Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Maraqlı / Nobel və onun məşhur mükafatı...

Nobel və onun məşhur mükafatı...

21.10.2022 [10:38]

Necə yarandı?

Azərbaycan neftinin Nobel mükafatının maliyyələşdirilməsində rolu

Səidə RƏHİMLİ

Hazırda dünyada ən prestijli mükafatlardan biri olan Nobel mükafatını qazanmaq çoxlarının xəyalıdır. Bu mükafata layiq ola bilmək üçün əllərindən gələni edirlər. Bu da, əslində, müsbət yönümlü bir motivasiyadır. Belə ki, Nobel mükafatı İsveç Kral Elmlər Akademiyası, Karolinska İnstitutu və Norveç Nobel Komitəsi tərəfindən şəxslər və təşkilatlara fizika, kimya, ədəbiyyat, iqtisadiyyat, sülh və tibb sahəsində fövqəladə uğurlara görə verilir. Buna görə də bu mükafatı qazana bilmək üçün çalışanlar öz sahələrini daha da inkişaf etdirirlər.

Bəs Nobel mükafatı necə yaranıb?

Məşhur Nobel mükafatının yaranma tarixi Alfred Nobellə bağlıdır. O, 1867-ci ildə dinamiti, 1887-ci ildə isə partlayıcı jelatin və tüstüsüz nitrogliserin tozunu kəşf edib. Bu kəşflər tikinti və hərbi sənayedə istifadə olunaraq ona böyük sərvət gətirib. Nobelin qardaşı 1888-ci ildə Fransada vəfat edib və fransız qəzeti onu Alfred Nobel zənn edərək “Ölüm taciri vəfat etdi” adında nekroloq dərc edib. Alfred Nobel özünə həsr olunmuş bu yazını oxuyanda çox təsirlənir. Bu hadisədən sonra o, sərvətinin müəyyən hissəsinin hər il fizika, kimya, tibb, ədəbiyyat və sülh üzrə yeniliklər gətirən şəxslərə verilməsini və bunun üçün Nobel fondunun yaradılmasını vəsiyyət edir. Daha sonra 1968-ci ildə iqtisadiyyat sahəsi də bura əlavə edilir.

Riyaziyyat bu siyahıya əvvəlcə əlavə olunmuş olsa da, sonradan Nobel onu siyahıdan çıxardır. Bunun səbəbi haqqında müxtəlif fikirlər mövcuddur:

* İsveçli riyaziyyatçı Mittaq-Lefflerin adlı şəxs daim Stokholm univeristeti üçün ianələr tələb edirdi və Nobel onu heç sevmirdi;

* Nobel Sofiya Kovalevskaya adlı qadına aşiq olub. Qadın isə Mittaq-Leffleri adlı riyaziyyatçını seçib;

* Alfred Nobelin özündən çox gənc olan həyat yoldaşının sevgilisi də riyaziyyatçı olub;

* Nobel riyaziyyatı elm olaraq ciddiyə almırdı və  s.

Bunların hər biri uydurulmuş təxminlərdir. Heç birinin əsası yoxdur. Alfred Nobel heç vaxt evli olmayıb və qadınlarla münasibəti də problemli olub. Digər tərəfdən, onun qədər savadlı birinin ən vacib elmlərdən olan riyaziyyatı ciddiyə almaması heç ağlabatan deyil.

Daha məntiqli olanı budur ki, İsveç riyaziyyatçısı Mittaq-Lefflerə qarşı Alfred Nobelin səbəbi bilinməyən bir antipatiyası olub. Əgər Nobel riyaziyyatı da siyahıya daxil etsəydi, ilk mükafat həmin şəxsə veriləcəkdi. O da bunu istəməyib və nəticədə, ədalətsiz bir qərar vermiş olub. Amma səhvsiz insan olmaz, deyiblər.

Alfred Nobel 10 dekabr 1896-cı ildə İtaliyanın San Remo şəhərində vəfat edib. 1901-ci ildən etibarən onun vəsiyyətinə uyğun olaraq Nobel mükafatı verilməyə başlanıb.

Alfred Nobel mükafatı maliyyələşdirmək üçün 265 milyon dollar məbləğində vəsait ayırıb və bu vəsaitin çox hissəsi Azərbaycan neftinin hasilatından əldə olunub. Belə ki, Alfred Nobelin böyük qardaşı Robert ilk dəfə 1873-cü ildə Azərbaycana gəlib və ölkəmizin neft sənayesində potensial olduğunu görüb. Robert burada kiçik neft emalı zavodu alıb və qardaşı Lüdviq ilə Bakı şəhərində yerləşən Branobel neft şirkətinin neft hasilatı əməliyyatını təşkil edib. Arxiv sənədləri belə göstərir ki, Nobel fondunun fəaliyyətə başlaması üçün istifadə olunan vəsaitin 20-22 faizi Alfredin neft şirkətindəki səhmlərindən daxil olub.

“Times” qəzetində belə qeyd olunub ki, Nobel qardaşları, həmçinin Bakıya Avropa, Çin, Hindistan və İran bazarlarını neft və neft məhsulları ilə təmin etməkdə böyük dəstək olublar.

Branobel neft şirkətinin baş ofisi Villa Petrolea paytaxt Bakıda tikilib və qardaşlar orada təxminən 45 il yaşayıb. Villa Petrolea BNİF (Bakı Nobel İrsi Fondu) tərəfindən bərpa edildikdən sonra Nobellərin həyatını işıqlandıran muzey kimi fəaliyyət göstərməyə başladı.

Nobel mükafatının laureatının təltif olunma mərasimi hər il 10 dekabrda - Alfred Nobelin ölümünün ildönümündə Stokholmda keçirilir. Yalnız sülh mükafatı laureata Norveçin paytaxtı Osloda İsveç kralının şəxsən özü tərəfindən təqdim edilir. Laureatlara verilən mükafata medal, şəxsi diplom və pul mükafatı daxildir. 1901-ci ildə ilk Nobel mükafatı laureatlarına 150.782 İsveç kronu verilib. Hazırda bu məbləğ təqribən 1.3 milyon dollar təşkil edir.

Bu gün - 21 oktyabr Alfred Nobelin anadan olmasının 189-cu ildönümüdür.

Paylaş:
Baxılıb: 766 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Biz bir olmalıyıq

20 Sentyabr 19:09

YAP xəbərləri

Gündəm

MEDİA

Sosial

4 şəhərin 1 günü

20 Sentyabr 11:19  

Analitik

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Sentyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30