Bakıda illik Xəzər texniki konfransı və sərgisi işə başlayıb
05.11.2015 [10:25]
Noyabrın 4-də Bakıda illik Xəzər texniki konfransı və sərgisi işə başlayıb. AZƏRTAC-ın media partnyoru olduğu tədbirdə 500-dən çox beynəlxalq və yerli neft şirkətinin, hökumət orqanlarının, servis şirkətlərinin, elmi müəssisələrin və digər təşkilatların təmsilçiləri iştirak edirlər.
AZƏRTAC xəbər verir ki, Neft və Qaz Mühəndisləri Cəmiyyətinin (SPE) təşkilatçılığı ilə keçirilən konfransda Xəzər regionunun neft-qaz sahəsinin aktual məsələləri, problemləri və imkanları müzakirə edilir. SPE-nin prezidenti Neytan Miihan tədbirin Bakıda keçirilməsinin əhəmiyyətindən, dünyanın neft-qaz sənayesində qazanılan nailiyyətlərdən və tətbiq edilən innovasiyalardan danışıb.
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə ölkəmizin neft-qaz sənayesinin inkişafından və bu sahədə qazanılan nailiyyətlərdən söhbət açıb. Bildirib ki, 1994-cü ildə Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində “Əsrin müqaviləsi” imzalanıb. Həmin uğurlu neft strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və Azərbaycanı dünyada neft-qaz diyarı kimi tanıdır. Akademik qeyd edib ki, Cənubi Xəzər hövzəsinin neft-qaz perspektivi böyükdür və yeni neft-qaz yataqları aşkarlana bilər.
Energetika nazirinin müavini Natiq Abbasov Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft, Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərlərinin Azərbaycana qazandırdığı uğurlardan danışıb, ölkəmizin Şərqlə Qərb arasında enerji dəhlizi rolunu oynadığını vurğulayıb. Nazir müavini XXI əsrin layihəsi adlandırılan “Cənub” qaz dəhlizinin və TANAP, TAP boru kəmərləri ilə Avropaya nəql ediləcək Azərbaycan qazının qitə üçün əhəmiyyətini qeyd edib.
Nazir müavini bildirib ki, Avropanın enerji təhlükəsizliyi strategiyası, enerji resurslarının şaxələndirilməsi və tədarükü baxımından əsas layihə kimi qiymətləndirilən “Cənub” qaz dəhlizinin reallaşdırılması ilə qarşıdakı 100 ildə qitənin enerji təhlükəsizliyi təmin olunacaq. Strateji əhəmiyyəti təkcə Azərbaycan, Türkiyə və regionla məhdudlaşmayan bu layihə həm də mürəkkəb geosiyasi şəraitdə olan Avropanın qaz asılılığından xilasına hesablanan, həm də alternativ enerji mənbəyi kimi bütün dünyanın diqqət mərkəzindədir.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə ölkəmizin neft-qaz sənayesinin tarixindən, “Əsrin müqaviləsi”nin əhəmiyyətindən və bu kontraktın imzalanmasından sonra əldə olunan nailiyyətlərdən bəhs edib. Birinci vitse-prezident artıq dünyada qaz ölkəsi kimi tanınan Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında önəmli rol oynadığını bildirib.
SOCAR-ın birinci vitse-prezidenti qeyd edib ki, işlənmənin əvvəlindən bu il noyabrın 1-dək “Azəri-Çıraq-Günəşli” yataqlar bloku üzrə 380 milyon ton neft və 714 milyard kubmetr qaz hasil edilib. Bu il noyabrın 1-dək dünya bazarlarında Azərbaycanın payına düşən 209 milyon ton mənfəət nefti satılıb. İndiyədək “Şahdəniz” yatağından isə 66 milyard kubmetr təbii qaz və 17 milyon ton kondensat hasil olunub. Bu il noyabrın 1-dək “Şahdəniz” layihəsi üzrə Cənubi Qafqaz Boru Kəməri ilə Gürcüstana 4,8 milyard kubmetr, Türkiyəyə isə 36 milyard kubmetr təbii qaz nəql edilib. Hazırda Gürcüstana gündəlik orta hesabla 4 milyon kubmetr, Türkiyəyə isə 18 milyon kubmetr təbii qaz verilir.
bp-nin yataqların işlənməsi üzrə vitse-prezidenti Martin Smit isə təmsil etdiyi şirkətin Azərbaycana sərmayə qoymağı davam etdirmək niyyətində olduğunu deyib. Bildirib ki, bir sıra yataqların uğurla işlənməsi bizə əminlik verir ki, Azərbaycan və SOCAR-la uzunmüddətli əməkdaşlığı davam etdirək.
Konfransın panel sessiyalarında regionun neft və qaz sahəsində çalışan rəhbər işçiləri, əməliyyat şirkətlərinin, servis təşkilatlarının, konsaltinq firmalarının və tədqiqat mərkəzlərinin təmsilçiləri, o cümlədən SOCAR, bp, “ExxonMobil”, “Schlumberger”, “Total” və TANAP kimi şirkətlərin mütəxəssisləri iştirak edirlər. Sessiyalarda Xəzər qazına olan tələbatın cari və gələcək mənbələri, hasilat-satış silsiləsinin əsas iştirakçıları, bu iştirakçıların üzləşdiyi texniki və kommersiya problemləri müzakirə edilib. Həmçinin sessiyalarda irimiqyaslı neft və qaz layihələri, onlarla bağlı müxtəlif risklər, o cümlədən texniki risklər, layihələrin icrası, öhdəliklərin yerinə yetirilməməsi ilə bağlı risklər əsas müzakirə mövzusu olub.
Sessiyalarda risklərin tanınması və yumşaldılması kimi bir sıra vacib məsələlər, o cümlədən səmərəli idarəetmə sisteminin işlənib hazırlanması, layihələrin uğuruna yönəlmiş insan dinamikasına aid məsələlərin həlli, layihənin icrası boyu risklərin tanınması və yumşaldılması ilə bağlı problemlərin həllində kritik təfəkkürə malik olan layihə qruplarının yaradılması nəzərdən keçirilib.
Tədbir noyabrın 6-dək davam edəcək.
Xəbər lenti
Hamısına baxDünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09

