Hüquqlarımız necə qorunur?
21.07.2022 [09:52]
Dövlətimizin siyasətinin əsas istiqamətlərindən biri
NARDAR
İnsan hüquq və azadlıqlarının təmin edilməsi müasir dünyada demokratik inkişafın ayrılmaz hissəsinə çevrilməklə, vətəndaş cəmiyyətinin başlıca meyarlarından biri sayılır. İnsan hüquqları ləyaqət, ədalət, bərabərlik, hörmət və müstəqillik kimi ortaq dəyərlərə əsaslanır. Bu dəyərlər qanunla müəyyən edilir və qorunur.
Bütün sivil dövlətlərdə ümumi qayğı və məsuliyyət predmeti kimi nəzərdən keçirilən bu meyarlar müstəqil Azərbaycan Respublikasının ictimai-siyasi həyatında da yer tapır.
Azərbaycanda insan hüquq və azadlıqlarının qorunması ali dəyər hesab edilir. 18 iyun tarixi Azərbaycanda İnsan Hüquqları Günü kimi qeyd olunur. Belə ki, dövlət başçısı İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamı ilə ümummilli liderimiz Heydər Əliyev tərəfindən 1998-ci il iyunun 18-də Azərbaycan Respublikasında ilk “İnsan hüquqları müdafiəsinə dair Dövlət Proqramı”nın təsdiq edildiyi və insan hüquqlarının təmin olunmasının dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edildiyi nəzərə alınaraq iyunun 18-i Azərbaycan Respublikasında İnsan Hüquqları Günü kimi təsis edilib. Qeyd edək ki, insan hüquqları məsələsi ümummilli lider Heydər Əliyevin fəaliyyətində əsas amillərdən biri olub. Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Azərbaycanın ilk milli Konstitusiyasının üçdə ikisi insan hüquq və azadlıqlarına həsr edilib.
Müasir mərhələdə Azərbaycanda insan hüquq və azadlıqlarının qorunması istiqamətində həyata keçirilən dövlət siyasətinin üstünlüklərindən bəhs edərkən mütləq şəkildə iki sənədin əhəmiyyətini qeyd etməliyik. Bunlar ölkə Prezidenti İlham Əliyevin 28 dekabr 2006-cı il tarixində imzaladığı “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı” və 2011-ci il dekabrın 27-də imzalanmış “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”dır. Əgər Milli Fəaliyyət Planı insan hüquqlarının təmin edilməsi prosesinin keyfiyyətcə yeni müstəviyə keçməsinə, universal və regional səviyyədə əməkdaşlıq strategiyasının qurulmasına, dövlətlə vətəndaş cəmiyyəti arasında tərəfdaşlıq münasibətlərinin yaradılmasına xidmət edirdisə, Milli Fəaliyyət Proqramı müasir dövrün çağırışları və cəmiyyətin inkişafından irəli gələn tələblər nəzərə alınmaqla insan hüquqlarının təmin olunması üzrə görülən tədbirlərin genişləndirilməsinə, hüquq müdafiə mexanizmlərinin təkmilləşdirilməsinə, əhalinin müxtəlif qruplarının hüquqlarının qorunmasının gücləndirilməsinə mühüm töhfə oldu. Bu proqramın qəbulu Azərbaycanda insan hüquq və azadlıqlarının qorunması istiqamətində həyata keçirilən tədbirlərin ardıcıllığının təmin olunması baxımından da böyük önəmə malikdir.
Eyni zamanda, bələdiyyələrin, milli Ombudsman institutunun yaradılması, məhkəmə islahatları, Seçki Məcəlləsinə, “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna və digər hüquqi normativlərə edilən mütərəqqi dəyişikliklər Azərbaycanda hüquqi dövlət quruculuğunun uğurla həyata keçirilməsini təsdiq edir. Son illərdə korrupsiyaya və rüşvətxorluğa, insan alveri, beynəlxalq cinayətkarlıq və qaçaqmalçılığa qarşı mübarizənin gücləndirilməsi, “ASAN xidmət” sisteminin yaradılması, qeydiyyat və vergi ödəmələri prosedurlarının sadələşdirilməsi, biznes mühitinin liberallaşdırılması və sahibkarlıq fəaliyyətinin inkişafına mane olan məsələlərin aradan qaldırılması və digər əsaslı tədbirlər Azərbaycanda hüquqi dövlət quruculuğu siyasətinin mühüm üstünlüklərini ifadə edir.
