LED işıqları sənayedə geniş tətbiq olunarsa, enerjiyə xeyli miqdarda qənaət edilə bilər
23.02.2016 [09:37]
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzində (YTTM) hazırda son texnoloji yeniliklərə uyğun zəngin laboratoriyalar fəaliyyət göstərir. Həmin laboratoriyalarda bərk cisim işıqlandırma texnologiyası və karbon nanotexnologiyası inkişaf etdirilir və hazırda sənayeyə keçid mərhələsindədir. Bununla bağlı mərkəzin tədqiqatçılarının məqalələri dünya elmi jurnallarında dərc olunub.
Mərkəzin elmi-tədqiqatlar şöbəsinin müdiri Rasim Cabbarov AZƏRTAC-a müsahibəsində bildirib ki, YTTM-nin məqsədi sənayeyə keçid texnologiyasını yaratmaq və əldə olunmuş nəticələri tətbiq edərək, ölkə iqtisadiyyatının inkişafına töhfə verməkdir. Mütəxəssis diqqətə çatdırıb ki, mərkəzdə yaradılan müasir tipli laboratoriyalarda (Clean room) alınan prototip tipli məhsullar enerji qənaətli və ətraf mühitin qoruması strategiyasına uyğundur. İndiyədək mərkəzdə müxtəlif rəng temperaturuna və rəngötürmə indeksinə malik işıq diodlarının (LED) rəqabətə davamlı prototipləri yaradılıb, istehsal olunan LED-lampalarını elektrik dövrəsinə qoşmaq üçün güc faktoru >0.95 olan impulslu çeviricilər (Driver-Intelligent and isolated power supply) hazırlanıb. Eyni zamanda, istiliyə və güclü mexaniki təsirə davamlı elektromaqnit xassələrinə malik təmiz və kiçik diametrli (5-10 nanometr) karbon nanoborular əldə edilib.
R.Cabbarov qeyd edib ki, hazırda dördüncü nəsil olan daha qənaətcil və ekoloji təmiz LED işıqlarına keçid dövrüdür. Dünyanın bir sıra ölkələrində artıq bu işıqlardan geniş istifadə olunur. Biz də LED texnologiyasında hər hansı bir istehsal müəssisəsinin yaradılması üçün layihəmizi müvafiq qurumlara təqdim etmişik. Məqsədimiz LED-lampalarının istehsalını artırmaqdır. Yüksək texnologiya sayəsində laboratoriya bizə aylıq istehsal gücü 1500-2000 ədəd olan LED-lampası istehsal etməyə imkan verir. Məsələn, 100 vatlıq LED-lampası hazırda sənayedə istifadə olunan 400 vatlıq lampanı bütün elektrooptik parametrlərini əvəz etməyə qadirdir. Bunlardan küçə və prospektlərdəki işıq dirəklərində istifadə oluna bilər. Hər işıq dirəyində 800 vatlıq enerji sərf olunursa, yeni texnologiya sayəsində 200 vatlıq enerji sərf oluna bilər. Artıq mərkəz tərəfindən pilot layihə Şəki şəhərində həyata keçirilib. LED-lampası Azərbaycan sənayesində geniş tətbiq olunarsa, enerjiyə xeyli miqdarda qənaət edilə bilər.
Mərkəzin beynəlxalq əlaqələrindən danışan R.Cabbarov, həmçinin deyib ki, Almaniya, Türkiyə, Rusiya və İtaliya alimləri ilə sıx elmi əlaqələr qurulub, eyni zamanda, müştərək layihələr həyata keçirilir.
Bundan əlavə, mərkəzdə karbon nanoboru əsasında hərbi sənayedə çox böyük perspektivlərə malik antiradar materiallar əldə edilib. Həmçinin bionanotexnologiya sahəsi üzrə uğurlu tədqiqat nəticələrinə də nail olunub. Bu sahədə aparılan işlərin keyfiyyətinin artırılması və ən son texnologiyalar əsasında daha yüksək nəticələrin alınması üçün çip texnologiyasının qurulması istiqamətində iş aparılır.
Yeni Texnologiyalar Şöbəsinin müdiri Nahidə Musayeva bildirib ki, əldə olunan ən son nəticələrdən biri də yüksək təmizlik dərəcəsinə malik bir və çoxdivarlı karbon nanoborularının (KNB) alınma texnologiyasıdır.
YTTM alınan KNB-lər əsasında çoxfunksiyalı polimer nanokompozitlər hazırlanıb. Hazırda onların informasiya texnologiyalarında və nanoqurğularda tətbiqi araşdırılır.
Bundan əlavə, keramika/karbon nanoboru əsasında yüksək elektrik və istilikkeçirici nanokompozit materiallar alınıb. Bunlar da tikinti sənayesi və LED texnologiyasında böyük perspektivlər vəd edir. Karbon nanoboru əsasında alınan yüksək istilikkeçirici suspenziya məhlulları isə avtomobil sənayesi, soyuducu sistemli bütün qurğularda istifadə üçün yeni materiallar kimi xarakterizə olunur.
Qeyd edək ki, RYTN-in nəzdində dövlət büdcəsindən maliyyələşdirilən Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzi Nazirlər Kabinetinin 2008-ci il 23 sentyabr tarixli müvafiq qərarı ilə yaradılıb. Mərkəzin məqsədi qabaqcıl texnologiyaları Azərbaycana gətirmək, ölkədə elm tutumlu sənayenin inkişafına xidmət etməkdir.
Xəbər lenti
Hamısına baxDünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36

