İqlim hədəflərinə sadiq və təşəbbüskar ölkə
07.11.2024 [08:27]
Azərbaycan ESG prinsiplərini təsdiqləməklə ətraf mühit çağırışlarına sadiqliyini nümayiş etdirir
Azərbaycan COP29-a ev sahibliyi edən ölkə kimi davamlı inkişafa və “yaşıl təşəbbüslər”in həyata keçirilməsində sadiqliyini nümayiş etdirməkdədir. Milli iqlim strategiyasına əsasən, respublikamız təmiz ətraf mühitə və “yaşıl iqtisadiyyata” keçid üçün səylərini gücləndirib ki, bu hədəf proqramında əsas istiqamətlərdən biri biznes sektorunda Ətraf mühit, Sosial və Korporativ İdarəetmə (ESG) standartlarının tətbiqidir. ESG prinsiplərini daha da təşviq etmək məqsədilə Biznes Mühiti və Beynəlxalq Reytinqlər Komissiyasının nəzdində ESG alt qrupu yaradılıb. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) rəhbərlik etdiyi altqrupun tərkibinə dövlət, özəl və ictimai sektoru təmsil edən 20-yə yaxın qurum və təşkilatın nümayəndələri daxildir.
“29 İqlim Söhbəti”nə verilən töhfə...
Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev bildirib ki, ESG sahəsində ortamüddətli dövr üçün Strateji Baxış sənədini hazırlanıb və Komissiya tərəfindən ESG sahəsində sistemli fəaliyyəti təmin etmək üçün yol xəritələri təsdiqlənib. Yol xəritəsinin icrası çərçivəsində qabaqcıl beynəlxalq təcrübələrin öyrənilməsi və hərtərəfli sorğuların keçirilməsi də daxil olmaqla Azərbaycanda mövcud ESG mühitinin dərin təhlili aparılıb.
Bu günlərdə isə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşəbbüsü ilə Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) tövsiyələrinə əsasən hazırlanmış ESG prinsiplərinin tətbiqi üzrə çərçivə təsdiq edilib. Bu addım Azərbaycanın ətraf mühit çağırışlarına böyük önəm verən, məsuliyyətli və nümunəvi ölkə olmasını bir daha təsdiqləyir. Eyni zamanda, respublikamızın COP prinsiplərinə sadiq dövlət kimi beynəlxalq miqyasda irəli sürülən bütün öhdəliklərə ən yüksək səviyyədə riayət etdiyini göstərir, iqlim hədəfləri ilə bağlı bütün istiqamətlərdə birləşdirici platforma yaratmaq təşəbbüskarlığını nümayiş etidirir.
Qeyd edək ki, ESG üzrə vahid platforma BMT-nin Azərbaycan Ofisinin başladığı “29 İqlim Söhbəti: COP29-a aparan yol” təşəbbüsü tədbirlərindən biri kimi də mühüm yer tutur. Sammit ərəfəs?ndə ESG üzrə Vahid Platformanın istifadəyə verilməsi ölkəmizin ekoloji dayanıqlılığa töhfə vermək yönündə atdığı mühüm addımlardan biri hesab oluna bilər. Bu platforma COP29 məqsədlərinə uyğun olaraq davamlı inkişaf və iqlim fəaliyyətinə təkan vermək məqsədi daşımaqla ESG ilə əlaqəli bütün koalisiya arasında əlaqələndirməni təmin edəcək.
Sahibkarların xərcləri azalacaq, ixrac potensialı artacaq...
KOBİA-nın sədri Orxan Məmmədov "Azərbaycanın dayanıqlı inkişafı naminə: Ətraf mühit, Sosial və Korporativ İdarəetmə üzrə vahid platformanın və milli standartın təqdimatı”na həsr olunmuş konfransda bildirib ki, ESG prinsipinin qəbul edilməsi “yaşıl inkişaf” siyasətinin əsas istiqamətlərindən biri kimi müxtəlif sektorlarda çalışan təsərrüfat subyektlərinin, xüsusilə də biznesin fəaliyyətinə əlavə dəstək verməklə potensiallarını artıracaq. Bu standartın tətbiqi dövlət və özəl sektorda dayanıqlı inkişafı dəstəkləməklə yanaşı, müştəri məmnuniyyətini artırmaq baxımından da müsbət əhəmiyyət kəsb edir.
ESG prinsiplərinin tətbiqi həm də “yaşıl iqtisadiyyat”a transformasiya prosesinə keçid üçün nəzərdə tutulan hədəflərdən biridir. Ələxsus da ESG biznesin ətraf mühitə və cəmiyyətə təsirini, şəffaf və etibarlı fəaliyyət göstəricisini müəyyən edən meyar kimi xüsusi əhəmiyyət kəsb edir. Eləcə də bizneslərin rəqabət qabiliyyətinin artırılmasına, kənar investisiyalarının cəlb edilməsinə, xüsusilə xarici bazarlara çıxışına da əhəmiyyətli təsir göstərir. Belə ki, ESG-nin vacib komponentlərindən olan ətraf mühit kompenentini diqqətə saxlayan biznes subyektləri səmərəli və qənaətli texnologiyaları, “yaşıl innovasiyalar”ı biznes proseslərinə inteqrasiya edir ki, bu sahibkarların xərclərinin optimallaşdırılmasına, məhsuldarlığının yüksəldilməsinə və rəqabət qabiliyyətinin artırılmasına töhfə verir. Həmçinin ESG prinsiplərinə riayət etməklə biznes prosesləri optimallaşır, istehsal xərcləri azalır, biznesin ixrac potensialı artır, eləcə də xarici investisiyaların cəlb edilməsi stimullaşır.
ESG investorlara daha düzgün seçim etməyə imkan verir
ESG tələblərinin yerinə yetirilməsi biznes sektoru üçün riskləri daha yaxşı idarə etməyə də imkan verir. ESG amilləri hazırda institusional investorlar tərəfindən aktiv seçim prosesinin bir hissəsi kimi nəzərdən keçirilir. İnvestorlar sərmayə ilə bağlı qərarlar qəbul etməzdən və investisiya planlaşdırmasından əvvəl ESG prinsipləri ilə bağlı lazımi araşdırmalar aparır, həmin prinsipləri tətbiq edən şirkətlərə daha çox üstünlük verir. Bu baxımdan yeni standarlar ölkəmizin milli biznes icması üçün istiqamətləndirici rol oynayacaq.
Beləliklə, Azərbaycan hökumətinin COP-la bağlı mühm hədəflərdən biri olan ekoloji, sosial və korporativ idarəetmə standartını qəbul etməsi “yaşıl” hədəflərə doğru aparılan tədbirlərin mühüm bir hissəsi kimi ətraf mühit prinsiplərinin tətbiqinin genişləndirilməsinə töhfə verəcək.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
31 May 23:26
Dünya
31 May 22:19
Dünya
31 May 21:35
Dünya
31 May 20:41
Sosial
31 May 19:46
Maraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Sosial
31 May 13:45
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | |
| 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
| 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
| 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
| 28 | 29 | 30 |

