Kart məlumatları necə qorunmalıdır?
17.03.2023 [10:46]
Kiberdələduzların yeni “kəşf”i
Nicat Dilqəmli
Dövrümüzdə texnologiyanın sürətlə inkişafı bəzi önəmli məqamları aktuallaşdırır. Son bir neçə il ərzində bütün dünyada olduğu kimi, ölkəmizdə də elektron xidmətlərdən istifadə geniş vüsət alıb. İnformasiya texnologiyaları (İT) üzrə mütəxəssislər tərəfindən bu, çox müsbət bir tendensiya kimi qiymətləndirilməkdədir. Çünki təxminən 8-10 il bundan öncə insanların elektron xidmətlərdən istifadə etməsinə nadir hallarda rast gəlinirdi. Kiçik bir araşdırma etdikdə məlum olur ki, innovativ üsullardan istifadənin bir o qədər də populyarlaşmamasının müxtəlif səbəbləri var. Qeyd edilən dövrdə əhalinin böyük bir qismi şəxsi məlumatlarının elektron sistemə yüklənilməsindən ciddi şəkildə narahatlıq keçirirdilər. Bunun səbəbi isə hər hansı bir oğurluq, fırıldaq hallarının baş verə bilməsi ehtimalıdır. Qeyd edilən səbəblərdən yeni üsulların istifadəsindən yayınan vətəndaşlar arasında aparılan maarifləndirmə işlərindən sonra bu mənfi tendensiya bir qədər aradan qalxıb. Lakin son bir-iki il ərzində kiberhücumların digər illərə nisbətdə bir xeyli artması bu məsələni yenidən gündəmə gətirdi. Bir neçə aydır ki, informasiya təhlükəsizliyi məsələsi yenidən aktuallaşıb. Buna səbəb isə vətəndaşların şəxsi və kart (hesab) məlumatlarının oğurlanması hallarının geniş vüsət almasıdır.
Fərdi hesabları “hədəf” alan kibercinayətkarlar hücumları reallaşdırmaq üçün bir neçə üsuldan istifadə edirlər. Əfsuslar olsun ki, bir çox hallarda bu, dələduzlar üçün heç də çətin olmur. Bunun üçün kibercinayətkarlar əsasən məzmunu (və hətta bəzən mənbəsi) məlum olmayan, daxilində zərərli keçidlər (linklər) olan məktublardan istifadə edirlər. Məlumatsız və ya az məlumatlı olan vətəndaşlar isə həmin keçidlərə daxil olduqda onların məlumatları üçüncü tərəfə ötürülmüş olur.
Bununla bağlı Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi də vətəndaşlara xəbərdarlıq ünvanlayıb. Məlumatda deyilir ki, son araşdırmalara əsasən fırıldaqçılar tərəfindən kart istifadəçilərinin pul vəsaitlərinin yeni sxem əsasında ələ keçirilməsi müşahidə edilir.
“Belə ki, SMS məlumatlandırma və sosial şəbəkələrdə olan hesablar üzərindən kart istifadəçilərindən iş yeri ilə təmin edilmə və ya virtual satışdan əlavə gəlir mənbəyinin formalaşdırılması məqsədilə ilk növbədə müvafiq internet səhifədə (www.mercadorss.com və s.) qeydiyyatdan keçmək istənilir. Qeydiyyatdan keçən kart istifadəçilərinə məbləğə görə faiz gəliri təqdim edən müxtəlif xidmət paketlərinin əldə edilməsi təklif edilir. Bu məqsədlə, kart istifadəçiləri mövcud balanslarının artırılması üçün pul vəsaitini (10 - 10000 AZN məbləği intervalında) fırıldaqçılar tərəfindən təqdim edilən ödəniş kartına köçürməlidir. Fırıldaqçılar istifadə etdikləri ödəniş kartlarını mütəmadi qaydada dəyişdirmək üçün fərqli yanaşmadan istifadə edirlər. Belə ki, kart istifadəçiləri “WhatsApp” və “Telegram” üzərindən “işə cəlbetmə” adı altında bu yeni fırıldaqçılıq sxemində iştiraka dəvət edilirlər. Bu şəxslərdən isə fırıldaqçılıq sxemində vasitəçi olaraq ödəniş kartlarına toplanacaq pul vəsaitlərinin sonradan fırıldaqçılar tərəfindən göstərilən ödəniş kartlarına köçürülməsi və “Binance” tətbiqində və s. qeydiyyatdan keçərək əlavə hesab açılması tələb edilir”.
Qurumdan verilən məlumatda bu hesabların fırıldaqçılar tərəfindən idarə edildiyi də diqqətə çatdırılıb: “Bu fırıldaqçılıq sxemində kart istifadəçiləri iştirakçı olaraq ödədikləri pul vəsaitləri müqabilində sonradan hər hansı bir xidmət əldə edə bilmirlər. Bir qrup kart istifadəçiləri isə bu fırıldaqçılıq sxeminin realizasiyasında birbaşa vasitəçi və ya “transit” olaraq iştirak etmiş olurlar”.
Mərkəz istifadəçilərə tövsiyyə edir ki, fərdi məlumatları qorusunlar: “Sizin fərdi məlumatlarınız hər hansı cinayətləri sizin adınızdan həyata keçirmək üçün, hətta balansında pul olmayan təhlükəsizdir deyə düşündüyünüz və hər kəslə bölüşdüyünüz bank kartınız isə hansısa dələduzluq məqsədi ilə istifadə olunan bank köçürmələrində “transit” hesab kimi istifadə oluna bilər. Səbəb fırıldaqçıların tədqiqat zamanı öz izini gizlətmək istəməsi və araşdırmaların hədəfi kimi sizi göstərməsidir”.
“Fərdi məlumatlarınız sizin üçün bəzən dəyərli görsənməsə də əslində ondan istifadə etməyi bacaranlar üçün çox dəyərlidir”, - deyə Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzinin məlumatında vurğulanır.
Araşdırmaların nəticəsini ümumiləşdirdikdə məlum olur ki, fərdi məlumatların qorunması üçün önəmli olan əsas məqam məzmunundan asılı olmayaraq elektron cihaza göndərilən bütün SMS-lərə diqqətlə yanaşmaqdan ibarətdir. Mütəxəssislər ən xırda təhlükəli məqamda belə müvafiq strukturlara müraciət edilməsinin tərəfdarıdırlar. Lakin unutmaq olmaz ki, kibercinayətkarların “qurban”ına çevrilməməyin ən sadə və ən əsas yolu fərdi məlumatların üçüncü tərəfə ötürülməməsidir.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxİdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 |

