Hərəkətin sehrində gizlənən duyğular...
29.04.2026 [08:34]
Rəqs addımların ahəngi, hisslərin ifadəsidir
Rəqs sözlərin yetərsiz qaldığı zaman qəlbin danışdığı, bədənin isə musiqi ritmi ilə nəfəs aldığı sehrli bir aləmdir. İnsanın daxili dünyasında gizlənən hissləri incə hərəkətlər, ahəngdar addımlarla üzə çıxaran, hər baxanın özünə görə mənalandırdığı dildir. Dünyanın demək olar ki, bütün xalqlarında maraqlı rəqs nümunələri var. Bu rəqslər öz fərqlilikləri və ifa çətinlikləri ilə insaları heyrətə gətirə bilər.
Rəqs təkcə fiziki aktivlik deyil, həm də psixoloji rahatlıq və yaradıcılığın sərbəst şəkildə ortaya qoyulmasıdır. Ənənəvi xalq rəqslərindən tutmuş müasir rəqs üslublarına qədər hər bir janr özündə bir tarix, həyat tərzi və dünyagörüşü daşıyır.
Qədim dövrlərdə rəqs hərəkətləri olduqca sadə olub. İnsanlar müəyyən bir ritm altında əl və ayaqlarını sərbəst şəkildə hərəkət etdirərək rəqs edirdilər. Rəqslər hər zaman müxtəlif mərasimlərin, bayramların mühüm hissəsini təşkil edib. Bu gün bizə məlum olmayan bir sıra qədim rəqslər var ki, onlar maraqlı tarixçələri ilə seçilir.
Ölülərlə rəqs
Madaqaskar əhalisinin çox qəribə və qədim adəti var. Yerli əhali hər yeddi ildən bir xüsusi mərasim keçirir. Ada sakinləri öz yaxınlarının məzarlarını açıb cəsədləri çıxarırlar. Daha sonra cəsədin köhnə kəfəni yenisi ilə əvəz edilir. Ölülərin qalıqları təkrar dəfn edilməzdən əvvəl heyvan ətlərindən hazırlanmış süfrə açılır. Əhali süfrə arxasında cəsədləri çiyinlərinə alaraq musiqi sədaları altında rəqs edirlər.
Müqəddəs Vitta rəqsi
Almaniyada XIV-XV əsrlərin ortasında bu rəqs olduqca məşhur imiş. Bu rəqsi hətta “kütləvi dəliliyin” erkən təsvir edilmiş formalarından biri kimi qiymətləndirirlər. Yüzlərlə insan bütün gün ərzində qeyri-ixtiyari yorulana qədər rəqs edir. Bu rəqs həftə ərzində dayanmadan davam edir. İlk dəfə bu rəqs 1374-cü ildə Aexen şəhərində qeydə alındıqdan sonra bütün Avropada yayılıb.
Vendiqo rəqsi
Hindlilərin ənənəvi rəqsidir. İnsanlar rəqs vasitəsilə çürümüş parçalardan ibarət geyim, qəribə saç düzümü ilə adamyeyən bədheybətləri təsvir edir. Rəqs edənlər ovçu bədheybətlərin dəlisov hərəkətlərini təqlid edir.
Tarantella
İtaliyanın Neapol şəhərində XV əsrdə yaranmış rəqsdir. Rəqsin adı haqqında iki maraqlı versiya var. Belə ki, bir qrup insanlar rəqsin adının Taranto şəhəri ilə bağlı olduğunu düşünür. Digərləri isə bu yerlərdə tez-tez rast gəlinən nəhəng hörümçəklə əlaqələndirir. İnsanlar hesab edirdilər ki, bu hörümçəklər zəhərlidir. Hörümçək dişləməsindən yaranan ölümcül xəstəliklərdən qurtulmaq üçün insanlar sadəcə çoşqun və sürətli rəqslər etməyə başlayıb. Yalnız 300 il sonra məlum olub ki, hörümçəklər heç zəhərli deyilmiş.
Ülvilik, gözəllik və birlik rəmzi!
Ölkəmizdə rəqsin tarixi olduqca zəngin və qədimdir. Əksər dünya xalqlarında olduğu kimi, azərbaycanlılarda da ilk rəqslər ritual və ov rəqsləri olub. İbtidai icma quruluşu dövründə Azərbaycan ərazisində yaşayan müxtəlif qəbilə üzvləri ova çıxdıqları zaman əl çala-çala, ya da ağac və daşları bir-birinə vuraraq rəqs edirdilər. Bu cəhətdən Qobustan və Gəmiqayadakı qayaüstü təsvirlər səciyyəvidir.
İncəsənətin bir qolu olan rəqslərimiz ülvilik, gözəllik və birlik rəmzi sayılır. Azərbaycan xalq rəqsləri olduqca rəngarəngdir. Onlar quruluş, süjet və mövzu baxımından biri-birindən çox fərqlənir. Bu gün məşhur olan milli rəqslərimizə - “Azərbaycan”, “Heyvagülü”, “Uzundərə”, “Toy rəqsi”, “Turacı”, “Tərəkəmə”, “Cəngi”, “Şalaxo”, “İnnabı”, “Qızılgül”, “Qazağı”, “Qaytağı”, “Qoçəli”, “Lalə”, “Misri”, “Naznazı”, “Vağzalı”, “Yallı” və digərlərini misal gətirmək olar.
Qeyd edək ki, aprelin 29-u Beynəlxalq Rəqs Günü kimi qeyd olunur. Bu gün 1982-ci ildə UNESCO-nun Beynəlxalq Rəqs Şurası tərəfindən tanınmış fransız baletmeysteri, müasir dünya baletinin nəzəriyyəçisi sayılan Jan-Jorje Noverin xatirəsinə ehtiram olaraq təsis edilib.
Beynəlxalq Rəqs Günü həm də mədəniyyətlərarası dialoqun gücləndirilməsinə xidmət edir. Çünki fərqli ölkələrdən olan insanlar bir-birinin rəqslərini öyrənərək, ifa edərək və paylaşaraq qarşılıqlı anlayış və hörmət mühitini daha da dərinləşdirirlər. Bu isə dünyamızın daha rəngarəng, tolerant və harmonik olmasına töhfə verir. Bu günün ruhunda həm də bir mesaj gizlənir. Hər kəs rəqs edə bilər, hər kəs öz ritmini tapa bilər və hər bir insanın daxilində ifadə olunmağı gözləyən bir melodiya var.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23

