Azərbaycana xarici ölkələrdən taxıl idxal edilməsinə zərurət olmayacaq
16.07.2009 [10:18]
ölkəmizdə taxıl biçini sona çatmaq üzrədir. Artıq payızlıq-yazlıq dənli bitkilərin (qarğıdalısız) əkin sahəsinin 77 faizində biçin işləri başa çatıb. Xatırladaq ki, bu il 1 milyon 92 min 491 hektar sahədə dənli bitkilər əkilib. 843 min 73 hektar ərazidə aparılmış biçin zamanı 2 milyon 199 min 895 ton dənli bitkilər əldə olunub. Kənd Təsərrüfatı Nazirliyindən (KTN) verilən məlumata görə, 1 milyon 92 min 491 hektar sahədə əkilmiş dənli bitkilərin böyük bir hissəsini taxıl zəmiləri təşkil edir. Bu il fermerlər tərəfindən 806 min 573 hektar ərazidə taxıl əkilib. Biçin mövsümü başlayandan indiyədək 587 min 104 hektar sahədə işlər başa çatdırılıb. ümumiyyətlə, taxıl sahələrinin 73 faizində biçin yekunlaşıb. Həmin sahələrdən 1 milyon 580 min 303 ton taxıl yığılıb. Taxılın hər hektardan məhsuldarlığı 26,9 sentner təşkil edib. KTN bu il ölkəmizdə 2 milyon tondan artıq taxıl istehsal olunacağını bildirir.
Kənd Təsərrüfatı Nazirliyində hesab edirlər ki, 2009-cu ildə ötən illə müqayisədə 400 min ton çox taxıl ərzaq buğdası istehsal olunacaq. Bu isə ölkənin ərzaq buğdasına olan tələbatının yerli istehsal hesabına ödənilməsinə səbəb olacaq. Azərbaycanın xarici ölkələrdən buğda idxal etməsinə ehtiyac qalmayacaq. KTN bu il, bir sıra rayonlarda taxıl zəmilərində yanğın hallarının baş verməsinə baxmayaraq, yerli istehsal hesabına respublikamızın etibarlı şəkildə taxıl ehtiyatları ilə təmin olunacağını əmin edir.
Bu kimi amilləri nəzərə alan KTN ölkəyə idxal olunan taxıla tətbiq edilən Əlavə Dəyər Vergisinin (ƏDV) 100 faiz artırılması üçün hökumətə müraciət edib. Kənd təsərrüfatı naziri İsmət Abbasov bildirib ki, vergi dərəcəsinin iki dəfə artırılması daxili bazarın stimullaşdırılması və yerli istehsalçıların mənafeyinin qorunması məqsədi daşıyır. Nazir bu ilin may ayından ölkəmizə idxal olunan taxıla ƏDV-nin tətbiq olunmasının taxıl bazarında qiymət artımına səbəb olmadığını və daxili bazarda rəqabət meyillərinin yüksəldiyini qeyd edib. Onun fikrincə, yerli istehsal hesabına əhalinin taxıla olan tələbatını tam ödəmək mümkündür. Ona görə də ölkəyə taxıl məhsullarının idxal olunmasına zərurət yoxdur. Belə vəziyyətdə idxal olunan məhsula ƏDV tətbiq edilməsi düzgün addımdır. Bu qərardan sonra ölkəmizə xaricdən baha qiymətə taxıl gətirilməsi məhdudlaşacaq. Nazirlik, həmçinin, hökumət tərəfindən fermerlərə qayğının artırılacağını da əmin edir. Belə ki, kənd təsərrüfatı istehsalçılarına güzəştli şərtlərlə gübrə, yanacaq və toxumun verilməsi, subsidiyaların ayrılması respublikamızın ərzaq təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli dərəcədə rol oynamaqdadır. Hökumət özəl sektorun inkişafına həm siyasi, həm mənəvi, həm maddi dəstəyi gücləndirərək onlara verilən kreditlərin məbləğini 130 milyon manata çatdıracaq.
