Əhalinin gəlirləri artır, 2024-cü il nə vəd edir?
18.01.2024 [11:07]
Elbrus Cəfərli
Azərbaycanda əhalinin nominal gəlirləri 2023-cü il üzrə 78 milyard 50 milyon manat təşkil edib. Əhalinin nominal gəlirləri 12,8 faiz artıb. Hər nəfərə düşən nominal gəlirlər 7 min 686 manat (4,5 min dollar) təşkil edir. Ötən il isə istehlak qiymətləri indeksi (inflyasiya) illik 8.8 faizə bərabər olub. Yəni bu o deməkdir ki, 2020-ci ilin ağır pandemiyasından sonra əhalinin gəlirlərinin az qalan 2 dəfəyə yaxın üstələyən inflyasiya indi teak gəlirlərdən 50 faiz aşağıdır. Bununla yanaşı, 2023-cü il dekabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 11,2 faiz artaraq 923,1 manat təşkil edib. Bu isə artıq əhalinin qazancının inflyasiyanın yeminə çevrilmədiyini, əksinə artmağa doğru istiqamətləndiyini təsdiqləyir. Beləliklə, ölkə vətəndaşlarınnı sosial rihafında əhəmiyyətli müsbət meyillər təzahür etməkdədir.
2024-cü il və ortamüddətli dövr üzrə ssenarilər nə vəd edir?
Proqnozlara əsasən, 2024-cü ildə iqtisadi artım 2,8 faiz olmaqla bir çox iqtisadi və sosial sahələrdə hədəflənən tədbirlərin gerçəkləşməsini təmin edəcək. Proqnozlara əsasən ortamüddətli dövrdə əhalinin gəlirlərinin artaraq 2027-ci ildə 106 milyard manata, xərclərinin isə 102,6 milyard manata qədər yüksəlməsi gözlənilir. Bu isə əhalinin orta aylıq əməkhaqqının qarşıdakı illər üzrə tədrici artımı fonunda dördrəqəmli həddə çatacağını deməyə əsas verir. Belə ki, proqnozlara görə, 2024-cü ilin sonunda orta aylıq əməkhaqqının 980 manata, 2025-ci ildə 1038 manata, 2026-cı ildə 1096 manata, 2027-ci ildə isə 1153 manata çatacaqdır.
İqtisadiyyat Nazirliyi tərəfindən baza ssenaridə 2024-cü il üzrə 5,3 faiz proqnozlaşdırılan orta illik inflyasiyanın azalan templə 2027-ci ildə 4,2 faizə qədər enəcəyi gözlənilir. İnflyasiya mühitinin tənzimlənməsi ilə bağlı atılan addımlar iqtisadi fəallığın artması ilə yanaşı, əhalinin sosial rifahına da müsbət təsir edəcəkdir. İnflyasiya illər üzrə həm əhalinin illik nominal gəlirlərinin, həm də orta aylıq əməkhaqqını, real artımından 2 dəfə az olacaqdır.
Hökumətin sosial proqnozlarına görə, yaxın 3-4 ildə orta aylıq əməkhaqqını artımı median əməkhaqqının da yüksəlməsini təmin edəcək. Belə ki, median əməkhaqqı təxmini proqnozlara görə, orta aylıq əməkhaqqının 60 faizinə bərabər olacaq. Bu isə həmin sosial göstəricinin 2027-ci ildə 700 manatı ötəcəyini şərtləndirir. Digər sosial hədəf xalis minimum əməkhaqqının xalis orta aylıq əməkhaqqına nisbətinin məqbul səviyyəsimdə qorunmasıdır. Bu ssenariyə əsasən, yaxın 3 ildə minimum əməkhaqqının 500 manatı ötəcəyi gözlənilir.
Qeyd edək ki, hazırda Azərbaycanda minimum əməkhaqqı 345 manat, minimum pensiya məbləği 280 manat, orta aylıq pensiyanın məbləği 435 manat, yaşa görə, orta aylıq pensiya məbləği 466 manat, ünvanlı sosial yardımın aylıq məbləği manatdan 478 manata bərabərdir. İlin sonunda orta aylıq pensiya məbləğinin 492 manata çatacağı proqnozlaşdırılır.
