Diaspor Gənclərinin Yay Düşərgəsi...
06.08.2025 [11:30]
Layihə bu dəfə Xankəndi şəhərində həyata keçirilir
Azərbaycanda diaspor işi ilə bağlı önəmli layihələr həyata keçirilir. Belə layihələrdən biri də Diaspor Gənclərinin Yay Düşərgəsi layihəsidir. Bu layihə həm ölkə daxilində, həm də diaspor arasında böyük nüfuz qazanıb. Yay düşərgələrinə ildən-ilə daha böyük maraq göstərilməsi bunun bariz nümunəsidir. İndiyə kimi düşərgələr Şəki, Şamaxı, Şuşa, Naxçıvan və Laçın şəhərlərində baş tutub. Düşərgələrin təşkilat komitəsinə hər il 60-dan çox ölkədən ümumilikdə 3 mindən artıq müraciət edilib və müraciət edənlərin 700-dən çoxu yay düşərgələrinin iştirakçısı olub.
Bu il isə layihə Xankəndi şəhərində reallaşıb. Belə ki, Diasporla İş üzrə Dövlət Komitəsinin və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə avqustun 4-də Xankəndi şəhərində “Konstitusiya və Suverenlik İli”nə həsr olunan Diaspor Gənclərinin VI Yay Düşərgəsinin rəsmi açılış mərasimi keçirilib. Mərasim Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin yad olunması ilə başlayıb. Açılış mərasimində Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədri Fuad Muradov, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov, Azərbaycan Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdir müavini Nigar Hacıyeva, Heydər Əliyev Fondunun nümayəndəsi Aydan Ramazanova, Qarabağ Universitetinin rektoru Şahin Bayramov, Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Yusif Vəliyev çıxış ediblər.
Çıxışlarda yay düşərgəsinin Xankəndidə keçirilməsinin xüsusi əhəmiyyətinə toxunulub, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli diaspor siyasətinin uğurlu nəticələrindən danışılıb. DİDK sədri Fuad Muradov Xankəndinin sülh, əməkdaşlıq və inkişaf simvoluna çevrildiyinə diqqət çəkib, düşərgəyə gənclərin ildən-ilə daha çox maraq göstərdiklərini, bu platformanın ilk gündən özünü doğrultduğunu ifadə edib. O, bildirib ki, budəfəki düşərgədə dünyanın 61 ölkəsindən 128 azərbaycanlı gənc iştirak edir. Bir həftə ərzində onlar ölkəmizdə həyata keçirilən islahatlar, Qarabağ bölgəsində gedən bərpa və quruculuq işləri haqqında məlumat alacaq, həmçinin ziyalılar, şəhid ailələrinin üzvləri, döyüş iştirakçıları, idmançılar və müxtəlif sahələrdə uğur qazanan şəxslərlə görüşəcəklər.
Komitə sədri qeyd edib ki, Diaspor Gənclərinin Yay Düşərgəsi layihəsi 2018-ci ildən etibarən həyata keçirilir və bu il də gənclər tərəfindən böyük maraqla qarşılanıb: “Yay düşərgəsinə ildən-ilə artan maraq var. Artıq ikinci ildir ki, biz yalnız azərbaycanlı gənclərlə kifayətlənmirik, Azərbaycana dost olan xalqların nümayəndələrini də seçim mərhələsindən keçiririk”. F.Muradov düşərgənin bu il Xankəndidə keçirilməsini xüsusi rəmzi məna daşıyan hadisə kimi dəyərləndirib: “Xankəndi Azərbaycanın gücünün, müstəqilliyinin və suverenliyinin simvoludur. Bu torpaqlarda keçirilən düşərgə həm də şəhidlərimizə olan borcumuzun ifadəsidir. Əldə olunan uğurların arxasında Prezident İlham Əliyevin siyasi iradəsi dayanır. Məqsədimiz budur ki, bu gənclər gələcəkdə Azərbaycan diaspor hərəkatının öncül liderlərinə çevrilsinlər”. O, əlavə edib ki, bu ənənə növbəti illərdə də davam etdiriləcək.
Tədbirdə dövlət başçısının Xankəndidə bayraq qaldırmasının, oradakı tarixi çıxışının yer aldığı videoçarx nümayiş olunub, həmçinin Diaspor Gənclərinin Yay Düşərgələrinin tarixi ilə bağlı fakt və rəqəmlər səsləndirilib.
Tədbir iştirakçılarından Toğrul Əliyev İtaliyanın Genuya şəhərində yaşadığını deyib. “Beynəlxalq təhlükəsizlik və siyasi araşdırmalar üzrə tədqiqatçıyam. Doktoranturada təhsil alıram. Azərbaycanın Xankəndi şəhərində olmaq hər bir Azərbaycan gənci kimi mənim üçün də böyük qürur və fəxarətdir”,-deyən T.Əliyev əlavə edib ki, Ali Baş Komandanın rəhbərliyi ilə qüdrətli ordumuzun azad etdiyi torpaqlarımızda quruculuq işlərinin sürətlə aparılması bizim üçün böyük fəxarət hissi doğurur. Onun sözlərinə görə, Diaspor Gənclərinin VI Yay Düşərgəsinin Xankəndi şəhərində keçirilməsi çox əhəmiyyətlidir. “”Konstitusiya və Suverenlik İli” ilə bağlı təşkil edilən bu tədbirdə çoxsaylı görüşlərimiz olacaq. Eyni zamanda, Azərbaycanın milli-mədəni dəyərləri ilə yaxından tanış olacağıq. Dünyanın dörd bir yanından gəlmiş yüzdən artıq azərbaycanlı gənc burada öz milli-mənəvi dəyərlərinə, kökünə, etnik kimliyinə yenidən sahib olur və bu dəyərləri mənimsəyir”, - deyə T.Əliyev vurğulayıb.
Qeyd edək ki, Diaspor Gənclərinin VI Yay Düşərgəsi avqustun 9-dək davam edəcək. Düşərgənin proqramı da olduqca zəngindir. Layihənin davam etdiyi müddətdə iştirakçılar Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən diaspor siyasəti barədə müfəssəl məlumat alacaq, rəsmi şəxslər və diplomatlarla, müxtəlif sahələr üzrə ekspertlərlə, şəhid ailələrinin üzvləri və qəhrəman qazilərimizlə görüşəcək, Qarabağla daha yaxından tanış olacaq, Ana dili dərslərinə, əyləncəli proqramlara və intellektual oyunlara qatılacaqlar.
Nardar BAYRAMLI
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxHadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Xəbər lenti
02 Avqust 00:23
Dünya
01 Avqust 23:18
Xəbər lenti
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Xəbər lenti
01 Avqust 21:16
Xəbər lenti
01 Avqust 20:30
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30
Xəbər lenti
01 Avqust 07:59
Dünya
31 İyul 23:43
Dünya
31 İyul 22:55
Dünya
31 İyul 22:35
Dünya
31 İyul 21:42
Dünya
31 İyul 21:15
Dünya
31 İyul 20:51
Dünya
31 İyul 20:23
Dünya
31 İyul 19:48
Gündəm
31 İyul 19:43
Dünya
31 İyul 19:20
İqtisadiyyat
31 İyul 18:30
Elm
31 İyul 17:56
Gündəm
31 İyul 17:54
YAP xəbərləri
31 İyul 17:28
Sosial
31 İyul 17:19
YAP xəbərləri
31 İyul 16:43
Gündəm
31 İyul 16:39
Gündəm
31 İyul 15:59
YAP xəbərləri
31 İyul 15:20

