Nəhəng dalğalar, ölümcül təbiət hadisəsi - Sunami
05.11.2022 [10:40]
Bu gün Beynəlxalq Sunami Məlumatlandırma Günüdür
Səidə RƏHİMLİ
Hər şeyi bacaran, texnologiyanın inkişafı ilə, demək olar ki, hər bir təhlükəni sovuşdura bilən bəşəriyyət təbii fəlakətlər qarşısında daim çarəsiz qalır. Son dərəcə təhlükəli olan təbii fəlakətlərdən biri də milyonlarla insanın ölümünə səbəb olmuş sunamidir. Sunami nadir baş verən təbiət hadisələrindən olsa da, nəticəsi ölümcüldür.
Son 100 ildə qeydə alınmış 58 sunami hadisəsi 260.000-dan çox insanın həyatına son qoyub. Sunamilərin 80%-i Sakit okeanda baş verir. 2004-cü ildə Hind okeanında baş vermiş sunami hadisəsi 14 ölkədə 227.000 insanın ölümünə səbəb olub. Bu, bu günə qədər baş vermiş ən dəhşətli sunami hadisəsidir.
2015-ci ilin dekabrında BMT Baş Assambleyası ətraf ərazilərə dağıdıcı zərbələr vuran və milyonlarla insanın ölümünə səbəb olan sunami fəlakəti haqqında məlumatlılığı artırmaq və risklərin maksimum şəkildə azaldılmasına çalışmaq üçün 5 noyabr tarixini Beynəlxalq Sunami Məlumatlandırma Günü olaraq təyin etdi. Sunami fəlakəti zamanı insanlara erkən xəbərdarlıq edilməsi ilə onları qorumaq, həyatları xilas etmək və təhlükənin fəlakətə çevrilməsinin qarşısını almaq mümkündür. Beynəlxalq Sunami Məlumatlandırma Günündə biz də bu təbii fəlakət haqqında, onun yaranma səbəbləri və ilkin siqnalları haqqında məlumatlanaq.
“Tsunami” sözü yaponca “tsu” - liman, “nami” - dalğa sözlərinin birləşməsindən yaranıb və liman dalğası mənasını verir. Bu termin ilk dəfə 15 iyun 1896-cı ildə Yaponiyada baş vermiş 8.5 bal gücündə Meiyi zəlzələsindən sonra istifadə olunmağa başlayıb.
Sunami müxtəlif səbəblərdən yaranan nəhəng dalğalardır. Bu nəhəng dalğaların yaranmasına səbəb olan təbiət hadisələri, adətən, okeanın altında və yaxın ərazilərdə baş verir:
* 7.5 baldan yüksək zəlzələlər;
* güclü torpaq sürüşmələri;
* qüvvətli vulkan püskürmələri
* dəniz altındakı nüvə partlayışları;
* asteroidin və ya meteorun okeana düşməsi.
Sonuncu ilə yaranan sunami hələ ki, qeydə alınmasa da, alimlər bunun baş verə biləcəyini irəli sürürlər. Sunaminin yaranmasına səbəb olan hadisənin qüvvəti nə qədər çoxdursa, sunami dalğalarının böyüklüyü və təhlükəsi də o qədərdir.
Sunami sahilə ard-arda nəhəng dalğalar vurur. Bunun bitmə müddəti isə qeyri-müəyyəndir. Bir neçə saat çəkə bilər və ya günlərlə davam edə bilər. 1-ci dalğa, adətən, elə də böyük olmur, sonrakı dalğalar isə xeyli böyük olur. Sunami dalğasının hündürlüyü açıq okeanda 2-3 m, sahilə yaxınlaşdıqca isə 10-50 m və daha çox olur. Dalğa okeanda 800-1000 km sürətlə hərəkət edir. Dalğanın böyüklüyü nə qədər çox olarsa, o qədər geniş əraziyə dağıdıcı zərbə vurur.
Sunamini əvvəlcədən təxmin etmək qeyri-mümkündür. Yalnız bir neçə dəqiqə əvvəldən suların çəkilməsi zamanı bu dəhşətli təbii fəlakətin baş verəcəyini bilmək olar.
Tarixə nəzər salsaq, Xəzər dənizində də baş vermiş sunamilərin qeydə alındığını görə bilərik. Tədqiqatçıların qeydlərinə görə, Xəzərdə 7.2-7.5 bal gücündə olan zəlzələlər sunami yarada bilər. Bu isə 40-60 ildən bir baş verir. Xəzər dənizi sahillərindəki ən seysmik zona isə Abşeron yarımadası hesab olunur.
Beynəlxalq Sunami Məlumatlandırma Günündə son dərəcə təhlükəli olan sunami fəlakəti haqqında ətrafımızdakı insanları məlumatlandıraq və daim belə hadisələrə qarşı diqqətli olaq.
Xəbər lenti
Hamısına bax
Analitik
20 Sentyabr 10:53

Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38

YAP xəbərləri
19 Sentyabr 14:37

Dünya
19 Sentyabr 14:32

YAP xəbərləri
19 Sentyabr 14:21

YAP xəbərləri
19 Sentyabr 14:18

YAP xəbərləri
19 Sentyabr 14:16

Dünya
19 Sentyabr 14:15

Dünya
19 Sentyabr 13:59

YAP xəbərləri
19 Sentyabr 13:27

Dünya
19 Sentyabr 13:10

YAP xəbərləri
19 Sentyabr 13:07

YAP xəbərləri
19 Sentyabr 13:00

YAP xəbərləri
19 Sentyabr 12:58

Dünya
19 Sentyabr 12:27

Gündəm
19 Sentyabr 12:25

Gündəm
19 Sentyabr 12:23

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:10

Dünya
19 Sentyabr 12:08

Dünya
19 Sentyabr 11:53

YAP xəbərləri
19 Sentyabr 11:37

YAP xəbərləri
19 Sentyabr 11:17

YAP xəbərləri
19 Sentyabr 11:06

YAP xəbərləri
19 Sentyabr 11:00
YAP xəbərləri
19 Sentyabr 10:58

Gündəm
19 Sentyabr 10:58
