KİV və QHT nümayəndələri üçün təlim keçirilib
15.12.2021 [10:49]
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) və Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatlarının nümayəndələri üçün “Əhalinin icbari tibbi sığorta haqqında maarifləndirilməsində medianın və vətəndaş cəmiyyətinin rolu” adlı təlim keçirilib.
Təlimin keçirilməsində əsas məqsəd Agentliyin fəaliyyətini və ümumilikdə icbari tibbi sığorta mövzusunu işıqlandıran media mənsublarına bu sahəni daha dolğun əks etdirmələri üçün ətraflı məlumat vermək, onlarla əməkdaşlıq imkanlarını genişləndirmək, habelə qeyri-hökumət təşkilatları ilə tərəfdaşlığı gücləndirməkdir.
Tədbirin açılışında çıxış edən Agentliyin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova bildirib ki, əhalinin icbari tibbi sığorta haqqında maarifləndirilməsi Agentliyin fəaliyyətində prioritet istiqamətlərdən biridir və bu işdə media ilə qeyri-hökumət təşkilatlarının rolu böyük əhəmiyyət daşıyır. A.Əhmədova həmçinin təlimin proqramı barəsində məlumat verərək Agentliyin cari ildə həyata keçirdiyi islahatları da diqqətə çatdırıb: “Tibb müəssisələrində aparılan struktur dəyişiklikləri ilə bağlı islahatların məqsədi dövlət tibb müəssisələrinin fəaliyyətinin effektiv təşkili və idarəolunmasını təmin etməkdir.Eyni zamanda, islahat çərçivəsində xəstəxanalarda ictimaiyyətlə əlaqələr üzrə mütəxəssislərin fəaliyyətə başlaması tibb müəssisələri ilə media arasında kommunikasiyanın gücləndirilməsinə xidmət edəcək”.
Medianın İnkişafı Agentliyinin Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli isə media nümayəndələrinin peşəkarlığının artırılması və müvafiq sahədə mütəxəssislərin hazırlanması ilə bağlı təlimlərin əhəmiyyətindən bəhs edib: “Müxtəlif sahələr üzrə media nümayəndələrinin bilik və bacarıqlarının artırılması həmin sahələrlə bağlı məlumatların cəmiyyətə doğru və dəqiq çatdırılmasında mühüm rol oynayır. Buna nail olmaq üçün Agentlik təsis edildiyi gündən müxtəlif qurumlarla birgə çoxlu sayda inkişaf proqramları və kompleks tədbirlər həyata keçirib. Bu günə qədər təşkil etdiyimiz 70-dən çox yerli və beynəlxalq təlimçilərin iştirak etdiyi müxtəlif təlimlər və ixtisasartırma proqramlarına 450-dən çox media nümayəndəsi cəlb olunub”.
Təlimin birinci hissəsində AgentliyinTibbi ekspertizanın texniki qaydaları şöbəsinin müdiri Səbinə Quliyeva “Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlər”, Agentliyin Göndərişlər şöbəsinin müdiri Arif Əkbərov isə “Göndərişlərin verilmə qaydası” mövzusunda təqdimatlarla çıxış ediblər. Təlim iştirakçılarına həmçinin icbari tibbi sığorta çərçivəsində xidmət almış vətəndaşın hekayəsini əks etdirən videoçarx təqdim olunub.
Təlimin ikinci hissəsində Agentliyin İşçi Qrupunun rəhbəri, Kliniki Tibbi Mərkəzin direktoru Könül Ələkbərov “İcbari tibbi sığorta sistemindən yararlanmaq üçün tibb müəssisələrinə müraciət qaydası. TƏBİB-in icbari tibbi sığorta sisteminin tətbiqində rolu”, Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlhamə Musayeva isə “Agentlik ilə KİV və vətəndaş cəmiyyəti arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi” mövzusu ilə bağlı təqdimatlarını diqqətə çatdırıblar.
Təlimdə həmçinin praktik sessiya keçirilib. Belə ki, əvvəlcə iştirakçılara icbari tibbi sığorta ilə bağlı suallar verilib, daha sonra isə düzgün cavablar təqdim olunub.
Sonda təlim iştirakçılarının sualları cavablandırılıb və iştirakçılara sertifikatlar təqdim olunub.
Xəbər lenti
Hamısına baxDünya
28 Sentyabr 12:14
YAP xəbərləri
28 Sentyabr 12:13
Hadisə
28 Sentyabr 12:12
Sosial
28 Sentyabr 12:12
İqtisadiyyat
28 Sentyabr 11:58
Dünya
28 Sentyabr 11:26
Xəbər lenti
28 Sentyabr 11:18
YAP xəbərləri
28 Sentyabr 11:17
Mədəniyyət
28 Sentyabr 11:05
Gündəm
28 Sentyabr 11:04
Sosial
28 Sentyabr 10:40
Sosial
28 Sentyabr 10:39
Dünya
28 Sentyabr 10:39
YAP xəbərləri
28 Sentyabr 10:17
YAP xəbərləri
28 Sentyabr 10:05
YAP xəbərləri
28 Sentyabr 10:02
YAP xəbərləri
28 Sentyabr 10:00
YAP xəbərləri
28 Sentyabr 09:55
Dünya
28 Sentyabr 09:45
Hadisə
28 Sentyabr 09:17
Dünya
28 Sentyabr 08:50
Dünya
28 Sentyabr 08:23
Siyasət
28 Sentyabr 07:24
Xəbər lenti
27 Sentyabr 23:33
Hərbi
27 Sentyabr 23:11
Siyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18
Siyasət
27 Sentyabr 20:00
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35
YAP xəbərləri
27 Sentyabr 17:45
Dünya
27 Sentyabr 17:18
Dünya
27 Sentyabr 16:32
Sosial
27 Sentyabr 15:17
YAP xəbərləri
27 Sentyabr 14:06
Dünya
27 Sentyabr 13:19
Dünya
27 Sentyabr 12:38
Dünya
27 Sentyabr 11:20
Siyasət
27 Sentyabr 10:46
Gündəm
27 Sentyabr 10:36
Gündəm
27 Sentyabr 09:08
Siyasət
27 Sentyabr 08:26
Formula 1
27 Sentyabr 08:15
Siyasət
27 Sentyabr 07:25
Hadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45

