Neptunun kəşf edildiyi gün...
23.09.2022 [10:56]
1843, yoxsa 1846-cı il?
G.QABİLQIZI
Planetlər haqda məlumatlar həmişə maraq doğurur. Planet bir ulduzun ətrafında fırlanan göy cismidir. Günəş sistemində 8 planet var, onlardan yalnız beşini adi gözlə görmək olur. İndiyə qədər Günəş və ətrafında fırlanan planetlər haqqında çox məlumatlar əldə etmişik. Ancaq onların tam səhih, doğru olduğunu heç kim təsdiqləyə bilməz.
Günəş sistemindəki 8 planetdən biri olan Neptunla bağlı da bilinməyən məsələlər var. Məlumdur ki, planetlərin Yerdən məsafəsi fərqlidir. Neptun isə planetlər arasında həm Günəşdən, həm də Yerdən ən uzaq olanıdır. Bu planetin ətrafında 6 halqa var, onu adi gözlə görmək mümkün deyil. Bu planet öz adını qədim romalıların dəniz tanrısından alıb. Temperaturu -214 dərəcədir. Neptunun 14 peyki var. Onun atmosferi metan, helium və hidrogen qazlarından ibarətdir. Neptun yaxınlıq baxımından Günəş sistemində sonuncu yerdədir. Pluton planet kateqoriyasından çıxarıldıqdan sonra Neptun sonuncu planet olub. Bu planet haqqında çox az şey məlumdur, çünki onun ərazisinə eniş etmək çox çətindir.
Neptunu “mavi planet” də adlandırırlar. Məhz buna görə ona dəniz tanrısının adı verilib. Metan qazının qırmızı işığı udması Neptuna mavi rəng verir.
Neptun planeti XIX əsrdə kəşf edilib. Ancaq onun bu tarixdən əvvəl kəşf olunduğuna dair iddialar da var. Qalileyin 1613-cü ildə çəkdiyi rəsmlər Neptunun mövqeyini nişan verir. 1843-cü ildə Con Adams da bir planet kəşf etdiyini düşünüb, lakin tam əmin olmadığı üçün bunu elan etməyib. Nəhayət, 1846-cı ilin 23 sentyabrında Urbain Le Verrier və Galle Neptunu planet elan ediblər. Planetin kəşfində əsas rol Verrierin olsa da, bu işdə Adamsın da payı olduğu qəbul edilib.
Neptun planetinin termosferi 1000 C olaraq ifadə edilir. O, Günəş sistemindəki iki buzlu planetdən biridir. Planetin kütləsinin 80%-i su, eləcə də metan və ammonyak kimi soyumuş qazlardan ibarətdir. Ən soyuq planet Urandan sonra Neptun ikinci yerdədir. O, daxili quruluş baxımından da Urana bənzəyir. Kütləsi əsasən qazlardan ibarət olduğuna görə bu planetin səthi bərk deyil. Buna baxmayaraq, Neptun Günəş sistemindəki ən ağır planetlərdən biridir.
Planetlər arasındakı məsafələri dəqiq məlumat kimi qəbul etmək düzgün deyil. Bu məsafələr planetlərin Günəş ətrafında dövr etməsi zamanı mövqeyinə görə dəyişir. Neptunla Yer arasındakı məsafənin 4351,4 milyon km olduğu müəyyən edilib. Ancaq bu məsafə də bucaqlara görə dəyişə bilər.
Xəbər lenti
Hamısına baxİdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45

