Avropa Bankının “yaşıl maliyyə” dəstəyi...
12.09.2024 [09:56]
Beynəlxalq maliyyə institutları Azərbaycana davamlı “yaşıl sərmayə”lər yatıracaq
Ölkəmizdə səfərdə olan Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) nümayəndə heyəti “Xəzər-Qara dəniz-Avropa” və “Azərbaycan-Mərkəzi Asiya-Avropa” “yaşıl enerji” dəhlizlərinin yaradılması layihələrini müzakirə edib. Energetika nazirinin müavini Orxan Zeynalovla görüşdə AYİB-in Türkiyə və Qafqaz üzrə icraçı direktoru Elisabetta Falcetti Azərbaycanın “yaşıl enerji” dəhlizlərinin yaradılması istiqamətində atdığı addımları yüksək qiymətləndirib, eyni zamanda, COP29 ilə bağlı təşəbbüsləri, enerji sahəsində planlaşdırılan tədbirlərin bütün dünya ölkələri üçün əhəmiyyətinə toxunub.
Avropa Bankının regional direktoru Azərbaycanla energetika sektorunda mövcud əməkdaşlığın vəziyyətinin müsbət səmərə verməsinə diqqət çəkərək bankın bərpa olunan enerji mənbələrinin istehsalı və nəqli, aşağı karbonlu enerjiyə keçid, “yaşıl texnologiyalar” sahəsində layihələrin icrası və gələcək əməkdaşlıqda “yaşıl enerji”yə xüsusi önəm veriləcəyini xatırladıb. Bankın maliyyə dəstəyi ilə həyata keçirilən Qobustan Günəş Elektrik Stansiyası ilə yanaşı, digər energetika müəssisələrinin yaradılmasında maliyyə tərəfdaşlığının davam etdiriləcəyi istisna edilmir.
Qeyd edək ki, “yaşıl enerji”yə keçidi enerji siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən etmiş Azərbaycan hökuməti bu sahəyə birbaşa yerli sərmayələr yatırmaqla beynəlxalq donorlar, xarici investorlar və maliyyə institutları ilə də sıx əməkdaşlıq edərək onların sərmayələrini də cəlb etməyə çalışır. Onlardan biri Avropa Bankı bərpa olunan enerji və regional “yaşıl enerji” dəhlizinin həyata keçirilməsində maliyyə donorluğuna razılıq verib. AYİB 2027-ci ilədək 8 külək və ?ünəş elektrik stansiyasının istismara hazırlanmasına kreditlər ayırmaqla bağlı Bakı ilə razılaşıb. Həmçinin “Xəzər-Qara dəniz-Avropa” dəhlizinin yaradılmasında maliyyə təchizatçı olmaq niyyətini ifadə edib.
Qeyd edək ki, Avropa Yenidənqurma və İnkişaf Bankının ötən il açıqladığı “Aşağı karbonlu hidrogen iqtisadiyyatı bazar araşdırması”na dair hesabatında da Azərbaycanın yaşıl hidrogen istehsalının iqtisadi cəhətdən səmərəli ölkə olması olması, eləcə də regional enerji bazarlarına ixracda və regionda yeni yaradılan çoxşaxəli ixrac marşrutlarında strateji mövqeyə və yerə malik olması öz əksini tapıb. Hesabata əsasən, Azərbaycan 2026-cı ilədək ümumi enerji qoyuluşunda bərpaolunan enerji mənbələrinin payının 24 faizə, 2030-cu ilə qədər isə faizə çatdırılmasında maraqlıdır. Həmçinin məşhur Paris anlaşmasına görə, rəsmi Bakı bu müddətdə Azərbaycan atmosferə buraxılan CO2-nin həcminin bir faiz bəndi həcmində azaldılmasını da öhdəlik kimi götürüb. AYİB Azərbaycanı “yaşıl enerji” quruculuğunda qətiyyətli və dönməz iradə əks etdirən tərəfdaş hesab edir. “Yaşıl enerji”yə davamlı sərmayə yatıracağını bəyan edən bank COP-29 çərçivəsində Azərbaycanla iqlim dəyişikliyi ilə bağlı tədbirlərdə də birgə partnyorluğun artırılacağını vurğulayıb.
