Özəl sektorun ÜDM-də və məşğulluqda payı artır
21.08.2025 [10:58]
Ölkəmizdə sahibkarlığın stimullaşdırılması məqsədilə biznes və investisiya mühiti davamlı olaraq yaxşılaşdırılır, qanunvericilik bazası təkmilləşdirilir, sahibkar-dövlət, hökumət-biznes münasibətləri daha da inkişaf etdirilir, iqtisadiyyata geniş dəstək paketini nəzərdə tutan çoxsaylı proqramlar icra olunur. Azərbaycanda investisiya cəlbediciliyinin yüksəldilməsi, sahibkarların maliyyə bazarlarına daha rahat və sistemli çıxışının təmin edilməsi, ənənəvi bazarlarda payının artırılması, yeni bazarlara çıxışının asanlaşdırılması və s. istiqamətlər üzrə reallaşdırılan tədbirlər özəl sektorun daha da güclənməsinə imkan verir.
Son illər davam etdirilən liberal islahatlar sayəsində liberal iqtisadiyyat quruculuğu daha da möhkəmlənib, sahibkarlıq fəaliyyətinə mane olan bürokratik əngəllərin aradan qaldırılması məqsədilə yoxlamaların dayandırılması, biznesə müdaxilələrin qarşısının alınması, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması üçün əlavə tədbirlərin görülməsi nəticəsində güclü biznes təbəqəsi formalaşıb. Ötən ildən qüvvəyə minən Rəqabət Məcəlləsi biznes sahəsində sağlam rəqabətin təmin olunması üçün hüquqi baza rolunu oynamaqla, azad sahibkarlığın inkişafını daha da təşviq etməkdədir. Bütün bu kompleks islahatlar ölkədə şəffaf və rəqabətədavamlı biznes mühitinin formalaşdırılmasını, habelə dövlət-özəl tərəfdaşlığının inkişafını gücləndirməklə, özəl sektorun təşəbbüskar və milli maraqlara sadiq bir qüvvə kimi aparıcı rolunu da möhkəmləndirib. Hazırda özəl sektorun ümumi daxili məhsuldakı payı 83, məşğulluqdakı payı isə 78 faizə yüksəlib.
6 ayda sahibkarlara 126,4 milyon manat güzəştli kredit verilib
İqtisadiyyatın prioritet istiqamətləri üzrə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin dəstəklənməsində dövlətin maliyyə dəstəyi mexanizmlərinin xüsusi rolu var. 2025-ci ilin birinci yarısında Sahibkarlığın İnkişafı Fondu (Fond) tərəfindən 2371 layihəyə ümumilikdə 126,4 milyon manat məbləğində güzəştli kredit verilib. Ümumi güzəştli kredit məbləğinin 48,1 faizi sənaye (o cümlədən, kənd təsərrüfatı məhsullarının emalı), 44,3 faizi kənd təsərrüfatı, 5,3 faizi xidmət, 2,3 faizi isə digər sahələrdə fəaliyyət göstərən sahibkarların layihələrinə yönləndirilib.
Güzəştli kreditlərdən yararlanmış sahibkarlıq subyektlərinin 94,1 faizi regionlarda fəaliyyət göstərir. Kredit məbləğinin isə 70 faizi sahibkarların payına düşüb. Bu dövr ərzində Fondun güzəştli kredit mexanizmi iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarları əhatə edib.
Fondun güzəştli kreditlərindən yararlanmış sahibkarların əksəriyyəti mikro, kiçik və orta sahibkarlıq subyektləridir.
Güzəştli kreditlərdən yararlanan sahibkarlıq subyektləri arasında qadın və gənc sahibkarlara məxsus layihələr xüsusi yer tutur. Həmin dövr ərzində qadın sahibkarların 226 layihəsi 8,4 milyon manat güzəştli kreditlə təmin edilib. Gənc sahibkarların 63 layihəsinə isə 3,7 milyon manat güzəştli kredit verilib. Verilmiş kreditlər hesabına 1800-ə yaxın iş yerinin yaradılması nəzərdə tutulur.
