Dünya Bankı Azərbaycana 2,3 milyard dollar kredit verəcək
16.04.2009 [16:37]
Dünya Bankı yeni layihələrə kredit ayrılmasını davam etdirmək niyyətini bəyan edib. Bankın ölkəmizdəki nümayəndəliyinin rəhbəri Qreqori Yedjeyçak bildirib ki, bank bu il respublikamızda yeni layihələrin maliyyələşdirilməsinə dair sazişləri təsdiq edəcək. Həmin layihələr infrastruktur, nəqliyyat, yol təsərrüfatı, ekologiya, kənd təsərrüfatı, təhsil, səhiyyə, idarəetmə ilə bağlı sahələri əhatə edəcək. Q.Yedjeyçakın sözlərinə görə, bu məqsədlə DB-nin missiyası ölkəmizə səfərə gəlib və hökumətlə bu istiqamətdə danışıqlar aparacaq. Riçard Podolskinin rəhbərlik etdiyi missiya Nəqliyyat Nazirliyində nəqliyyat infrastrukturunun yenidən qurulması üzrə layihələri müzakirə edəcək. Bundan başqa, missiya digər dövlət orqanlarında həyata keçirilməsi nəzərdə tutulan layihələrin detallarını nəzərdən keçirəcək.
Q.Yedjeyçak bildirib ki, hazırkı mərhələdə DB yol təsərrüfatı ilə bağlı layihələrin maliyyələşdirilməsini investisiya siyasətinin əsas hədəflərindən biri hesab edir. ümumiyyətlə, 2009-2010-cu illərdə DB-nin maliyyələşdirmək istədiyi layihələrin böyük bir hissəsi şəhər nəqliyyatında hərəkətin təhlükəsizliyinin təmin olunması, yol təsərrüfatının modernləşdirilməsi və infrastrukturun yenidən qurulması ilə bağlı olacaq. DB paytaxtda tıxacların aradan qaldırılması üçün ətraf əraziləri birləşdirən yeni dairəvi yolların çəkilməsini, yolların genişləndirilməsini, 2-3 mərtəbəli yol şəbəkələrinin salınmasını, eləcə də yeraltı keçid və tunellərin inşa edilməsini nəzərdə tutan konsepsiyanı dəstəkləyib. Eyni zamanda, bölgələrdə magistral yolların çəkilişi də diqqət mərkəzində olacaq. Yaxın günlərdə iki layihənin - Hacıqabul-Bəhramtəpə və Bakı-Şamaxı istiqamətləri üzrə yol təsərrüfatının yenidən qurulmasına kreditlərin ayrılmasına dair qərarın çıxarılacağı nəzərdə tutulur. DB-nin Direktorlar Şurası 3 ay ərzində hər iki layihəni təsdiqlədikdən sonra həmin yollarda işin icrasına start veriləcək.
Q.Yedjeyçak dəmir yolunun yenidən qurulması üçün layihənin də maliyyələşdiriləcəyini xatırladıb. Bakı vaqon deposunun, lokomotiv parkının yenidən qurulması, yeni vaqonların alınması üçün hökumət bankla danışıqlar aparır. Bundan başqa, bank Bakı metropoliteninə yeni stansiyaların tikintisi üçün vəsait ayırmağı da istisna etmir. Bu layihə hələ bir neçə ildən sonra reallaşacağından DB hazırda həmin məsələ ilə bağlı məsləhətləşmələrin tez olduğunu bildirir. Belə ki, metronun yeni xətlərinin - Badamdar, Xırdalan, Babək, Şıx, Binəqədi istiqamətləri üzrə stansiyaların tikintisi bir neçə ildən sonra mümkün hesab edilir, buna görə də, DB tələsməməyi məsələhət bilir. Q.Yedjeyçak, həmçinin, ekoloji layihələrin maliyyələşdirilməsi haqqında da fikirlərini açıqlayıb. Onun fikrincə, DB bu sahədə daha çox texniki yardımı ilə fərqlənəcək.
Kənd təsərrüfatında yeni layihələrin reallaşmasına gəlincə, DB-nin nümayəndəsi deyib ki, aqrar bölmə bankın diqqət mərkəzində olacaq və kənd təsərrüfatının kreditlərə olan ehtiyacının ödənilməsi üçün DB böyük məbləğdə vəsait ayrılmasına razıdır. Bank respublikamızın 24 rayonunu əhatə edən layihə çərçivəsində kənd təsərrüfatı mülkiyyətçilərinə uzunmüddətli kreditlərin verilməsini məqsədəuyğun sayır. ümumiyyətlə, Dünya Bankı Azərbaycanla əməkdaşlıq strategiyasına uyğun olaraq yaxın müddət üçün 45 layihə üzrə 2,3 milyard dollar ayrılmasını planlaşdırır.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
06 İyun 21:43
Dünya
06 İyun 20:35
YAP xəbərləri
06 İyun 19:31
Dünya
06 İyun 19:17
Dünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49
Siyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11

