Sürünən zəhərlilər...
16.07.2025 [08:32]
İlan sancması zamanı nələrə diqqət edilməlidir?
Yəqin ki, bir çox insanın qorxduğu heyvanlar arasında ilanlar ön sırada yer alır. Hətta bəzilərimiz bu canlını fotolarda belə görməkdən məmnun deyilik. Azyaşlı uşaqlar üzərində araşdırma aparan alimlər bu nəticəyə gəliblər ki, daha öncə heç bir heyvan görməmiş körpələrə belə müxtəlif heyvan fotoları göstərildikdə ilan olan fotolara fərqli reaksiya verirlər.
İlanlar insan həyatında və müxtəlif xalqların mədəniyyətində həmişə xüsusi yer tutub. Onlar mifologiyada ya cəhənnəm məxluqları kimi təsnif edilir, ya da ilahiləşdirilib ibadət olunurdular.
Yeri gəlmişkən, bu gün - iyulun 16-sı Ümumdünya İlan Günü kimi qeyd olunur. İlanların maraqlı xüsusiyyətləri də yetərincə çoxdur. Hazırkı təsnifata görə, dünyada 3600-ə yaxın ilan növü var.
İlanların çoxu faydalıdır....
3600-ə yaxın ilan növündən yalnız 600-nün, təqribən 17 faizinin zəhəri mövcuddur. İnsanı öldürə biləcək zəhərə malik ilan növlərinin sayı isə daha az - 232-yə yaxındır.
İnsanlar lap qədim zamanlardan ilanlardan faydalanmağa çalışıb. Qədim Romada bəzi ailələr öz həyətlərində, evlərində ilanlar bəsləyib saxlayarlarmış ki, xəstəlik törədən, ziyan verən siçanların, siçovulların kökü kəsilsin.
Bu gün də tibbi-əczaçılıq və kosmetika sənayesində ilan zəhəri qiymətli tibbi xammal kimi geniş tətbiq olunur. İlan zəhərindən istifadə etməklə qan-damar, əsəb, dəri-əzələ sistemi xəstəliklərinin müalicəsində, cərrahiyədə işlədilən müxtəlif dərman preparatları istehsal edilir.
Bütün ilanlar kar olur...
İlanların xarici qulaq seyvanı olmadığından ətrafdakı səsləri eşitməkdən məhrumdurlar. Bu, onların aciz olduqları mənasına gəlmir. Onlar ətrafdakı titrəşimləri hiss etmədə ustadırlar. Həmçinin ilanların ağız boşluğunun arxasında xüsusi bir orqan var. Lamisə orqanı, digər adlarıyla “Jacobso”n orqanı və ya vomeronazal orqan olaraq da bilinən bu orqan ilanın dili vasitəsilə ətrafdan topladığı qoxu molekullarını analiz edərək beynə sinirlərlə siqnallar göndərir. Bütün ilanların haça dillərini tez-tez çölə çıxardıb, yenidən içəri soxmasının səbəbi budur.
İlanların qisası...
Xalq arasında geniş yayılmış inanclardan biri odur ki, kimsə ilan öldürsə, həmin ilanın cütü (ikinci versiyada qardaşları) gəlib ilanın qisasını alacaq. İlanlar əsasən yumurta qoyaraq çoxalır (bəzi gürzə və digər ilan növləri istisnadır). Bu isə o deməkdir ki, ilanlar yumurtadan çıxdıqları andan etibarən valideyn qayğısından məhrum olurlar və elə dünyaya gəldikləri ilk saniyələrdən etibarən qardaşlar arasında qida rəqabəti başlayır. Yumurtadan çıxan balalar hər biri fərqli bir yerə ayrılaraq öz həyatlarını davam etdirirlər. Bəzən yumurtadan yeni çıxan balalardan birini öldürən insanlar digər ilanları gördükdə onların qisas almaq üçün gəldiyini zənn edirlər... Amma belə deyil, əslində heç bir ilan qardaşının və ya cütünün qisasını almaq üçün gəlmir.
Ac qarnına nə qədər dayana bilər?
İnsanlardan fərqli olaraq, yetkin ilanlar bir neçə ay qidasız yaşaya bilər. Bəzi ilan növlərinin ovlarını həzm etməsi 3-5 gün çəkir. İlanlar enerjilərini çox sərf etmədikləri üçün tez-tez yeməyə ehtiyac duymurlar. Xüsusilə, qəfəsdə olan ilanlar çox az qidalanır. Kiçik və cavan ilanlar həftədə bir dəfə, yetkin ilanlar isə ayda bir dəfə yemək yeyirlər. Nəhəng pitonlar və anakondalar isə aylarla yeməksiz qala bilərlər.
Hazırda çox təhlükəlidirlər...