Kiçik və orta biznesin imkanları böyüyür
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən kiçik və orta biznesin iqtisadiyyatda rolunun, bilik və bacarıqlarının artırılması, maliyyə resurslarına və satış bazarlarına çıxışının genişləndirilməsi, dövlət xidmətlərinə rahat çıxışının təmin edilməsi istiqamətində müxtəlif dəstək mexanizmləri həyata keçirilir. Bir sıra şəhər və rayonlarda sahibkarlara yerində xidmət göstərən “KOB dostu” ofislərinin, biznes biliklərinin artırılmasına dəstək olan KOB inkişaf mərkəzlərinin, sahibkarlara vahid məkanda dövlət və özəl xidmətlərin göstərildiyi “KOB evləri”nin fəaliyyəti, KOB-lara təhsil, elm, tədqiqat və dəstək sahələrində qrantın verilməsi, “Startap” şəhadətnaməsi, daxili bazar araşdırmasının aparılmasına, ticarət şəbəkələrinə və sərgilərə çıxışa dəstək mexanizmləri buna misal ola bilər.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyi - AZPROMO tərəfindən beynəlxalq sərgi və ticarət yarmarkalarında ölkə sahibkarlarının iştirakına və “Made in Azerbaijan” brendinin xaricdə tanıdılmasına dəstək və s. tədbirlər ixracın artımını stimullaşdırır. Biznes təmsilçilərinin istehsal etdiyi məhsulların dünya bazarlarına ixracı təşviq edilir. Bu sahədə fəaliyyət qeyri-neft-qaz ixracı sahəsində coğrafi şaxələnmə ilə yanaşı, məhsul çeşidlərinin şaxələnməsi üzrə də uğurlu nəticələrin əldə olunmasına münbit şərait yaradır.
Azad ərazilərdə azad sahibkarlıq
İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında genişmiqyaslı bərpa və yenidənqurma ilə yanaşı, sürətli iqtisadi reinteqrasiya tədbirləri görülür, biznesin canlanması məqsədilə sağlam bünövrə yaradılır. Bu bölgədə çalışan sahibkarlar üçün vergi-gömrük güzəştləri tətbiq edilir, müxtəlif dövlət dəstəyi tədbirləri genişləndirilir. Ötən ildən başlayaraq bu ərazilərdə fəaliyyət göstərən sahibkarlara dəstək mexanizmi çərçivəsində investisiya layihəsi həyata keçirən sahibkarların bank və bank olmayan kredit təşkilatlarından əldə etdikləri kreditlərin 90 faizədək hissəsinə dövlət zəmanəti verilir. Bu mexanizmlə maliyyələşdirilən layihələr sənaye, xidmət, turizm və kənd təsərrüfatı sahələrini əhatə edir.
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlıq fəaliyyətinin stimullaşdırılması istiqamətində zəmanət-subsidiya mexanizmi ilə yanaşı, güzəştli kredit mexanizmi ilə də dəstək tədbirləri davam etdirilib. Ötən il ərzində bu ərazilərdə icra olunan layihələrə ümumilikdə 8,1 milyon manat güzəştli kredit verilib.
Azad ərazilərdə sənaye zonalarının yaradılması da əsas prioritelərdən biridir. Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarının yaradılması bu məqsədlə həyata keçirilən ən önəmli layihələrdir. Sənaye zonalarında sahibkarlar üçün əlverişli şərait yaradılıb və biznes fəaliyyəti stimullaşdırılıb, vergi-gömrük, investisiya üzrə güzəştlər tətbiq olunur, davamlı təşviqlər həyata keçirilir. Bunun nəticəsidir ki, cəmi 2-3 il əvvəl fəaliyyətə başlamasına baxmayaraq, Ağdam Sənaye Parkı rezident sayına görə ölkədəki sənaye parkları arasında ikincidir. Burada istehsal olunan məhsullar yerli bazara çıxarılmaqla yanaşı, xaricə də ixrac olunur. Habelə ən mühüm nəqliyyat qovşaqlarının üzərində yerləşən “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı da sahibkarlara yeni imkanları özündə cəmləşdirir.
