Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / WSJ: Tramp köməkçilərinə İranın uzunmüddətli blokadasına hazırlaşmaq əmri verib

WSJ: Tramp köməkçilərinə İranın uzunmüddətli blokadasına hazırlaşmaq əmri verib

29.04.2026 [14:09]

ABŞ Prezidenti Donald Tramp köməkçilərinə İranın uzunmüddətli blokadası üçün plan hazırlamağı tapşırıb.

AZƏRTAC xəbər verir ki, bu iddianı mənbələrə istinadla “The Wall Street Journal” (WSJ) nəşri yayıb.

Mənbələrin məlumatına görə, Ağ Ev rəhbəri bu yaxınlarda neft tankerləri də daxil olmaqla gəmilərin İran limanlarından çıxmasının qarşısını almaqla İslam Respublikasının iqtisadiyyatına təzyiq göstərilməsi ideyasını dəstəklədiyini bildirib. Onun sözlərinə görə, digər variantlar — bombardmanların bərpası və ya münaqişədən çıxmaq — Vaşinqton üçün blokadanı davam etdirməkdən daha böyük risklər daşıyır.

Nəşr qeyd edir ki, Tramp İranla bağlı növbəti addımları ilə əlaqədar ziddiyyətli məsləhətlər alır. Bəzi rəsmilər Ağ Evi açıq şəkildə Tehrana təzyiqi artırmağa çağırır, digərləri isə Hörmüz boğazının bağlanmasının və ya hərbi əməliyyatların davam etdirilməsinin ABŞ iqtisadiyyatına zərər verə biləcəyi, həmçinin Respublikaçılar Partiyasının aralıq seçkilərdəki nəticələrinə mənfi təsir göstərə biləcəyi ilə bağlı narahatlıqlarını ifadə edirlər.

Paylaş:
Baxılıb: 468 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Ana dilimizin bayramı

01 Avqust 11:17

Analitik

14 gün sonra...

01 Avqust 10:21

Ədəbiyyat

Fransız xalqı

01 Avqust 08:52

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Avqust 08:30  

Xəbər lenti

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31