Məlumdur ki, havalar istiləşən kimi ilan sancmaları da artır Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin həkim-toksikoloqu Aynur Məmmədova “Yeni Azərbaycan”a ilan sancması barədə bəzi mühüm məqamlarla bağlı açıqlama verib: “Cari ildə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə ilansancma ilə bağlı ilk müraciət aprelin 3-də edilib. Həmin şəxsin vəziyyəti ağır idi, müalicə etdik, sağaldı. Daha sonra may ayında 6, iyunun ötən dövründə isə 5 nəfər ilansancma ilə bağlı şöbəyə müraciət edib. Bu ay isə 6 nəfər mərkəzimizə ilan sancması ilə gətirilib. Ölüm hadisəsi qeydə alınmayıb. Ən ağır xəstə bu yaxınlarda Qax rayonundan gəlmişdi. İlan xəstənin çiynindən sancmışdı. Vəziyyəti çox ağır idi. Qan köçürdük, zərdab vurduq, 3 həftədən sonra tam sağlam vəziyyətdə evinə getdi. Bundan başqa, Tərtər rayonunda da ağır xəstə gəlmişdi, zərdab vuruldu, qan köçürüldü və evə buraxıldı.
Hazırda ilanlar çox təhlükəlidir. Qış yuxusundan ayılıblar, çinədanları zəhərlə doludur, ona görə də çinədanlarını boşaltmalıdırlar”.
İlan sancanda nə etməli?
A.Məmmədova qeyd edib ki, ilan sancanda panikaya düşmək, qaçmaq, qışqırmaq olmaz, bu, təhlükəlidir: “Həmin an yaranın yeri su, ətir, spirt və digər təmizləyici vasitələrlə yuyulmalı, oraya soyuq nəsə qoyulmalıdır. Yaxud təmiz tənzifi antiseptik vasitə ilə isladıb həmin yerə qoymaq lazımdır. Ağrıkəsici varsa, vurula bilər. Yaranı çərtmək, yarmaq olmaz. Yara sterildirsə, hər hansı müdaxilə olunubsa, bu, ikinci infeksiyanın bədənə daxil edilməsi deməkdir. İlan sancan şəxs zərdab vurulmaq üçün 5 saatadək xəstəxanaya çatdırılmalıdır. Xəstəxanada müvafiq müalicələr aparılır. Düzgün yardım olunduqda, xəstə sağalır. İlansancmadan ölüm hadisəsi çox az qeydə alınır. Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində ilan sancan vətəndaşların müalicəsi üçün hər cür şərait mövcuddur. Zərdabımız var. Hər gün 10 nəfər ilan sancan vətəndaşı qəbul edə bilərik”.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
21 Fevral 20:28
Dünya
21 Fevral 19:33
Hadisə
21 Fevral 18:15
Sosial
21 Fevral 17:26
YAP xəbərləri
21 Fevral 16:47
YAP xəbərləri
21 Fevral 14:56
YAP xəbərləri
21 Fevral 14:22
YAP xəbərləri
21 Fevral 13:29
YAP xəbərləri
21 Fevral 13:17
Siyasət
21 Fevral 12:53
YAP xəbərləri
21 Fevral 12:50
YAP xəbərləri
21 Fevral 12:45
Siyasət
21 Fevral 12:28
Gündəm
21 Fevral 12:11
Gündəm
21 Fevral 11:56
Elm
21 Fevral 11:38
Sosial
21 Fevral 11:14
İqtisadiyyat
21 Fevral 10:50
İqtisadiyyat
21 Fevral 10:35
Analitik
21 Fevral 10:17
Analitik
21 Fevral 09:52
Sosial
21 Fevral 09:33
Sosial
21 Fevral 09:10
Ədəbiyyat
21 Fevral 08:57
Ədəbiyyat
21 Fevral 08:34
Gündəm
21 Fevral 08:13
YAP xəbərləri
21 Fevral 07:25
YAP xəbərləri
20 Fevral 23:43
İqtisadiyyat
20 Fevral 23:32
Dünya
20 Fevral 22:45
Sosial
20 Fevral 22:20
Dünya
20 Fevral 21:52
YAP xəbərləri
20 Fevral 21:26
Dünya
20 Fevral 21:18
Dünya
20 Fevral 20:49
YAP xəbərləri
20 Fevral 20:30
İqtisadiyyat
20 Fevral 20:14
Dünya
20 Fevral 19:52
YAP xəbərləri
20 Fevral 19:37
Dünya
20 Fevral 19:15
Dünya
20 Fevral 18:53
YAP xəbərləri
20 Fevral 18:29
Sosial
20 Fevral 18:14
Dünya
20 Fevral 18:10
YAP xəbərləri
20 Fevral 17:33
YAP xəbərləri
20 Fevral 17:25
Sosial
20 Fevral 17:12
MEDİA
20 Fevral 17:08
Sosial
20 Fevral 17:06
YAP xəbərləri
20 Fevral 16:57
Sosial
20 Fevral 16:54
Siyasət
20 Fevral 16:42
YAP xəbərləri
20 Fevral 16:00
Yeni texnologiyalar
20 Fevral 15:43
Dünya
20 Fevral 15:23
Dünya
20 Fevral 14:52
Dünya
20 Fevral 14:18
Sosial
20 Fevral 13:50
Dünya
20 Fevral 13:47
Dünya
20 Fevral 13:20
Dünya
20 Fevral 12:55
Sosial
20 Fevral 12:49
Siyasət
20 Fevral 12:48
YAP xəbərləri
20 Fevral 12:46
Sosial
20 Fevral 12:36
Xəbər lenti
20 Fevral 12:33
Dünya
20 Fevral 12:14
Sosial
20 Fevral 12:03
Sosial
20 Fevral 12:00
Gündəm
20 Fevral 11:50