KTN aqrar bölmənin digər sahələrində də məhsul istehsalının artacağını proqnozlaşdırır. Belə ki, kənd təsərrüfatı iqtisadiyyatın inkişafını təmin etməklə bərabər iqtisadi siyasətin həyata keçirilməsində əsas faktorlardan birinə çevrilməkdədir. Bu dinamizm Azərbaycanın ərzaq təhlükəsizliyinin etibarlı şəkildə təmin olunmasına təkan vermiş olacaq.
Onu da xatırladaq ki, hökumət ölkənin ərzaq buğdası ilə təminatının daha da gücləndirilməsi üçün yeni qaydalar təsdiq edib. Nazirlər Kabinetinin bir neçə gün əvvəl təsdiqlədiyi qaydalara əsasən, Dövlət Taxıl Fondunun ehtiyat bazasının gücləndirilməsi nəzərdə tutulur. Taxıl Fondunun saxlanması və istifadəsi qaydalarına əsasən Fövqəladə Hallar Nazirliyi taxılın tədarük edilməsi, saxlanması və yeniləşdirilməsi səlahiyyətlərini yerinə yetirəcək. Fond taxılı istehsalçılarla satınalma müqaviləsinin bağlanması yolu ilə əldə edəcək.
Taxılın tədarük edilməsi, saxlanması, istifadəsi, yeniləşdirilməsi və kənara verilməsi tədbirlərinin həyata keçirilməsi məqsədi ilə müvafiq tələblərə və keyfiyyət göstəricilərinə riayət olunması üçün məntəqələrdə laboratoriyalar yaradılacaq. Tədarük olunan taxıl Fonda məxsus saxlanma məntəqələrində (elevatorlarda) saxlanılacaq. Əgər saxlanma məntəqələrində taxılın hər hansı bir səbəbdən saxlanması mümkün olmadıqda, həmin məhsul müqavilə əsasında hüquqi və fiziki şəxslərə məxsus saxlanma məntəqələrində və anbarlarda qorunacaq. Məhsul saxlanma məntəqələrində qəbul edilərkən onun təmizləmə prosesinə də ciddi nəzarət olunacaq. Eyni zamanda, taxılın çeşid və keyfiyyət göstəricilərinə diqqət yetiriləcək. Qeyd edək ki, malı göndərən şəxslər Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən taxıla verilmiş uyğunluq sertifikatını və Kənd Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş daxili karantin sertifikatını Fonda təqdim edəcəklər. Əks halda məhsulun qəbul edilməsi mümkün olmayacaq.
Bundan əlavə, respublikamıza taxıl idxal edən sahibkarlar gömrük bəyannaməsi ilə yanaşı, taxılın istehsal olunduğu ölkənin səlahiyyətli orqanı tərəfindən verilmiş uyğunluq sertifikatını, həmin ölkənin səlahiyyətli orqanı tərəfindən verilmiş mənşə, keyfiyyət və fitosanitar sertifikatlarını təqdim etməli olacaqlar. Bu, məhsulun keyfiyyəti ilə bağlı ciddi nəzarət mexanizmlərinin yaradılması kimi səciyyələndirilə bilər. Xatırladaq ki, saxlanma məntəqələri taxılın tam həcmdə kəmiyyət və keyfiyyət baxımından təhlükəsizliyini təmin edilməsinə məsuliyyət daşıyırlar.
Fondda saxlanılan taxılın istifadəsinə gəlincə, Nazirlər Kabinetinin müvafiq qaydalarına görə, məhsul fövqəladə hallarda istehlakçıların tələbatının ödənilməsinə, daxili bazarda taxıl məhsullarının kəskin qiymət dəyişmələrinin qarşısının alınmasına yönəldiləcək. Yəni, həmin ehtiyatlardan ölkədə qıtlıq yarandıqda, daxili bazarda un, çörək və çörək məmulatlarının qiymətində ciddi artım baş verdikdə istifadə olunacaq. Taxılın satışı isə bazar qiymətləri əsasında həyata keçiriləcək. Əgər bazarda həmin məhsulun kəskin qiymət artımı müşahidə olunarsa Fond taxılı bazar qiymətlərindən aşağı qiymətə sata bilər. Bu halda satış qiyməti hökumətlə razılaşdırılacaq. Bu kimi hallar, eləcə də humanitar yardımların göstərilməsi ilə əlaqədar Fondda saxlanan taxıldan istifadə zamanı məhsulun dəyəri dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.
