170 il öncə...
24.09.2022 [12:30]
İnsan yüksəkliyi və atmosferi fəth etdi
MÜŞFİQƏ
Tarixdə bu gün - 24 sentyabr 1852-ci ildə ilk hava gəmisi (dirijabl) havaya qalxıb. İlk uçuşu fransız ixtiraçı Henri Giffar reallaşdırıb. Uçuş Parisdən 27 km aralıdakı Trappesdə həyata keçirilib. Beləliklə, insan yüksəkliyi və atmosferi fəth etməyə başladı.
Dirijabllar təkrar yanacaq doldurulmadan o zaman üçün böyük məsafə qət etmək imkanlarına malik idi. Onların vasitəsilə yüzlərlə ton lazımi məhsul daşınırdı. Müharibə zamanında isə bombardmançı qismində çıxış edə bilirdilər. Bəs dirijabl havada necə hərəkət edirdi?
Hava şarı ilə təyyarənin bir sıra xüsusiyyətlərini daşıyan dirijabl insan əli ilə idarə olunan uçan cihazdır. Onun da hava şarı kimi qazla doldurulmuş özəyi var. Mühərrikə malik olması isə dirijablı təyyarəyə daha çox oxşadır. Lakin təyyarədən fərqli olaraq, dirijablın səmaya qalxması və havada qalması üçün mühərrikinin gücü lazım gəlmir. Çünki onun özəyi vakuumla və ya havadan yüngül olan qazlarla - helium, yaxud hidrogenlə doldurulur. Dirijablın əcdadı olan hava şarı bütün göstəricilərə görə ondan geri qalır. Hətta müasir təyyarə və helikopter də bəzi xüsusiyyətlərinə görə ona uduzur.
Dirijablın sürəti çox aşağı olsa da, əlverişsiz hava şəraiti, xüsusən də külək onun uçuşuna əngəl törətsə də, çox qənaətcildir. Onun üçün nəhəng aeroportlar tikməyə, bahalı uçuş zolaqları salmağa ehtiyac qalmır. Üstəlik, o, təyyarəyə nisbətən daha çox yük qaldıra bilir.
1783-cü ildə Parisdə Montgolfier qardaşları tərəfindən hazırlanan, isti hava ilə doldurulan dirijablda həyata keçirdikləri 8 km məsafəli uçuş hamı tərəfindən qəbuledilən ilk dirijabl uçuşu idi. Hava şarı yanan odunun hesabına qızdırılırdı və idarə edilmirdi, yəni küləyin istiqaməti ilə hərəkət edirdi. 1800-cü illərdə də idarəedilən hava şarının, yəni dirijablın yaradılması üzərində işlər davam etdirildi.
Nəhayət, 1852-ci ildə ?ransalı Giffar ilk idarəolunan buxar mühərrikli dirijablda havaya qalxaraq 27 km uçdu. Giffarın hava şarı Balonlu zondların buraxılması XVIII əsrin sonlarında Avropada məşhur bir əyləncəyə çevrildi.
Bundan başqa, idarəolunmayan hava şarları ABŞ-da Vətəndaş müharibəsi zamanı geniş istifadə edildi. Sonrakı texnoloji sıçrayış 1884-cü ildə Şarl Laurent Renard və Artur Krebs tərəfindən Fransaya məxsus elektrik mühərrikli dirijablda ilk olaraq tam idarəolunan uçuşun keçirilməsi ilə baş verdi. Dirijabl 23 dəqiqə ərzində 8 km məsafədə idarəolunan uçuş həyata keçirməyə imkan verdi. Buna baxmayaraq, bu cihazlar qısamüddətli və olduqca kövrək idilər. Dirijabllar Birinci və İkinci Dünya müharibələrində istifadə edildi. Uzun illər ərzində sərt dirijabllar təyyarələrdən daha böyük yüklər daşıdı. Lakin onların inkişafı havadan ağır vasitələrin icad edilməsindən sonra dayandı. Görəsən, niyə görə belə sərfəli uçan aparat hazırda tamamilə unudulub? Bu da səbəbsiz deyil.
Dirijabl dövrü dünyanın ən böyük və gözəl uçan aparatı olan “Hindenburq”un dəhşətli qəzasından sonra sona yetib. “Hindenburq” Manhetten (Nyu-Yorkun bir hissəsi) üzərindən keçdikdən sonra qəflətən alovlanıb. Qorxunc yanğında 36 nəfər həlak olub, “Hindenburq” isə yanaraq külə dönüb. Qəzanın qorxunc şəkillərinin bir çox qəzetlərdə yayılması dirijabla münasibətin dəyişilməsi ilə nəticələnib.
Xəbər lenti
Hamısına baxElm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45