Dünya Bankının “yaşıl sərmayələri”...
Digər maliyyə tərəfdaşı olan Dünya Bankı Azərbaycanda günəş və hidrogen infrastrukturlarının yenidən qurulmasını maliyyələşdirmək niyyətindədir. Bank Azərbaycanda 760 MVt gücündə Bankə və Biləsuvar günəş enerjisi layihələrinin enerji sisteminə qoşulması, günəş panelləri infrastrukturunun genişləndirilməsi, “yaşıl hidrogen” istehsalı və digər bərpa olunan sahələrə investisiyaların qoyuluşunda açıq olduğunu bəyan edib. Ümumilikdə, Dünya Bankı 2027-ci ilədək ölkəmizdə 8 külək və Günəş elektrik stansiyalarının qurulması və enerji sisteminə inteqrasiyası məqsədilə maliyyə dəstəyini göstərəcək. Həmçinin işğaldan azad olunmuş ərazilərdə bərpa olunan enerji mənbələrinə sərmayələrin yönəldilməsi, “ağıllı şəhər və ağıllı kənd” konsepsiyalarının tətbiqində “yaşıl texnologiyalar”ın və “yaşıl enerji zonası” layihələrinin icrasında da yaxından iştirak etmək marağını ifadə edib.
Dünya Bankı, həmçinin Azərbaycanda “yaşıl iqtisadiyyat” və “yaşıl enerji” sahəsində yeni layihələrin maliyyələşdirilməsini qarşıdakı dövrün əməkdaşlıq proqramlarına daxil edib.
Maliyyə Korporasiyasından “yaşıl maliyyə” dəstəyi...
Xarici maliyyə institutlarından biri olan Beynəlxalq Maliyyə Korporasiyası da Azərbaycanda bərpa olunan enerji sektoruna xüsusi maraq göstərir, o cümlədən işğaldan azad edilmiş ərazilərdə “yaşıl” şəhərlərin yaradılması və “yaşıl texnologiyaların” tətbiqində öz maliyyə dəstətini verməyə hazır olduğunu bəyan edib. Bir müddət əvvəl BMK ilə Azərbaycan hökuməti arasında dənizdə külək enerjisi resursundan istifadə üzrə əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb və bu sənəd ilk “yaşıl sərmayə” layihələrindən biri hesab oluna bilər.
Eyni zamanda, bərpaolunan enerji mənbələrinə investisiyaların cəlb edilməsi, “təmiz enerji”yə keçidin təmin edilməsində Azərbaycanın digər beynəlxalq qurumlarla əməkdaşlığının əlaqələndirilməsində də BMK-nın təşəbbüsləri mühüm əhəmiyyət daşıyır. BMK “Xəzər-Qara dəniz-Avropa” dəhlizinin yaradılmasında da maliyyə təchizatçı olmaq niyyətindədir. Korporasiya rəsmiləri “yaşıl enerji”nin Xəzərdən Avropaya və Naxçıvandan Türkiyəyə ixracı və enerji keçidinin şaxələndirilməsində də əsas donorlardan biri olacaq.
Asiya Bankının donor planları...