Xatırladaq ki, Dövlət Taxıl Fondunda ölkənin ərzaq buğdasına olan 3 aylıq tələbatı qədər (təxminən 270 min ton) ehtiyat saxlanılacaq.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxGündəm
01 Noyabr 11:44
MEDİA
01 Noyabr 11:42
Siyasət
01 Noyabr 11:28
Analitik
01 Noyabr 10:53
Siyasət
01 Noyabr 10:38
Sosial
01 Noyabr 10:16
Analitik
01 Noyabr 09:52
Analitik
01 Noyabr 09:35
Sosial
01 Noyabr 09:13
MEDİA
01 Noyabr 08:59
Ədəbiyyat
01 Noyabr 08:24
Dünya
31 Oktyabr 23:46
Siyasət
31 Oktyabr 23:41
Daxili siyasət
31 Oktyabr 23:32
YAP xəbərləri
31 Oktyabr 23:27
Siyasət
31 Oktyabr 23:22
Dünya
31 Oktyabr 23:18
Dünya
31 Oktyabr 22:51
Dünya
31 Oktyabr 22:45
Dünya
31 Oktyabr 22:17
Dünya
31 Oktyabr 21:59
Dünya
31 Oktyabr 21:26
YAP xəbərləri
31 Oktyabr 21:05
Dünya
31 Oktyabr 20:58
Hadisə
31 Oktyabr 20:35
Sosial
31 Oktyabr 20:19
İqtisadiyyat
31 Oktyabr 19:46
Dünya
31 Oktyabr 19:31
Sosial
31 Oktyabr 19:11
Siyasət
31 Oktyabr 18:33
YAP xəbərləri
31 Oktyabr 18:14
YAP xəbərləri
31 Oktyabr 18:02
YAP xəbərləri
31 Oktyabr 17:53
YAP xəbərləri
31 Oktyabr 17:50
İqtisadiyyat
31 Oktyabr 17:25
Hadisə
31 Oktyabr 17:09
Dünya
31 Oktyabr 16:41
Siyasət
31 Oktyabr 16:19
Sosial
31 Oktyabr 16:18
Hadisə
31 Oktyabr 16:13
Dünya
31 Oktyabr 15:32
Dünya
31 Oktyabr 15:06
Hadisə
31 Oktyabr 14:53
Sosial
31 Oktyabr 14:52
Dünya
31 Oktyabr 14:20
Dünya
31 Oktyabr 13:53
Dünya
31 Oktyabr 13:30
Dünya
31 Oktyabr 13:19
Dünya
31 Oktyabr 12:46
YAP xəbərləri
31 Oktyabr 12:33
Siyasət
31 Oktyabr 12:25
Elanlar
31 Oktyabr 12:07
Sosial
31 Oktyabr 11:52
Elm
31 Oktyabr 11:50
Hadisə
31 Oktyabr 11:37
Siyasət
31 Oktyabr 11:20
Siyasət
31 Oktyabr 11:08
Hadisə
31 Oktyabr 11:07
İqtisadiyyat
31 Oktyabr 10:53
İqtisadiyyat
31 Oktyabr 10:52
İqtisadiyyat
31 Oktyabr 10:49
MEDİA
31 Oktyabr 10:30
Analitik
31 Oktyabr 10:16
Analitik
31 Oktyabr 09:52
Siyasət
31 Oktyabr 09:48
Ədəbiyyat
31 Oktyabr 09:34
Analitik
31 Oktyabr 09:15
Sosial
31 Oktyabr 08:57
Sosial
31 Oktyabr 08:31
Hadisə
31 Oktyabr 08:12
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | ||||||
| 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
| 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
| 30 |

