/ / 2-ci Beynəlxalq Aqrar İnnovasiya Forumunda “Süni intellektin aqrar sahədə tətbiqi" mövzusunda konfrans keçirilib
2-ci Beynəlxalq Aqrar İnnovasiya Forumunda “Süni intellektin aqrar sahədə tətbiqi" mövzusunda konfrans keçirilib
14.05.2025 [20:46]
Bakıda XVIII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı - “Caspian Agro” sərgi çərçivəsində 2-ci Beynəlxalq Aqrar İnnovasiya Forumunda “Süni intellektin aqrar sahədə tətbiqi" mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, ADNSU Rəqəmsal İnkişaf və İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov gələn ildən başlayaraq Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı ("Cas”pian Agro") va Azərbaycan Beynəlxalq Qida Sənayesi ("InterFood Azerbaijan”) sərgilərinin formatının dəyişdiriləcəyini bildirib.
“Sərgilər "Baku Agro Week" ("Bakı Kənd Təsərrüfatı Həftəsi) çərçivəsində təşkil olunacaq. “Bu daha çox sahibkar və kənd təsərrüfatı subyektlərinə əməkdaşlığa daha geniş imkanlar açacaq. Bakı Kənd Təsərrüfatı Həftəsi çərçivəsində bir sıra layihələr həyata keçiriləcək”, - deyə A.Cəfərov əlavə edib.
Azərbaycan Robototexnika və Mühəndislik Akademiyasının Əməliyyatlar üzrə baş meneceri Ziya İsmayılov bildirib ki, Azərbaycanda kənd təsərrüfatı sahəsində yerli istehsal olan süni intellekt əsaslı texnologiya kimi istifadə olunur.
“TİM İnternational” MMC-nin şöbə müdiri Attilio Somma deyib ki, Azərbaycanda aqroparklarda iri layihələr üçün süni intellektin tətbiqi yaxşı imkanlar yarada bilər.
“Süni intellekt alqoritmlərinin biznes planlaşdırması və büdcəyə nəzarət sahələrində tətbiqi məhsuldarlığın artırılmasına və xərclərin azaldılmasına mühüm töhfə verir. Süni intellekt bütün sahələrə təsir göstərsə də, onun digər texnologiyalarla birlikdə istifadəsi daha səmərəli nəticələr verir, çünki süni intellekt yalnız bir vasitədir”, - deyə A.Somma əlavə edib.
“Digital Umbrella” MM-nin İnnovasiya və Rəqəmsal inkişaf şöbəsinin rəhbəri Leyla Hacıyeva bildirib ki, kənd təsərrüfatında son illər süni intellektdən istifadə halları artmaqdadır. Süni intellekt sözugedən sektorla bağlı düzgün məlumatlar -proqnozlar verə bilir.
Sabah.Hub-ın nümayəndəsi Camal Hacıyev çıxışında qeyd edib ki, Azərbaycanın regionlarında kənd təsərrüfatının intensiv inkişafı iqtisadiyyatın diversifikasiyasının bir hissəsidir. Bura turizm, kənd təsərrüfatı, İT texnologiyaların inkişafı və s. daxildir. Azərbaycanda həm kənd təsərrüfatının inkişafına, həm də bu sahədə süni intellektin tətbiqinə çox böyük imkanlar var: “Bu imkanlara həm insan resursları, həm də bilik bazası və infrastruktur daxildir. Hazırda Sabah.Hub-da Azərbaycanın aqrar sahədə üç startapı ötən il ərzində 100 min manat həcmində investisiya əldə ediblər.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
01 İyun 15:51
Hadisə
01 İyun 15:30
Sosial
01 İyun 15:29
Sosial
01 İyun 15:28
Sosial
01 İyun 15:28
Sosial
01 İyun 15:23
Siyasət
01 İyun 15:20
YAP xəbərləri
01 İyun 15:15
Müsahibə
01 İyun 15:13
YAP xəbərləri
01 İyun 15:05
YAP xəbərləri
01 İyun 15:02
Sosial
01 İyun 15:00
YAP xəbərləri
01 İyun 14:58
YAP xəbərləri
01 İyun 14:57
İqtisadiyyat
01 İyun 14:36
Gündəm
01 İyun 14:35
YAP xəbərləri
01 İyun 14:33
Dünya
01 İyun 14:19
YAP xəbərləri
01 İyun 14:14
Elm
01 İyun 14:09
İqtisadiyyat
01 İyun 13:54
Siyasət
01 İyun 13:52
Sosial
01 İyun 13:50
Dünya
01 İyun 13:27
Hərbi
01 İyun 12:29
YAP xəbərləri
01 İyun 12:26
İdman
01 İyun 12:23
Siyasət
01 İyun 12:13
Siyasət
01 İyun 12:13
Elanlar
01 İyun 12:00
Gündəm
01 İyun 11:59
Dünya
01 İyun 11:35
Siyasət
01 İyun 11:29
Dünya
01 İyun 11:19
YAP xəbərləri
01 İyun 11:04
YAP xəbərləri
01 İyun 10:56
Dünya
01 İyun 10:55
Elm
01 İyun 10:40
Elm
01 İyun 10:39
Siyasət
01 İyun 10:37
Siyasət
01 İyun 10:32
İqtisadiyyat
01 İyun 10:31
Siyasət
01 İyun 10:28
Dünya
01 İyun 10:21
Dünya
01 İyun 09:49
Gündəm
01 İyun 09:39
Gündəm
01 İyun 09:39
Sosial
01 İyun 09:38
Dünya
01 İyun 09:20
Dünya
01 İyun 08:53
Dünya
01 İyun 08:37
Dünya
31 May 23:26
Dünya
31 May 22:19
Dünya
31 May 21:35
Dünya
31 May 20:41
Sosial
31 May 19:46
Maraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Sosial
31 May 13:45
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | |
| 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
| 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
| 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
| 28 | 29 | 30 |

