Milli amil ön plandadır
23.08.2022 [08:40]
Beynəlxalq təşkilatlarla əməkdaşlıq prioritet istiqamətdir
Yeganə BAYRAMOVA
Azərbaycan dünyada tam müstəqil siyasət yürütmüş, siyasi dəst-xətti, dövlətçilik siması, tərəqqi yolu ilə nüfuz qazanmış, milli inkişaf strategiyasını, siyasi-iqtisadi, mədəni-mənəvi təkamül konsepsiyasını, vahid ideologiyasını uğurla formalaşdırıb. Dövlətimizin milli maraqlara əsaslanan diplomatiyası, demokratikləşdirmə, hüquqi prinsiplərin reallaşdırılması istiqamətlərində ardıcıl və məqsədyönlü fəaliyyəti də məhz milli müstəqilliyin praktik olaraq tam gerçəkləşdirilməsini təmin edib.
Möhkəm təməl üzərində yaradılan güclü iqtisadi potensial, toplanmış maliyyə resursları, cəmiyyət həyatının bütün sahələrinin dinamik tərəqqisi, enerji, ərzaq təhlükəsizliyi kimi məsələlərin uğurla həlli Azərbaycana tam müstəqil, milli maraqlara hesablanan xarici siyasət yürütməyə imkan verib.
Ümumiyyətlə, həyata keçirilən qlobal miqyaslı tədbirlər Azərbaycanın dövlətlərarası əlaqələrini gücləndirməklə bərabər, həm də ölkəmizin dünya miqyasında nüfuzunun daha da artırılmasını, Cənubi Qafqaz regionunda lider dövlətə çevrilməsini şərtləndirib.
Ölkəmiz hazırda dünya birliyinə inteqrasiyanın, beynəlxalq təşkilatlarla əməkdaşlığın gücləndirilməsi məqsədilə BMT, ATƏT, Aİ kimi nüfuzlu beynəlxalq təşkilatlar, habelə ABŞ, Rusiya, Almaniya, Türkiyə, İngiltərə və digər dövlətlərlə sıx əməkdaşlıq edir.
Bu əlaqələri, eyni zamanda, Azərbaycanın mövcud təhlükəsizlik mühitində ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinə qarşı mümkün təhdidlərin nəzarət altında saxlanması və aradan qaldırılmasını zəruri edir.
Milli Məclisin deputatı Naqif Həmzəyev “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, Azərbaycan bir çox sahələrdə olduğu kimi, region ölkələri, beynəlxalq təşkilatlarla əməkdaşlıq istiqamətində də reform və islahatlar siyasətinin davamlı tərkib hissəsi olaraq xüsusi addımlar atır: “Strateji əməkdaşlıq imkanlarını yüksək səviyyədə dəyərləndirərək, son dövrdə Avropa Birliyi və onun institutları ilə, Birləşmiş Millətlər Təşkilatı və onun müvafiq qurumları ilə sıx əməkdaşlıq imkanlarını və perspektivlərini genişləndirmək istiqamətində addımlar atmaqdadır. O cümlədən Azərbaycan dövləti özünün həyata keçirdiyi qısamüddətli və uzunmüddətli layihə və proyektlərdə xarici siyasətdəki mühüm faktor kimi əsas milli amili ön planda tutmaqdadır.
Cənab Prezident İlham Əliyevin müvafiq qərarına uyğun olaraq Xarici İşlər Nazirliyi də, müvafiq qurumlar da ölkəmizin milli maraqlarının qorunması istiqamətində lazımi addımlar atır. 44 günlük İkinci Qarabağ döyüşündən sonra Cənubi Qafqazda sabitliyin bərpa olunması ilə regionda geostrateji lider kimi Azərbaycan dövləti vacib addımlar atır. Şübhəsiz ki, dünya ictimaiyyəti, xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən də yürüdülən siyasət yüksək qiymətləndirilməkdədir”.
N.Həmzəyev qeyd edib ki, son dövrlər ölkəmizə olan marağın və inamın nəticəsində Azərbaycan dövlətinə bir çox sahələrdə çoxşaxəli əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı təkliflər artmaqdadır: “Bu da Azərbaycan dövlətinin güvənilir bir dövlət, ölkə başçısı İlham Əliyevin güvənilir bir şəxsiyyət, dövlət xadimi, ölkə rəhbəri olması və eyni zamanda, dünya liderləri arasında xüsusi çəkiyə malik olmasının da bariz nümunəsidir. Bu baxımdan, əlbəttə ki, dünya birliyinə inteqrasiya prosesinin sürətlə getdiyini biz sadəcə görmürük, eyni zamanda, bu dövrün müasirləri olaraq hər birimiz öz sahəmizdə hiss edir və yaşayırıq.
