Rəngləri fərqli olsa da...
25.07.2024 [11:15]
Beynəlxalq Afrika Mənşəli Qadınlar Günüdür
Yeganə BAYRAMOVA
Zəncirlərdə dəri rənginin nə üçün qara olduğu bir çox məqamlarda diqqətimizi çəkir. Məsələn, qaradərili birini gördükdə həmin an onların dəri rəngindən başqa saçlarına, üz cizgilərinə də fikir veririk. Lakin qaradərili insanlardakı bu fərqlilik səbəbsiz deyil. Belə ki, zəncilərin dərisində yüksək miqdarda melanin piqmenti olduğuna görə, onlar qaradərili olurlar.
Tarixən irqi ayrı-seçkilik zəminində bir çox iğtişaşlar baş verib. Bu qarşıdurmalar nəticəsində milyonlarla zənci də qurbana çevriliblər. Əslində onlara qarşı yenə də müəyyən ayrı-seçkiliyə rast gəlmək mümkündür desək, yanılmarıq.
Yeri gəlmişkən, bu gün Beynəlxalq Afrika Mənşəli Qadınlar Günü kimi qeyd olunur. Bu gün ilk dəfə 1964-cü il, iyulun 25-də siyasətçi və fəal Aoua Keytanın təşəbbüsü ilə keçirilib. İki il əvvəl, 1962-ci ildə Afrika qitəsinin hər yerindən olan qadınlar “Pan-Afrika Qadınlar Təşkilatı”nı yaratmaq üçün Dar Es Salaamda bir araya gəlmişdilər. Mədəni, etnik, irq və dil fərqlərinə baxmayaraq, məqsəd qüvvələri birləşdirmək, qaradərili qadınların da qitənin iqtisadi, sosial və siyasi inkişafına tam inteqrasiyasını təşviq etmək idi. Beləliklə, Afrika qadınlarının həyat şəraitinin yaxşılaşdırılmasına kömək etmək üçün belə bir əlamətdar günün təsis edilməsi təklif edilir.
Xatırladaq ki, 23 dekabr 2013-cü il tarixli 68/237 saylı qətnamə ilə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 2015-2024-cü illəri Afrika mənşəli qadınlar üçün Beynəlxalq Onillik elan etmişdi. Ancaq statistik göstəricilərə əsasən, qaradərili qadınlara qarşı dözümsüzlük, o cümlədən onların müasir təzahürləri, bəzi hallarda isə zorakılıq yenə davam edir.
Qeyd edək ki, Beynəlxalq Afrika Mənşəli Qadınlar Günü ilə bağlı aidiyyəti təşkilatlar elm, idman, hüquq, incəsənət, siyasət və digər sahələrdə fərqlənən qaradərili qadınların əldə etdikləri uğurları təbliğ edirlər. Beləliklə, dövlətlərin ayrı-seçkiliyə əsaslanan zorakılığın kökünü kəsmək, o cümlədən Afrika əsilli insanlara, xüsusən də qadınlara qarşı bütün irqçi və ayrı-seçkilik xarakterli bəyanatların qarşısını almaq, aradan qaldırmaq, qadağan etmək və cəzalandırmaq üçün müvafiq tədbirlər görmək öhdəliyi var.
Ancaq hər birimiz ayrı-seçkiliyin bütün formalarını aradan qaldıraraq, daha inklüziv və müxtəlifliyə hörmət edən cəmiyyətlər qurmaq üçün məsuliyyət daşıyırıq. Çünki bütün xalqların, millətlərin və dinlərin dostluğu üçün istər irqi, istərsə də dini ayrı-seçkiliyin ləğvi vacibdir.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29

