Aşıq Ələsgər yaradıcılığı - mədəni irsimizin mühüm tərkib hissəsi
07.12.2021 [11:00]
Ozan-aşıq ənənələrinin zənginləşməsində mühüm xidmətləri olan Aşıq Ələsgərin yubileyi çoxəsrlik keçmişə malik aşıq sənətinin bayramıdır
Müşfiqə BAYRAMLI
Azərbaycan xalqı özünün zəngin tarixi, maddi-mədəniyyət abidələri, ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyəti ilə haqlı olaraq fəxr edir. Eyni zamanda, həyata keçirilən uğurlu dövlət siyasəti mədəni irsimizin qorunmasını, dünyada geniş təbliğini təmin edir. Prezident İlham Əliyevin müvafiq Sərəncamı əsasında Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, böyük saz və söz ustadı Aşıq Ələsgərin anadan olmasının 200 illiyinin qeyd olunması da bu baxımdan xüsusi qeyd edilməlidir. Sərəncamdan irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində mühüm işlər görülməkdədir. Bundan başqa, İlham Əliyev noyabrın 30-da “Aşıq Ələsgərin abidəsinin ucaldılması haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Bakı şəhərində ustad sənətkarın abidəsi ucaldılacaq.
Ekspertlərin fikrincə, Aşıq Ələsgərin 200 illik yubileyi ilə bağlı çoxşaxəli tədbirlərin keçirilməsi Azərbaycanda tarixi şəxsiyyətlərə, söz və sənət adamlarının əməyinə verilən yüksək dəyərin göstəricisidir. Görülən işləri tarixi şəxsiyyətlərin irsinə və milli yaradıcılığa göstərilən yüksək dövlət qayğısı kimi dəyərləndirən Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı bildirib ki, Azərbaycan aşıq sənətinin ən görkəmli simalarından biri olan Aşıq Ələsgər irsinə dövlətimiz tərəfindən həmişə yüksək dəyər verilib: “Ozan-aşıq ənənələrinin zənginləşməsində mühüm xidmətləri olan Aşıq Ələsgərin yubileyi çoxəsrlik keçmişə malik aşıq sənətinin bayramıdır. Aşıq Ələsgər irsinə dövlətimiz tərəfindən həmişə yüksək dəyər verilib. 1972-ci ildə Aşıq Ələsgərin 150 illiyi ilə bağlı Ulu Öndər Heydər Əliyevin göstərişi əsasında həm Bakıda, həm də Moskvada - Kreml Sarayında tədbir keçirildi. Heydər Əliyevin göstərişi ilə Göyçə mahalında, Dədə Ələsgərin yurdunda onun büstü ucaldıldı. Bundan sonrakı dönəmlərdə Aşıq Ələsgərin 170, 175, 180, 185, 190 illik yubileyləri də ardıcıl şəkildə dövlət səviyyəsində qeyd olundu. Bu il Prezident İlham Əliyevin imzaladığı “Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamı da Ulu Öndərin Aşıq Ələsgər yaradıcılığına həssas münasibətinin davamı kimi dəyərləndirmək olar”.
Ustad aşığın yaradıcılığı ədəbiyyat nümunələri ilə zəngindir
Professor Məhərrəm Qasımlı bildirib ki, Aşıq Ələsgər yaradıcılığına həm folklor, həm də ədəbiyyat hadisəsi kimi baxmaq olar: “Ustad aşığın yaradıcılığı birbaşa ədəbiyyat nümunələri ilə zəngindir. Onun şeirlərini təhlil etdikdə də bunu görmək olar. Xalqın əxlaq kodeksi, etnoqrafiyasından gələn milli-mənəvi keyfiyyətlər sənətkarın yaradıcılığında öz əksini tapıb. “Aşıq Ələsgərlə bağlı Azərbaycan Televiziyasının “Mədəniyyət” kanalında indiyə qədər çoxsaylı verilişlər yayımlanıb. Bu verilişlərdə ustad aşığın dastan və rəvayətləri təqdim olunub, musiqiləri səsləndirilib. Həmin dastan və rəvayətlərin bir qismini biz albomda yerləşdirmişik. Yubiley ili ilə bağlı klassik irsimizin gənclərə mənimsədilməsi məqsədilə “Aşıq Ələsgər və gənclik” mövzusuna həsr olunan işlər də görürük. Aşıq Ələsgər irsinin beynəlxalq səviyyədə təbliği ilə bağlı da işlərimiz olacaq. Biz istəyirik ki, Ələsgər irsi daha geniş coğrafiyada, Şərq ölkələrində, Avropada, Amerikada, tanıdılsın. Bu istiqamətdə artıq işlərə başlamışıq”,- deyə M.Qasımlı vurğulayıb.
Xalqdan öyrənən və xalqa öyrədən aşıq
“Aşıq Ələsgər Azərbaycan aşıqlığının sənət pasportudur”,-deyən professor bildirib ki, həm tələbələrə, həm də bu sənətə yönələn gənc aşıqlara Aşıq Ələsgəri bir sənət pasportu kimi sinələrində daşımağı vacib bilir. “Xalqımıza öz sazı və sözü ilə 80 ildən artıq ləyaqətlə xidmət edən Dədə Ələsgər yalnız qüdrətli bir şair-aşıq kimi yox, həm də tanıyanların qəlbində bir ocaq, övliya kimi heykəlləşmişdi. Xalqdan öyrənən və xalqa öyrədən Aşıq Ələsgər “Olmaz” şeirində deyir:
Bu dünyada mən təcrübə elədim,
Nakəs körpüsündə heç bünyad olmaz.
Bir mərd ilə acı yesən, şirindi,
Yüz namərdlə şəkər yesən, dad olmaz”.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği: dövlət müstəqilliyimizin bərpasının 30-cu ili - Azərbaycan dövlətçiliyi müasir mərhələdə” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16

