Vətənpərvər gənclik uğurlu gələcək deməkdir
04.06.2025 [08:45]
Sabaha və inkişafa hədəflənən siyasət...
Hər bir xalqın sabahı onun bu gün yetişdirdiyi gənc nəslin mənəvi-mədəni inkişafı və vətənpərvərlik ruhunda tərbiyəsi ilə sıx bağlıdır. Uğurlu gələcək üçün təməl məhz mənlik şüuru və Vətən sevgisi ilə formalaşdırılmış nəslin yetişdirilməsi ilə qoyulur. Bu baxımdan, müasir dövrdə gənclərin milli-mənəvi dəyərlərə bağlı yetişdirilməsi, onların tarixə, dilə, mədəniyyətə hörmət ruhunda formalaşdırılması dövlətin və cəmiyyətin əsas prioritetlərindən biri kimi təyin edilir. Azərbaycanın inkişaf strategiyasında da gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması, onların milli kimliyə və dövlətçiliyə bağlı fərd kimi yetişməsi əsas istiqamətlərdən biri kimi müəyyənləşdirilir. Vətəndaş tərbiyə etmək mənsub olduğu dövlətin inkişafına çalışan, ölkənin yüksəlişində iştirak edən insan yetişdirmək deməkdir.
Vətəndaşlıq tərbiyəsinin bir mənbəyi də ailədir. Təcrübə göstərir ki, ailədə vətəndaşlıq tərbiyəsi planlı, sistemli, məqsədli şəkildə təşkil olunmalıdır. Uşaqların vətəndaşlıq tərbiyəsi dedikdə, yüksək əxlaqi, mənəvi keyfiyyətlərə yiyələnmə və şəxsiyyət kimi yetişməsi nəzərdə tutulur. Onlar nizam-intizamlı, savadlı olmalı, hər zaman nümunəvi davranmalı, Vətənin tarixini, coğrafiyasını, xalqının mədəniyyətini, milli adətənənələrini bilməlı, bu torpağın hər daşını belə sevməlidir.
Birgə koordinasiya
Mövzu barədə fikirlərini “Yeni Azərbaycan”la bölüşən təhsil üzrə ekspert Elçin Əfəndi bildirib ki, zəngin tarixi keçmişimizdə gənc nəslə örnək olası kifayət qədər qəhrəmanlıq səhifələrimiz var. Gənc nəsil məhz bu tarixi irsə söykənərək işıqlı gələcək qurur. Bu gələcəyin formalaşmasında əsas vasitəçi, əsas rol məhz dövlətə məxsusdur. Bu gün ölkəmizdə uğurlu gənclər siyasəti yürüdülür: “Bu siyasətin nəticəsidir ki, Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar. Gənclərimizin milli mənlik şüurunun inkişaf etdirilməsinə, onların vətənpərvərlik ruhunun artırılmasına çox əmək sərf edilir və edilməlidir. Vətənpərvərlik anlayışının formalaşması üçün təbliğat lap uşaq yaşlarından başlamalıdır. Daha sonra yeniyetməlik yaşlarında və gənclik illərində bu iş daha güclü şəkildə davam etdirilməlidir. Bu mənada işə bağçadan başlamaq lazımdır. Sonra proses orta məktəbdə və ali məktəbdə gücləndirilməli, daha da konkretləşdirilməlidir. Bu fəaliyyət zamanı ailədəki tərbiyənin də mühüm rolu var. Bağçadakı, orta məktəbdəki və ali məktəbdəki fəaliyyət ailə ilə paralel inkişaf etməlidir. Ailə və təhsil müəssisəsi arasında birgə koordinasiya olmalıdır. Fikrimcə, orta məktəb dərsliklərimizdə vətənpərvərlik, milli mənlik şüurunun inkişaf etdirilməsi istiqamətində mətnlərə daha çox yer ayrıla bilər. Burada pedaqoqlarımızın da üzərinə mühüm məsuliyyət düşür. Məktəblərdə həyata keçirilən tərbiyə işi hər bir müəllimdən pedaqoji ustalıq tələb edir. Onlar uşaq psixologiyasını hamıdan yaxşı başa düşürlər. Məhz buna görə də sağlam, vətənpərvər bir gəncliyin formalaşmasında müəllimlərimiz əhəmiyyətli rol oynayırlar”
Ona görə zəruridir ki...
Ekspert qeyd edib ki, güclü, humanist və ədalətli dövlətçilik ənənələri cəmiyyətdə vətənpərvər və hərtərəfli inkişaf etmiş gənclərin yetişməsi üçün stimuldur: “Gənclərimizin vətənpərvər olmasını istəyiriksə, ilk növbədə ədalətli və qayğıkeş, yalnız qanunlarla və humanist düşüncələrlə tənzimlənən cəmiyyət formalaşdırmalıyıq. Bunun üçün hamı çalışmalıdır. İnsanlar bir-birinə qayğıkeş, mehriban və diqqətli olmalı, sivil davranış nümayiş etdirməli, tarixən formalaşmış adət-ənənələrimizə, əxlaqi-mənəvi dəyərlərimizə hörmət və qayğı ilə yanaşmalı, cəmiyyət üçün zərərli olan əməllərdən uzaq olmalı, onlara qarşı müqavimət göstərməlidirlər. Gənclər dərk edirlər ki, Azərbaycan xalqı hər zaman ədalət, bərabərlik, qanun və sülh üçün mübarizə aparır. Gənclərimizdə milli psixologiyanın, mənəviyyatın, milli qürur və iftixar hissinin, milli özünəməxsusluğun formalaşması və tərbiyə edilməsi zəruridir - onlar milli-etnik məhdudluğa qarşı mübarizə aparır, bəsit hisslərdən uzaq olur, tolerant, multikultural dəyərlərin daşıyıcısı kimi böyüyürlər. Biz bu amili Vətən müharibəsində əyani şəkildə gördük - gənclik bir nəfər kimi öz doğma Vətəninin müdafiəsi üçün bir yumruq kimi birləşdi. Bu isə illərlə aparılan uğurlu dövlət gənclər siyasətinin təntənəsidir”.
Sahib
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi” istiqaməti üzrə hazırlanmışdır.
Xəbər lenti
Hamısına baxSiyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31