Yeganə Bayramova
Xəbər lenti
Hamısına baxAnalitik
01 Noyabr 09:35
Sosial
01 Noyabr 09:13
MEDİA
01 Noyabr 08:59
Ədəbiyyat
01 Noyabr 08:24
Dünya
31 Oktyabr 23:46
Siyasət
31 Oktyabr 23:41
Daxili siyasət
31 Oktyabr 23:32
YAP xəbərləri
31 Oktyabr 23:27
Siyasət
31 Oktyabr 23:22
Dünya
31 Oktyabr 23:18
Dünya
31 Oktyabr 22:51
Dünya
31 Oktyabr 22:45
Dünya
31 Oktyabr 22:17
Dünya
31 Oktyabr 21:59
Dünya
31 Oktyabr 21:26
YAP xəbərləri
31 Oktyabr 21:05
Dünya
31 Oktyabr 20:58
Hadisə
31 Oktyabr 20:35
Sosial
31 Oktyabr 20:19
İqtisadiyyat
31 Oktyabr 19:46
Dünya
31 Oktyabr 19:31
Sosial
31 Oktyabr 19:11
Siyasət
31 Oktyabr 18:33
YAP xəbərləri
31 Oktyabr 18:14
YAP xəbərləri
31 Oktyabr 18:02
YAP xəbərləri
31 Oktyabr 17:53
YAP xəbərləri
31 Oktyabr 17:50
İqtisadiyyat
31 Oktyabr 17:25
Hadisə
31 Oktyabr 17:09
Dünya
31 Oktyabr 16:41
Siyasət
31 Oktyabr 16:19
Sosial
31 Oktyabr 16:18
Hadisə
31 Oktyabr 16:13
Dünya
31 Oktyabr 15:32
Dünya
31 Oktyabr 15:06
Hadisə
31 Oktyabr 14:53
Sosial
31 Oktyabr 14:52
Dünya
31 Oktyabr 14:20
Dünya
31 Oktyabr 13:53
Dünya
31 Oktyabr 13:30
Dünya
31 Oktyabr 13:19
Dünya
31 Oktyabr 12:46
YAP xəbərləri
31 Oktyabr 12:33
Siyasət
31 Oktyabr 12:25
Elanlar
31 Oktyabr 12:07
Sosial
31 Oktyabr 11:52
Elm
31 Oktyabr 11:50
Hadisə
31 Oktyabr 11:37
Siyasət
31 Oktyabr 11:20
Siyasət
31 Oktyabr 11:08
Hadisə
31 Oktyabr 11:07
İqtisadiyyat
31 Oktyabr 10:53
İqtisadiyyat
31 Oktyabr 10:52
İqtisadiyyat
31 Oktyabr 10:49
MEDİA
31 Oktyabr 10:30
Analitik
31 Oktyabr 10:16
Analitik
31 Oktyabr 09:52
Siyasət
31 Oktyabr 09:48
Ədəbiyyat
31 Oktyabr 09:34
Analitik
31 Oktyabr 09:15
Sosial
31 Oktyabr 08:57
Sosial
31 Oktyabr 08:31
Hadisə
31 Oktyabr 08:12
Mədəniyyət
31 Oktyabr 08:11
Mədəniyyət
31 Oktyabr 08:10
İdman
31 Oktyabr 08:08
Sosial
31 Oktyabr 08:01
Gündəm
31 Oktyabr 07:42
Dünya
30 Oktyabr 23:55
İdman
30 Oktyabr 23:31
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | ||||||
| 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
| 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
| 30 |

