Dünənimiz, bu günümüz və gələcəyimiz...
12.12.2025 [08:11]
Azərbaycançılıq ideologiyası beynəlxalq münasibətlərdə də özünü göstərir
Xalqımızın tarixin çoxsaylı dönəmlərindən süzülüb gəlmiş mədəniyyətini, dilini, adət-ənənələrini və dövlətçilik ənənələrini qorumaqda azərbaycançılıq ideyası vacib rol oynayıb. Bu ideya əsrlər boyu müxtəlif dövrlərdə dəyişən, ancaq əsas prinsiplərini qoruyub saxlayan bir həyat tərzidir. Azərbaycanın dünəni, bu günü və gələcəyi Azərbaycançılıq ideyasının işığında yenidən formalaşır.
Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar arasında bu ideologiyanın geniş yayılması 1993-cü ildən etibarən həyata keçirilməyə başladı. İlk vaxtlar ölkə daxilində mövcud olan problemlər, siyasi xaos, iqtisadi tənəzzül, müharibənin davam etməsi və s. ciddi nailiyyətlər qazanmağa imkan verməsə də, aparılmış ardıcıl və məqsədyönlü siyasətin nəticəsi olaraq 1990-cı illərin sonlarında bu sahədə əsaslı dönüş yaratmaq mümkün oldu. Məhz bu dövrdən etibarən dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq, bütün soydaşlarımız azərbaycançılıq ideologiyası ətrafında birləşməyə başladılar. Bu gün də onlar bu ideya ətrafında sıx birləşib azərbaycançılığı qoruyub saxlamaqdadırlar.
Davamlı mübarizə aparılıb
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, Sovet dövrü ərzində azərbaycançılıq ideyasının bir çox aspektləri məhdudlaşdırılsa da, xalqın kollektiv yaddaşında və mədəniyyətində öz kökünü itirməyib: “Kimliyimizin qorunması, dilin inkişafı və mədəniyyətimizin yaşadılması üçün davamlı bir mübarizə aparılıb.
Bu gün də Azərbaycan müstəqil bir dövlət olaraq öz kimliyini və mədəniyyətini qoruyur, gücləndirir və dünyaya tanıdır. Azərbaycançılıq ideyasının bugünkü ifadəsi həm müstəqil dövlətin daxili siyasətində, həm də beynəlxalq münasibətlərində özünü göstərir. Müstəqilliyimizin əldə olunmasından sonra, xüsusilə 1990-cı illərin ortalarından başlayaraq, dəyərlərimizi qorumaq və inkişaf etdirmək istiqamətində ardıcıl addımlar atıb”.
İdeologiyamızın müasir dövrdəki təzahürləri
K.Cəfərov qeyd edib ki, Azərbaycanda həyata keçirilən sosial və iqtisadi islahatlar, milli təhsil sisteminin inkişafı, mədəniyyətin və sənətinin modernləşdirilməsi azərbaycançılıq ideyasının müasir dövrdəki təzahürləridir: “Ən vacib addımlardan biri, əlbəttə ki, Azərbaycan dilinin dövlət dili olaraq möhkəm qorunması və təbliğidir. Azərbaycançılıq dilin və mədəniyyətin qorunması ilə yanaşı, həm də xalqın öz tarixi və müstəqil dövlətçiliyinə olan bağlılığını gücləndirir”.
Deputatın sözlərinə görə, Azərbaycanın xarici siyasətində də azərbaycançılıq ideyasının əhəmiyyəti böyükdür: “Azərbaycan regionda və dünyada özünə hörmət qazanan bir dövlət olaraq maraqlarımızı qorumağa davam edir. Bu, yalnız siyasi və iqtisadi sahələrdə deyil, həm də mədəni diplomatiya, beynəlxalq əməkdaşlıq və regional təhlükəsizlik məsələlərində özünü göstərir”.
Gənclərimiz azərbaycançılıq ətrafında sıx birləşib
Millət vəkili qeyd edib ki, Azərbaycançılıq ideyasının gələcəyi ölkənin qarşısında duran böyük çağırışlarla üz-üzədir: “Bu çağırışların ən böyüklərindən biri, dövlətimizin qlobal dünyada öz yerini tapmasıdır. Xüsusilə, iqtisadi, mədəni və texnoloji inkişaf sahələrində daha da irəliləmək, dünya miqyasında Azərbaycanın gücünü artırmaq üçün bu ideyanın davamlı olaraq təbliğinə ehtiyac var.
Azərbaycançılığın gələcəyi eyni zamanda gənc nəslin yetişdirilməsinə də bağlıdır. Müasir dünyada informasiya texnologiyalarının, mədəniyyətlərarası əlaqələrin və qlobal məsələlərin sürətlə dəyişdiyi bir dövrdə, gənclərin kimliyimizi qorumaları vacibdir. Bu gün Vətənə bağlı, azərbaycançılıq ideologiyası əsasında tərbiyə olunan gənclərimiz ölkənin inkişafı üçün bütün gücünü səfərbər edib. Gənclər dövlətimizin gələcəyidir və bu gün dövlət strukturları onlara etibar edilir. Onlar dünyada bayrağımızı dalğalandırırlar, sərhədlərimizi ayıq-sayıq qoruyurlar. Ölkəmizdə bilikli, bacarıqlı, vətənpərvər gənc nəslin yetişməsi onu deməyə əsas verir ki, Azərbaycanın gələcəyi etibarlı əllərdədir və qazandığımız müstəqillik əbədi olacaq. Çünki gənclər güclü bir ideologiya - azərbaycançılıq ideologiyası ətrafında sıx birləşib irəliləyirlər.
Azərbaycançılıq ideyasının gələcəyinə böyük təsir edən digər amil ölkənin müxtəlif xalqları arasında qarşılıqlı hörmətin və birlik ruhunun qorunmasıdır. Bu, Azərbaycanın çoxmillətli bir dövlət kimi sosial və mədəni zənginliyini daha da möhkəmləndirəcək”.
Yeganə
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azərbaycançılıq ideyasının təbliği” istiqaməti üzrə hazırlanmışdır.
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12