Şübhəsiz ki, Azərbaycan dövləti atmış olduğu bütün addımlarını beynəlxalq hüquq normalarına əsaslanaraq, ədalət prinsipinə söykənərək, ən əsası ölkəmizin milli maraqlarını rəhbər tutur. Bu da yalnız və yalnız Azərbaycan dövlətinə, Azərbaycan xalqına xidmətin vacib bir nümunəsidir ki, dövlət başçımızın rəhbərliyi altında bu, həyata keçirilir”.
Deputat hesab edir ki, yaxın gələcəkdə Zəngəzur dəhlizinin açılmasının şahidi olacağıq: “Qərbi Zəngəzurla bağlı Azərbaycan dövlətinin qəti mövqeyi Ermənistan tərəfindən eşidilir. Əminəm ki, indiki Ermənistan ərazisindən, əslində isə öz tarixi ata-baba yurdundan deportasiya edilmiş soydaşlarımız öz vətənlərinə dönəcəklər. Dünya ictimaiyyəti bilir ki, həmin soydaşlarımız erməni vandallığının və Ermənistanın faşist siyasətinin nəticəsində öz yurdlarından köçürülüb. Biz şahid olduq ki, Azərbaycan dövlətinin qətiyyəti və iradəsinin nəticəsi olaraq Qarabağ müharibəsində uğur qazandıq. Beynəlxalq hüquq, norma və prinsipləri çərçivəsində Qərbi Azərbaycandan gələn soydaşlarımızın da yaxın gələcəkdə öz yurduna-yuvasına dönməsi ilə bağlı atılan addımlarda da biz yeni-yeni uğurların, nəticələrin də şahidi olmuş olacağıq.
Azərbaycan hüquqi dövlətdir. Ölkəmiz demokratik təsisatlara əsaslanmaqdadır. Azərbaycan dövləti ölkə rəhbərimizin başçılığı altında Avropaya və dünyaya inteqrasiya prosesini xüsusi çəki formatında həyata keçirməklə bərabər, öz milli maraqlarını qoruyan milli unitar bir dövlətdir.
Əminəm ki, yaxın gələcəkdə biz bu prosesin yüksələn xətlə inkişafının nəticəsi olaraq ölkəmizin daha da güclənməsinin, qüdrətlənməsinin, nüfuzunun və gücünün daha da artmasının şahidi olacağıq”.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxSosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14
Gündəm
07 May 16:11
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24
Dünya
07 May 14:19
Sosial
07 May 13:51
Dünya
07 May 13:25
Dünya
07 May 13:14
Elm
07 May 13:11
Elanlar
07 May 13:08
Sosial
07 May 13:07
Sosial
07 May 13:03
Gündəm
07 May 12:41
Sosial
07 May 12:32
İqtisadiyyat
07 May 12:32
Sosial
07 May 12:31
Gündəm
07 May 12:16
İqtisadiyyat
07 May 12:11
Hərbi
07 May 12:09
Dünya
07 May 12:05
Siyasət
07 May 11:58
Gündəm
07 May 11:35
Siyasət
07 May 11:13
YAP xəbərləri
07 May 11:13
YAP xəbərləri
07 May 11:11
YAP xəbərləri
07 May 10:58
Xəbər lenti
07 May 10:47
Gündəm
07 May 10:35
İqtisadiyyat
07 May 10:14
İqtisadiyyat
07 May 09:54
YAP xəbərləri
07 May 09:51
Siyasət
07 May 09:50
Analitik
07 May 09:37
Analitik
07 May 09:15
Sosial
07 May 08:50
Ədəbiyyat
07 May 08:31
Dünya
07 May 07:20
Siyasət
07 May 07:10
İdman
07 May 07:09
Siyasət
06 May 23:39
Dünya
06 May 23:32
Dünya
06 May 23:19
Dünya
06 May 22:50
Dünya
06 May 22:24
Dünya
06 May 22:09
Sosial
06 May 21:42