Asiya İnkişaf Bankı (AİB) ilə Azərbaycan Hökuməti arasında qarşıdakı illərdə əməkdaşlığın gündəliyində də “yaşıl enerji” proqramı əsas yer tutur. 2024-2026-cı illər ərzində AİB-lə Azərbaycan Respublikası arasında əməkdaşlıq əsasən bərpa olunan enerji ve “yaşıl nəqliyyat” sahələrini əhatə edəcəkdir. Bu istiqamətdə Bank tərəfindən regional nəqliyyat sistemləri vasitəsilə regional əməkdaşlığın gücləndirilməsi, habelə Şimal-Cənub nəqliyyat dəhlizi çərçivəsində dəmir yolu sektorunda nəzərdə tutulan işlərin tamamlanması və Bakı şəhərində mobilliyin artırılmasında ölkəmizə dəstək veriləcəkdir. Əməkdaşlıq çərçivəsində özəl sektorun iştirakçıları ilə birgə 2024-2025-ci illər ərzində yeni bərpa olunan enerji layihələrinin birgə maliyyələşdirilməsi də nəzərdə tutulur. AİB-in, xüsusilə də işğaldan azad olunmuş ərazilərdə hidroelektrik stansiyaların tikilməsinə sərmayə qoyması gündəlikdə durur.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxGündəm
12 Sentyabr 11:50
İqtisadiyyat
12 Sentyabr 11:25
İqtisadiyyat
12 Sentyabr 10:49
İqtisadiyyat
12 Sentyabr 10:21
Ədəbiyyat
12 Sentyabr 09:45
Sosial
12 Sentyabr 09:17
Ədəbiyyat
12 Sentyabr 08:50
Ədəbiyyat
12 Sentyabr 08:36
Dünya
11 Sentyabr 23:30
Dünya
11 Sentyabr 23:17
Xəbər lenti
11 Sentyabr 22:51
Dünya
11 Sentyabr 22:23
Dünya
11 Sentyabr 22:09
Elm
11 Sentyabr 21:45
Hadisə
11 Sentyabr 21:34
İqtisadiyyat
11 Sentyabr 21:19
Formula 1
11 Sentyabr 20:41
Dünya
11 Sentyabr 20:29
Dünya
11 Sentyabr 20:17
Dünya
11 Sentyabr 19:54
İqtisadiyyat
11 Sentyabr 19:20
Müsahibə
11 Sentyabr 19:07
Dünya
11 Sentyabr 18:34
YAP xəbərləri
11 Sentyabr 18:19
YAP xəbərləri
11 Sentyabr 17:44
İqtisadiyyat
11 Sentyabr 17:43
Gündəm
11 Sentyabr 17:40
Siyasət
11 Sentyabr 17:40
Sosial
11 Sentyabr 17:39
YAP xəbərləri
11 Sentyabr 17:36
YAP xəbərləri
11 Sentyabr 17:34
Dünya
11 Sentyabr 17:22
Dünya
11 Sentyabr 16:58
YAP xəbərləri
11 Sentyabr 16:23
Dünya
11 Sentyabr 16:19
Siyasət
11 Sentyabr 16:16
Elm
11 Sentyabr 16:04
Dünya
11 Sentyabr 16:03
YAP xəbərləri
11 Sentyabr 15:59
YAP xəbərləri
11 Sentyabr 15:53
Sosial
11 Sentyabr 15:49
Dünya
11 Sentyabr 15:32
YAP xəbərləri
11 Sentyabr 15:01
Dünya
11 Sentyabr 14:19
YAP xəbərləri
11 Sentyabr 14:18
Elm
11 Sentyabr 14:16
İqtisadiyyat
11 Sentyabr 14:13
İqtisadiyyat
11 Sentyabr 13:25
Sosial
11 Sentyabr 12:42
Hadisə
11 Sentyabr 12:41
Elm
11 Sentyabr 12:41
Sosial
11 Sentyabr 12:30
Sosial
11 Sentyabr 12:03
Hadisə
11 Sentyabr 11:37
YAP xəbərləri
11 Sentyabr 11:34
YAP xəbərləri
11 Sentyabr 11:30
Gündəm
11 Sentyabr 10:53
İqtisadiyyat
11 Sentyabr 10:15
İqtisadiyyat
11 Sentyabr 09:48
Siyasət
11 Sentyabr 09:45
Mədəniyyət
11 Sentyabr 09:22
Sosial
11 Sentyabr 08:50
Sosial
11 Sentyabr 08:37
Dünya
10 Sentyabr 23:17
Hadisə
10 Sentyabr 22:45
İqtisadiyyat
10 Sentyabr 22:29
Dünya
10 Sentyabr 21:52
Dünya
10 Sentyabr 21:16
Sosial
10 Sentyabr 20:40
İqtisadiyyat
10 Sentyabr 20:25