Digər hədəf ssenarisi özəl sektorda yeni iş yerləri yaradılması, məşğulluq səviyyəsinin artırılması, xüsusilə regionlarda kiçik və orta sahibkarlığın, eləcə də özünüməşğulluğun inkişafına zəruri şərait yaradılmaqla əhali qrupları üçün səmərəli məşğulluğa və layiqli əməyə nail olunması nəzərdə tutulur. Bu tədbirlər nəticəsində qeyri-dövlət sektorunda məşğul əhalinin payının 80 faizə çatdırılması gözlənilir. Qeyri-formal məşğulluğun mərhələli azaldılması nəticəsində muzdla işləyənlər üzrə qeyri-dövlət sektorunun payı 50 faiz təşkil edəcəkdir.
Bundan başqa, pensiyaçılar üçün effektiv yığım, aztəminatlı əhali qrupu üçün zəruri ehtiyacların ödənilməsi, əlilliyi olan şəxslər üçün isə sosial yardımların əlçatanlığı artırılacaqdır. Pensiya sisteminin dayanıqlığı gücləndiriləcək, sosial sığortanın tətbiqi genişləndiriləcək. Minimum pensiya məbləği minimum əməkhaqqı səviyyəsinin 75-80 faizdə saxlanılacaqdır.
Bunlarla yanaşı, əhalinin aztəminatlı və həssas təbəqəsinin sosial müdafiəsinin gücləndirilməsi, müharibə veteranları və əlillərin, şəhid ailələrinin dayanqlı sosial müdafiəsi istiqamətində davamlı, ardıcıl tədbirlərin icrası nəzərdə tutulur. Sözsüz ki, bu hədəflərin reallaşması üçün dövlət büdcəsinin gəlir və xərclərinin artımı da əsas faktordur, xüsusilə də sosial təyinatlı xərclərin artımı zəruridir. Hazırda sosialyönümlü büdcə hesab edilən dövlət büdcəsində sosialyönümlü xərclərin ümumi məbləği 15 milyard 772,9 milyon manat olmaqla 2023-cü illə müqayisədə 1 milyard 34,5 milyon manat artırılıb. Büdcədə sosialyönümlü xərclərin çəkisi 42,9 faizə çatdırılıb. Yaxın 3-4 ildə bu hədəf əsas prioritet kimi saxlanılacaq və proqnozlara əsasən, dövlət büdcəsinin gəlirləri 2027-ci ildə 37 milyard manatı ötəcək, xərclər isə 39,7 milyard manata çatacaq. Həmin xərclərin böyük bir qismi yenə də sosial xərclər təşkil edəcək, büdcədə sosialyönümlü xərclərin çəkisi həmin dövrdə təxminən 17-18 milyard manata çatdırlacaq.
Xəbər lenti
Hamısına baxDünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45
Elm
20 Avqust 10:20
İqtisadiyyat
20 Avqust 09:55
Siyasət
20 Avqust 09:35
Analitik
20 Avqust 09:20
Mədəniyyət
20 Avqust 09:05
Mədəniyyət
20 Avqust 08:45
Dünya
19 Avqust 23:53
Dünya
19 Avqust 23:35
Dünya
19 Avqust 22:55
Dünya
19 Avqust 22:35
Dünya
19 Avqust 22:05
Dünya
19 Avqust 21:45
Dünya
19 Avqust 21:10
Dünya
19 Avqust 20:48
Dünya
19 Avqust 20:17
Dünya
19 Avqust 19:55
Siyasət
19 Avqust 19:33
Dünya
19 Avqust 19:25
Sosial
19 Avqust 18:59
Mədəniyyət
19 Avqust 18:48
İdman
19 Avqust 18:17
İdman
19 Avqust 17:49
Elm
19 Avqust 17:28
Mədəniyyət
19 Avqust 17:17
İqtisadiyyat
19 Avqust 16:53
İqtisadiyyat
19 Avqust 16:30
İqtisadiyyat
19 Avqust 16:18
Dünya
19 Avqust 15:53
Sosial
19 Avqust 15:30
Dünya
19 Avqust 15:25
İdman
19 Avqust 14:53
Dünya
19 Avqust 14:15
Elm
19 Avqust 13:56
Dünya
19 Avqust 13:41
Dünya
19 Avqust 13:10
Sosial
19 Avqust 12:48