Onu da qeyd edək ki, İnsan hüquqları üzrə müvəkkil (ombudsman) Səbinə Əliyeva tərəfindən bu il 18 may-18 iyun tarixləri Azərbaycanda “İnsan Hüquqları Aylığı” elan edilmişdi. Bununla əlaqədar olaraq Ombudsman dövlət və yerli özünüidarə orqanlarına, elm, təhsil və tibb müəssisələrinə, vətəndaş cəmiyyəti institutlarına, o cümlədən qeyri-hökumət təşkilatları və mediaya müraciət edərək aylıq çərçivəsində insan hüquqlarına həsr olunmuş silsilə tədbirlər təşkil etməyə çağırmışdı. Həmin aylıq çərçivəsində bu mövzuya həsr edimiş bir çox tədbirlər keçirildi.
Bütün bunların nəticəsi olaraq deyə bilərik ki, Azərbaycanda insan hüquq və azadlıqları dövlət səviyyəsində tam təmin olunub. Bu məsələ hər zaman xüsusi olaraq diqqət mərkəzindədir.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
06 May 23:32
Dünya
06 May 23:19
Dünya
06 May 22:50
Dünya
06 May 22:24
Dünya
06 May 22:09
Sosial
06 May 21:42
Dünya
06 May 21:39
Elanlar
06 May 21:17
Dünya
06 May 21:15
Gündəm
06 May 21:05
Dünya
06 May 20:43
Siyasət
06 May 20:34
YAP xəbərləri
06 May 20:33
İqtisadiyyat
06 May 20:30
Dünya
06 May 20:17
Dünya
06 May 19:52
Dünya
06 May 19:25
Dünya
06 May 19:10
YAP xəbərləri
06 May 18:43
YAP xəbərləri
06 May 18:36
YAP xəbərləri
06 May 18:07
Xəbər lenti
06 May 18:04
Sosial
06 May 17:01
Sosial
06 May 17:00
Sosial
06 May 16:59
Sosial
06 May 16:59
Sosial
06 May 16:58
Sosial
06 May 16:58
İqtisadiyyat
06 May 16:57
YAP xəbərləri
06 May 16:50
Siyasət
06 May 16:42
YAP xəbərləri
06 May 16:27
YAP xəbərləri
06 May 16:26
YAP xəbərləri
06 May 16:12
YAP xəbərləri
06 May 15:16
Dünya
06 May 15:13
Elanlar
06 May 15:03
Hadisə
06 May 14:39
YAP xəbərləri
06 May 14:10
Sosial
06 May 14:05
Dünya
06 May 13:05
Hadisə
06 May 12:40
Sosial
06 May 12:30
Sosial
06 May 12:11
Diaspor
06 May 12:08
Sosial
06 May 12:04
İqtisadiyyat
06 May 12:03
İqtisadiyyat
06 May 12:00
Dünya
06 May 11:57
İqtisadiyyat
06 May 11:43
Analitik
06 May 11:26
YAP xəbərləri
06 May 11:24
Gündəm
06 May 11:10
Xəbər lenti
06 May 10:58
Elm
06 May 10:57
Sosial
06 May 10:56
İqtisadiyyat
06 May 10:55
Gündəm
06 May 10:46
İqtisadiyyat
06 May 10:19
Sosial
06 May 09:50
Gündəm
06 May 09:27
Sosial
06 May 08:51
MEDİA
06 May 08:32
06 May 02:56
YAP xəbərləri
05 May 23:54
Dünya
05 May 23:19
YAP xəbərləri
05 May 22:59
İdman
05 May 22:43
Dünya
05 May 22:38
Dünya
05 May 22:16

