Milli maraqların müdafiəsi...
24.05.2025 [09:54]
İctimai və dövlət maraqları necə təmin edilir?
Müasir cəmiyyətin və dövlətin sabitliyinin, davamlı inkişafının və hüquq sisteminin səmərəliliyinin təmin olunmasında ictimai və dövlət maraqlarının müdafiəsi mühüm rol oynayır. Azərbaycanda bu sahədə aparılan islahatlar, qəbul edilən qanunvericilik aktları və vətəndaş cəmiyyəti institutlarının fəallaşması ictimai və dövlət maraqlarının daha effektiv müdafiəsinə şərait yaradır. Ölkənin əsas məqsədlərindən biri də güclü vətəndaş cəmiyyətinin formalaşmasını təmin etməkdir. Məhz belə bir vətəndaş cəmiyyəti ictimai və dövlət maraqlarının səmərəli müdafiəsinə zəmanət verə, neqativ amillərin qarşısını ala bilər.
Məlumdur ki, demokratik və hüquqi dövlət quruculuğu prosesinin mühüm tərkib hissəsi olan vətəndaş cəmiyyəti institutları milli birliyin daha da gücləndirilməsi işinə böyük töhfələr verir. Azərbaycan, eyni zamanda, regionda sülhə, sabitliyə və iqtisadi rifaha nail olmağa yönəlmiş xarici siyasət yürüdür. Bütün bunlar ictimai və dövlət maraqlarının müdafiəsinə kompleks zəmin yaradır. Vətəndaşların dövlətin və cəmiyyətin inkişaf proseslərində fəal iştirakı uğurla təmin edilir.
Milli maraqlar uğurla təmin edilib
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, ölkəmizdə ictimai və dövlət maraqlarının müdafiəsindən danışarkən, köklü modernləşməyə xüsusi diqqət edilməlidir. Eyni zamanda, bu barədə danışarkən demokratikləşmə sahəsində əldə olunan nailiyyətləri qeyd etməmək olmaz: “Bu gün islahatların gedişi barədə əhalinin və dünya ictimaiyyətinin geniş şəkildə məlumatlandırılması və onların həyata keçirilməsinə ictimai nəzarətin həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Transformasiyaların səmərəliliyinin açarı vətəndaşların dövlətin və cəmiyyətin inkişaf proseslərində fəal iştirakıdır. Son illər bu unikal mexanizm vasitəsilə müxtəlif istiqamətlər üzrə vətəndaşlardan çoxsaylı müraciət daxil olub və onlar müvafiq qaydada hökumət tərəfindən cavablandırılıb. Bunlar insan hüquq və azadlıqlarına riayət və hörmətə, ümumi təhlükəsizlik təhdidlərinə yeni yanaşmalara, milli qanunvericiliyə beynəlxalq standartların tətbiqinə gətirib çıxarıb. Eyni zamanda, o da mühümdür ki, ölkənin siyasi müstəqilliyinin formalaşması və inkişafı şəraitində obyektiv olaraq milli kimliyin formalaşması da uğurla həyata keçirilib. Bu zaman milli maraqlar məsələsi də uğurla təmin edilib”.
Milli maraqlar dövlətin təməl daşıdır
B.Məhərrəmovun sözlərinə görə, milli maraqlar hər bir dövlətin fəaliyyətinin təməl daşı hesab olunur: “İstənilən dövlətin siyasətinin əsasında milli maraqlar dayanmalıdır. Siyasi baxışlarından asılı olmayaraq hər bir vətəndaşın da ilk vəzifəsi məhz dövlətin mənafeyini qorumaq, ölkənin maraqlarını müdafiə etməkdən ibarətdir. Bütün siyasi qüvvələrin, vətəndaş cəmiyyətinin, hətta bütün vətəndaşların yeganə amalı ölkəmizin daha yüksək səviyyədə inkişafına dəstək vermək və bu prosesdə fəal iştirak etmək olmalıdır. Siyasi həyat bir-biri ilə əlaqəli maddi formasiyaların, ideoloji və digər siyasi-ictimai institutların, o cümlədən dövlət qurumlarının məcmusunda çoxşaxəli olduğu kimi, siyasi maraqlar da müxtəlifdir. Paralel olaraq həm də xarici siyasətdə eyni halın şahidi olmaq mümkündür - dövlətçiliyin və dövlətlərarası münasibətlərin inkişafında milli maraqlar həmişə əsas olub. Siyasi prosesdə, bir qayda olaraq, milli maraqlar probleminin aktuallaşması özünü göstərir. Müasir tarixi inkişaf dövrünün xüsusiyyəti ondan ibarətdir ki, indi milli maraqlar problemi digər elm sahələrinə nisbətən daha çox siyasətdə öyrənilir və bu, tamamilə düzgündür, formalaşmış təcrübəyə əsaslanaraq cəmiyyətdən problemlərin həllini tələb edir. Azərbaycan bu məsələnin öhdəsindən uğurla gəlib və bu da ölkəyə ictimai maraqları da uğurla təmin etməyə imkan verir”.
Maarifləndirmə işləri getməsə...
Deputat qeyd edib ki, əgər ictimai və dövlət maraqlarının təbliğatı istiqamətində maarifləndirmə işləri getməsə, milli-mənəvi dəyərlər sisteminə zidd olan, bizə xaricdən diqtə edilən “dəyərlər sistemi” onu əvəz edəcək: “Bunun isə hansı ağır nəticələrə gətirəcəyini proqnozlaşdırmaq çətin deyil. Ona görə də bu sahədə təbliğat-təşviqat işləri gücləndirilməli, bu istiqamətdə televiziyaların, internet televizyalarının imkalarından maksimum istifadə edilməlidir”.
Sahib
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” istiqaməti üzrə hazırlanmışdır.
Xəbər lenti
Hamısına bax
Dünya
19 Oktyabr 11:41

