Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Maraqlı / Bestseller siyahısına düşmək üçün...

Bestseller siyahısına düşmək üçün...

27.10.2022 [11:44]

Böyük Britaniyada həftədə 4000 kitab, Kanada da isə 5000 kitab satılmalıdır

SƏİDƏ Rəhimli

Belə bir ifadə var: “Kitab biliyin anasıdır”. Hər bir kitab oxucusuna yeni bir dünya açır. Nə qədər əsər oxumuşuqsa, o qədər həyat yaşamış sayılırıq, deyirlər. Kitab oxumaq insanı bu dünyadan qopararaq başqa aləmlərdə gəzdirir. Buna görə də, oxumağı vərdiş halına çevirmiş heç kim artıq bunu tərgidə bilmir, kitab oxumadıqda boşluq hiss edir. Ətrafda gənclərimizin telefonun soyuq ekranlarını deyil, kitabın isti səhifələrini vərəqlədiyini gördükcə, insanın içinə fərəh hissi yayılır.

Bəs siz necə, kitab oxumağı sevənlərdənsiniz? Kitab dükanına girdiyiniz zaman ilk nəyə fikir verirsiniz? Və ya kitab seçimi edən zaman diqqətinizi ilk çəkən nə olur? Mövzusu çox gözəl olan kitabın bestseller olmaması sizin üçün nəyisə dəyişdirir?

Termin olaraq ilk dəfə 1889-cu ildə istifadə olunmağa başlayan “bestseller”in mənası “ən çox satılan” deməkdir. Kitabların böyük tirajla satılması daha əvvəldən məlum idi. Lakin satış haqqında məlumatın gec əldə edilməsinə görə belə siyahılar yarana bilmirdi.

Çox tez məşhurlaşan bu fenomen ilk zamanlar, həqiqətən də, ən çox satılan kitabları əhatə edirdi. Yazıçılar əsərlərinin bu siyahıda yer alması üçün can atırdılar. Lakin gün keçdikcə bestseller hərfi mənasından kənara çıxaraq qəlibləşdi. Artıq kitabların bestseller siyahısına salınmasının müxtəlif yolları var, hər bir siyahının fərqli meyarları var. Kitablar yalnız ən çox satılanlara əsasən deyil, bədii və keyfiyyət göstəricilərinə əsasən də bestseller siyahısına daxil edilə bilir. Bu siyahıların hazırlanması ölkələrə görə də dəyişir. Məsələn, bestseller siyahısına düşmək üçün Böyük Britaniyada həftədə 4000 kitab, Kanada da isə 5000 kitab satılmalıdır. Hazırda dünyanın müxtəlif yerlərində çıxan bestseller siyahılarının əksəriyyəti ən çox satanları real şəkildə əks etdirmir. Bu siyahılarda ya yalnız müəyyən ərazilərdə olan satışlar əsas götürülür, ya siyahını hazırlayanlar buna özləri qərar verir, ya da sadəcə vacib hesab edilənləri daxil edirlər.

Əvvəllər bestseller olaraq qeyd edilən hər kitab çox tez bir zamanda məşhurlaşmağa başlayırdı. Oxucular daha çox belə kitabları almaq üçün sıraya girirdilər. İndi isə, demək olar ki, hər kəs bestseller müəllifidir. Lakin bu hər nə qədər çox adiləşməyə başlasa da, müəlliflər hələ də bu siyahıya daxil olunmaq  üçün əllərindən gələni edirlər və diqqətlərini buna yönləndirirlər. Əslində isə möhtəşəm, əvəzolunmaz bir əsər yaratmağa çalışaraq bunu əldə edə bilərlər.

Bəs hazırda dünya üzrə ən çox oxunan bestseller kitablar arasında hansılar var? Gəlin, biz bu siyahıda həqiqətən ən çox satılanlar arasından 5 kitaba nəzər yetirək:

* Çarlz Dikkensin “İki şəhərin hekayəsi” kitabı - 200 milyondan çox satış. Üç cilddən ibarət olan roman məşhur yazıçının yaradıcılığının əsası hesab olunur. Sözügedən kitab 1859-cu ildə qələmə alınıb. Kitabda əsas qəhrəman Dr. Manettenin günahsız olduğu halda, Parisdəki həbsxanaların birində 18 il keçirdikdən sonra köhnə dostunun onu xilas etməsindən, daha sonra onun təsadüf nəticəsində Londona qayıtmasından, baş vermiş Fransa inqilabının həyatına təsirlərindən bəhs edilir;

* Antuan de Sent Ekzüperinin “Balaca şahzadə” kitabı - 200 milyondan çox satış. 1943-cü ildə yazılan əsərdə böyüklərin dünyası bir uşağın dilindən təqdim edilir. Əsəri oxuduqca insan acı reallıqla üzləşir;

* Con Tolkinin “Üzüklərin hökmdarı” kitabı - 150 milyondan çox satış. 1954-1955-ci illərdə yazılıb. Əsər “Hobbit”in davamı olaraq başlasa da, daha sonra ondan da böyük bir əsərə çevrilir;

* Eyniadlı müəllifin “Hobbit” kitabı - 100 milyondan çox satış. 1937-ci ildə yazılan əsərdə Bilbo Baqqinsin başına gələn macəralardan - Baqqinsin sehirbaz Qandalf və gözlənilmədən 13 cırtdanın evinə gəlməsi ilə dəyişən həyatından, onun taleyini dəyişdirəcək olan tək üzüyün tapılmasından, ulu əjdaha Smauqun öldürülməsindən, qədim cırtdanlar şəhəri Ereborun qurtuluşundan bəhs olunur;

* Aqata Kristinin “On zənci balası” kitabı - 100 milyondan çox satış. 1939-cu ildə yazılıb. Əsərdə keçmişdə verdikləri qərarları, səhvləri, laqeydlikləri ilə insanların ölümünə səbəb olan on nəfərin baş verənləri sirr olaraq saxlamasından, onların bir gün Una Nansi Oven adlı birindən məktub alaraq istirahət məqsədilə Zənci adasında dəbdəbəli malikanəyə dəvət edilməsindən və bundan sonra cərəyan edən hadisələrdən bəhs olunur.

Qeyd edilən kitablar dünyada ən çox satılanlar arasındadır. Hər biri oxunmağa dəyər qiymətli əsərlərdir.

Bəs sizin ən çox sevdiyiniz, qəlbinizdə bestseller olan kitab(lar)ınız hansı(lar)dır?

Paylaş:
Baxılıb: 630 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Sentyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30