Sülhə və insanlığa atılan raketlər...
17.09.2025 [08:12]
2020-ci ilin 27 sentyabrında başlanan və cəmi 44 gün davam edən Vətən müharibəsi, yüzillərlə davam edən ədalətsizliyə son qoydu - xalqın, dövlətin və ordunun bir yumruq kimi birləşərək tarixi ədaləti bərpa etdiyi bir zəfər dastanına çevrildi. Bu, təkcə torpaq uğrunda gedən bir müharibə deyildi. Bu, şəhidlərimizin ruhuna, yurd həsrəti ilə yaşayan milyonların ümidinə, körpə vaxtı ata yurdundan didərgin salınan uşaqların haqqına yazılmış bir ədalət manifesti idi. İllərlə diplomatik səhnələrdə eşidilməyən səsimiz, bu dəfə dəmir yumruqla bütün dünyaya çatdı. Əsgər süngüsünün ucunda ədalət ucaldı!
Böyük zəfərin 3 rəmzi: Xalq, Ordu, Ali Baş Komandan
O günlərdə Azərbaycan xalqı bir bədən, bir nəfəs, bir ruh oldu. Cəbhədə döyüşən əsgər də, cəbhədən uzaqda dua edən ana da, yardım göndərən gənc də eyni məqsəd üçün ayağa qalxdı. Ali Baş Komandan İlham Əliyevin sarsılmaz iradəsi və qətiyyətli rəhbərliyi altında ordu sübut etdi ki, Azərbaycana qalib gəlmək mümkün deyil.
Qarabağın dağları bir daha əyilmədi. Musiqimizin beşiyi, mədəniyyətimizin tacı - Şuşa əsarətdən qurtuldu. 8 noyabrda Şuşanın azad olunması ilə Azərbaycan təkcə torpaqlarını deyil, qürurunu, heysiyyətini və tarixi ədalətini geri aldı. Həmin gün Azərbaycan xalqı göz yaşlarını tutmadı, sevincli, müqəddəs göz yaşları idi onlar...
Şəhidlərin qanıyla yazılan qələbə
Bu zəfər şəhidlərimizin canı, qazilərimizin qanı bahasına əldə olundu. Vətən sevgisinin zirvəyə qalxdığı bu 44 gündə Azərbaycan dünyaya göstərdi: Torpaq namusdur, torpaq qeyrətdir və torpaq uğrunda ölmək də, döyüşmək də şərəfdir. Bu gün azad Şuşada, Füzulidə, Zəngilanda, Cəbrayılda dalğalanan üçrəngli bayraq - sadəcə bir simvol deyil. Bu bayraq yenilməz xalqın, qürurlu ordunun, öz torpağı uğrunda vuruşan qəhrəmanların bayrağıdır!
“Müharibənin də qanunları var”. Bu, beynəlxalq hüququn yazılmamış, amma bəşəriyyətin vicdanında həkk olunmuş bir prinsipidir. Ancaq Ermənistan 44 günlük Vətən müharibəsində bu prinsipi ayaqlar altına atdı. Qarşısındakı ordu deyildi, sivil əhali idi. Qurbanları əsgər deyildi, körpə uşaqlar, qadınlar, yaşlılar idi...
Bu müharibə döyüş meydanlarında deyil, yaşayış məntəqələrində, xəstəxanalarda, məktəblərdə, binaların içində qanla yazıldı. Ermənistan ordusunun məqsədi təkcə torpaq saxlamaq deyil, Azərbaycan xalqının ruhunu sındırmaq idi. Amma sındıra bilmədilər.
Gəncə, Bərdə, Tərtər - hədəfdə insanlıq var idi
44 gün boyunca Ermənistanın raketləri cəbhədən kilometrlərlə uzaqda yerləşən dinc şəhərlərə yağdı. İkinci böyük şəhərimiz olan Gəncə gecənin bir aləmində raketlə hədəfə alındı. Ailələr evlərində yatarkən qətlə yetirildi. Gəncə terroru bir vəhşilik aktı idi. İnsanlar dağıntılar altından çıxarılanda artıq gec idi, azyaşlı uşaqların cənazələri Azərbaycan tarixinin qanlı səhifəsinə çevrildi.
Bərdə isə tarixdə ağ fosforlu mərmilərlə vurulan şəhər kimi qalacaq. 28 oktyabrda kaset bombaları ilə hücum nəticəsində 20-dən çox insan həlak oldu, onlarla insan ağır yaralandı. Bu, hərbi yox, açıq-aşkar mülki əhaliyə qarşı soyqırımı cəhdi idi. Ermənistan, beynəlxalq konvensiyalarla qadağan olunmuş silahlardan istifadə edərək öz cinayətini bütün dünyanın gözü qarşısında törətdi.