Siyasət
19 Oktyabr 11:35

Dünya
19 Oktyabr 10:51

Dünya
19 Oktyabr 10:29

Dünya
19 Oktyabr 10:16

İdman
19 Oktyabr 09:50

Sosial
19 Oktyabr 09:21

İdman
19 Oktyabr 08:55

Siyasət
19 Oktyabr 08:17

Analitik
18 Oktyabr 22:22

Siyasət
18 Oktyabr 21:35

Dünya
18 Oktyabr 20:41

Siyasət
18 Oktyabr 20:36

Sosial
18 Oktyabr 19:26

Gündəm
18 Oktyabr 18:45

YAP xəbərləri
18 Oktyabr 18:32

Elanlar
18 Oktyabr 17:58

Sosial
18 Oktyabr 17:57

YAP xəbərləri
18 Oktyabr 17:40

Siyasət
18 Oktyabr 17:03

YAP xəbərləri
18 Oktyabr 16:38
YAP xəbərləri
18 Oktyabr 15:35

YAP xəbərləri
18 Oktyabr 14:28

YAP xəbərləri
18 Oktyabr 13:54

Xəbər lenti
18 Oktyabr 13:54

YAP xəbərləri
18 Oktyabr 13:30

Gündəm
18 Oktyabr 12:39

Siyasət
18 Oktyabr 12:18

Gündəm
18 Oktyabr 11:54

Sosial
18 Oktyabr 11:47

Gündəm
18 Oktyabr 11:36

Siyasət
18 Oktyabr 11:35

Gündəm
18 Oktyabr 11:20

MEDİA
18 Oktyabr 10:45

YAP xəbərləri
18 Oktyabr 10:32

Sosial
18 Oktyabr 10:16

İqtisadiyyat
18 Oktyabr 09:51

İqtisadiyyat
18 Oktyabr 09:27

Sosial
18 Oktyabr 08:54
Ədəbiyyat
18 Oktyabr 08:40

Gündəm
18 Oktyabr 01:42

Gündəm
18 Oktyabr 01:30

Gündəm
18 Oktyabr 01:07

Dünya
17 Oktyabr 23:39

Gündəm
17 Oktyabr 23:34

Gündəm
17 Oktyabr 23:22

YAP xəbərləri
17 Oktyabr 23:15

Sosial
17 Oktyabr 22:51

YAP xəbərləri
17 Oktyabr 22:50

YAP xəbərləri
17 Oktyabr 22:32

Dünya
17 Oktyabr 22:13

Dünya
17 Oktyabr 21:45

YAP xəbərləri
17 Oktyabr 21:20

Dünya
17 Oktyabr 21:08

Dünya
17 Oktyabr 20:50

YAP xəbərləri
17 Oktyabr 20:31

Sosial
17 Oktyabr 20:12

Dünya
17 Oktyabr 19:51

Gündəm
17 Oktyabr 19:49

Dünya
17 Oktyabr 19:38

YAP xəbərləri
17 Oktyabr 19:10

Dünya
17 Oktyabr 18:34

YAP xəbərləri
17 Oktyabr 18:09

Xəbər lenti
17 Oktyabr 18:04

YAP xəbərləri
17 Oktyabr 17:50

Dünya
17 Oktyabr 17:30

YAP xəbərləri
17 Oktyabr 17:26

YAP xəbərləri
17 Oktyabr 17:17

YAP xəbərləri
17 Oktyabr 17:04

Maraqlı
17 Oktyabr 16:52
