məhbusun saxlanılması üçün nəzərdə tutulan həbsxanada hazırda 6000-dən çox adam saxlanılır. Sıxlıq səbəbindən ayaq üstə durmağa məcbur olan məhbusların ayaqlarında cürümə prosesləri başlayır. Bəzi məhbuslar üzərində qəddar işgəncələr və tibbi ölümcül təcrübələr aparılır.
İnsan yaranan bir varlıqdır, yaradan yox. Çalışdığımız qədər cəmiyyətdən təcrid olunmuş insanları yenidən həyata qaytarmaq üçün müəyyən addımlar atmalıyıq və bu istiqamətdə müəyyən cəhdlər göstərən cəzaçəkmə müəssisələri də var. Belə ki, bu həbsxanalarda müəyyən şəraitin yaradılmasında məqsəd cinayət törətmiş məhkumların yenidən cəmiyyətə geri qazandırmaqdır. Bunlardan biri də “Torstroym” dur. 250 məhbus üçün nəzərdə tutulan zindanda hər bir şəxs üçün 4 kvadrat metrlik ərazi nəzərdə tutulub. Bu otaqda vanna otağı, soyuducu, şkaf, televizor, pəncərə və yazı masası var. Bundan başqa, məhbuslar üçün kilsə, idman meydançaları, bağça, bostan və hər bir əşya ilə təmin edilmiş mətbəx fəaliyyət göstərir. Əgər məhbus buranın yeməklərindən narazı qalarsa, özü üçün ayrıca yemək bişirə bilər. 5 ildə 160 milyon dollara ərsəyə gələn bina dünyadakı ən yaxşı həbsxana hesab edilir. Bundan başqa “Fuhlsbuettel”, “Cebu”, “Addiewell” kimi həbsxanalar da yaxşı şəraitinə görə dünyaca məşhurdur. Noveçdə yerləşən Halden həbsxanası isə normal bir evdən fəqlənmir, belə ki, evdə olan hər şey burada var. Aşbazlıq və musiqi dərsləri, gəzmək üçün xüsusi yer - hər cür şərait var. Hətta həbsxana bələdçiləri məhbuslarla aralarındakı münasibəti normal saxlamaq üçün silah gəzdirmirlər.
İnsanı heyvanlanlardan fərqləndirən müəyyən xüsusiyyətlər var ki, bunlardan başlıcası şüurdur. Çalışaq ki, “heyvani” yox, insani hisslərlə davranaraq, öz azadlığımızı heç nəyə dəyişməyək.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18
Elanlar
28 Aprel 17:17
Dünya
28 Aprel 17:06
Xəbər lenti
28 Aprel 17:05
YAP xəbərləri
28 Aprel 16:19
Xəbər lenti
28 Aprel 16:14