Tərtər isə 44 gün ərzində dayanmadan bombalanan şəhər oldu. Minlərlə mərmi yağdırıldı, məktəblər, qəbiristanlıqlar, xəstəxanalar yerlə yeksan oldu. Amma Tərtər dözmədi deməyəcəyik. Tərtər dirəndi. Tərtər Azərbaycan xalqının inadkarlığının, iradəsinin simvoluna çevrildi...
Sənədlərlə sübut olunan haqsızlıq!
Ermənistan tərəfindən istifadə olunan silahlar - kaset bombaları, fosforlu sursatlar, ballistik raketlər beynəlxalq hüquqla, xüsusilə Cenevrə Konvensiyası ilə qadağandır. Hücumlar mülki obyektlərə yönəlib və bu, müharibə cinayəti sayılır. Həmçinin erməni silahlı birləşmələrinin mülki geyimdə döyüşməsi, mülki əhalini canlı qalxan kimi istifadə etməsi, əsirlərə işgəncə verilməsi və təhqir olunması, beynəlxalq hüquqa zidd cinayətlər siyahısındadır. Hətta müharibə bitdikdən sonra belə mina terroru davam etdi. Ermənistan tərəfindən xəritəsi verilməyən minalar nəticəsində onlarla mülki şəxs həlak oldu və ya ömürlük şikəst qaldı.
Sahib
Xəbər lenti
Hamısına baxSosial
23 Sentyabr 08:37
Gündəm
23 Sentyabr 08:14
Dünya
22 Sentyabr 23:34
İqtisadiyyat
22 Sentyabr 23:12
Dünya
22 Sentyabr 22:53
Dünya
22 Sentyabr 22:19
Dünya
22 Sentyabr 21:42
Dünya
22 Sentyabr 21:15
Sosial
22 Sentyabr 20:58
Dünya
22 Sentyabr 20:21
İqtisadiyyat
22 Sentyabr 20:18
Elm
22 Sentyabr 20:17
Elm
22 Sentyabr 20:12
Dünya
22 Sentyabr 19:45
YAP xəbərləri
22 Sentyabr 19:37
Dünya
22 Sentyabr 19:17
Dünya
22 Sentyabr 18:35
Analitik
22 Sentyabr 18:19
Dünya
22 Sentyabr 17:26
Dünya
22 Sentyabr 16:40
Sosial
22 Sentyabr 16:12
Formula 1
22 Sentyabr 15:56
Dünya
22 Sentyabr 15:32
İqtisadiyyat
22 Sentyabr 15:21
Elanlar
22 Sentyabr 15:20
Siyasət
22 Sentyabr 15:20
Siyasət
22 Sentyabr 15:20
Siyasət
22 Sentyabr 15:19
İqtisadiyyat
22 Sentyabr 15:19
YAP xəbərləri
22 Sentyabr 15:18
Dünya
22 Sentyabr 14:59
Dünya
22 Sentyabr 14:58
Dünya
22 Sentyabr 14:25
Gündəm
22 Sentyabr 13:59
Dünya
22 Sentyabr 13:46
Dünya
22 Sentyabr 13:19
Xəbər lenti
22 Sentyabr 12:53
Gündəm
22 Sentyabr 12:47
Sosial
22 Sentyabr 12:40
Elm
22 Sentyabr 12:31
Dünya
22 Sentyabr 12:29
Gündəm
22 Sentyabr 12:28
Dünya
22 Sentyabr 12:27
Dünya
22 Sentyabr 12:26
Sosial
22 Sentyabr 12:24
Dünya
22 Sentyabr 12:23
İdman
22 Sentyabr 12:21
İqtisadiyyat
22 Sentyabr 12:17
İdman
22 Sentyabr 11:56
Mədəniyyət
22 Sentyabr 11:53
Elm
22 Sentyabr 11:51
Sosial
22 Sentyabr 11:49
Hadisə
22 Sentyabr 11:42
Daxili siyasət
22 Sentyabr 11:26
Sosial
22 Sentyabr 11:23
Sosial
22 Sentyabr 11:22
İqtisadiyyat
22 Sentyabr 11:22
İdman
22 Sentyabr 11:20
Sosial
22 Sentyabr 11:17
Analitik
22 Sentyabr 10:59
YAP xəbərləri
22 Sentyabr 10:56
YAP xəbərləri
22 Sentyabr 10:51
Elm
22 Sentyabr 10:35
Dünya
22 Sentyabr 10:32
YAP xəbərləri
22 Sentyabr 10:31
İqtisadiyyat
22 Sentyabr 10:23
Dünya
22 Sentyabr 10:15
Dünya
22 Sentyabr 10:13
Sosial
22 Sentyabr 10:11
Xəbər lenti
22 Sentyabr 09:46

