“Qarabağ” – “Olimpiakos” oyununda
14.10.2022 [19:13]
Gücdən doğan rahatlıq
Günel ABBASOVA
Oktyabrın 13-də Ağdamın “Qarabağ” klubu UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirdi. Komanda G qrupunun IV turunda Bakıda Yunanıstanın “Olimpiakos” klubunu qəbul etdi. Son dəqiqələrə qədər hücum və müdafiə əsasında qurulan oyunun nəticəsi heç-heçə olsa da, azarkeşlər üçün komandaları hər zaman qalibdi!
“Qarabağ” reytinqlərdə müvafiq kateqoriyalar üzrə uğur qazanmağa davam edir. Ötən gün Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CIES) öz ölkələrinin çempionatında topa ən çox sahib olan komandaların reytinqində “Qarabağ” 4-cü pillədə qərarlaşıb. Bununla yanaşı, cari mövsüm Premyer Liqada keçirdiyi 8 oyunun hamısında qələbə qazanan Ağdam təmsilçisi hər oyunda orta hesabla 65.9 faizlik göstərici ilə yalnız Ukraynanın "Şaxtyor" (Donetsk), İngiltərənin "Mançester Siti və Portuqaliyanın "Benfika" klublarından geri qalır. Eləcə də, "Qarabağ" dəqiq ötürmələrin orta sayı (86,7%) baxımından 44-cüdür.
Rəqibin ümidini puç edən “Qarabağ”
“Olimpiakos”la oyundan sonra “Qarabağ”ın Avroliqanın qrup mərhələsi çərçivəsində iki oyunu qalır. Biri Fransa “Nant”s ilə, digəri isə alman “Frayburq”uyla. Növbəti mərhələyə keçid üçün “Qarabağ”a nəzəri cəhətdən 1 xal da bəs edir - bu iki növbəti oyunların birini uduzub, digər oyunda bərabərə qalarsa, o zaman xallarımızın sayı 8-ə yüksəlir. Həmin komandaların birinə qalib gələriksə, işimiz daha da asanlaşır. “Olimpiakos”un ümidi isə tək Konfrans Liqasına qalır. Növbəti oyunlarda yunanlar Konfrans Liqasına düşmək üçün tər tökəcəklər. Bu o deməkdir ki, qrupdakı digər rəqiblərimizin yunanlarla oyunları heç də asan keçməyəcək. Olimpiakos ən azı 3-cü yeri qazanmaq üçün ciddi hazırlaşacaq.
“Nant”a gəlincə isə, onların da işi asan görünmür. Belə ki, bir tərəfdə çox istəkli “Qarabağ”, digər tərəfdə isə Konfrans Liqasına düşmək istəyən yunanlar. Ehtimal odur ki, “Nant” qarşıdakı iki oyundan maksimum bir qalibiyyət, bir bərabərlik əldə edə bilər. O zaman fransız komandasının xallarının sayı 7-yə çatacaq ki, bu da “Qarabağ”ın növbəti mərhələyə keçməsi deməkdir. Yəni ağdamlıların növbəti mərhələyə keçməsi, qrup mərhələsini adlaması ehtimalı ən azı 90 faizdir.
“Olimpiakos”un isə Avroliqa macərası elə qrup mərhələsi ilə də yekunlaşacaq. “Qarabağ”la Bakıdakı heç-heçə rəqibin ümidlərini puç etdi. Afina təmsilçisi bundan sonra maksimum 7 xal yığa bilər ki, qrupu adlamağa bu da bəs etmir. Qarabağla oyunların nəticəsində Yunanıstan təmsilçisi ağdamlılara uduzur.
Gücdən doğan rahatlıq
Tofiq Bəhramov adına arenada “Qarabağ”ın rahatlığı, özgüvəni, çəkinmədən oynamağı hər şeyə dəyərdi. Bu həm də Ağdam klubunun öz gücünə nə qədər güvəndiyinin sübutudur. Rəqibi önəmsəmək və eyni zamanda çəkinməmək çox əla psixoloji vəziyyətdir. “Olimpiakos”un xal almaq üçün zaman uzatmağa yönəlik addımları da “Qarabağ”ın gücündən xəbər verirdi. Qisas almağa gəldiyini deyən komandanın yerdə uzanaraq vaxt uzatması haqlı bir sual ortaya çıxarır. Görəsən, yerdə uzanıb nəyin qisasını almaq olur?!
Azarkeşlərin qalibiyyəti
Hər zaman olduğu kimi, bu oyunda da azarkeşlər xüsusi sevgi ilə “Qarabağ”ı dəstəkləməyə gəlmişdilər. Azarkeşlər arasında şəmkirli şəhid övladları da var idi. Qarşılaşma zamanı uşaqlardan ibarət azarkeşlər “Qarabağ” futbol klubuna olan dəstəklərini böyük pankartlar açaraq, şüarlar səsləndirərək göstərdilər.
Oyunun 44-cü dəqiqəsində...
Oyunun son dəqiqələrinə qədər stadionda azarkeşlərin şüarları, alqışları, səsləri susmadı. Onlar “Qarabağ”ı təkcə qalibiyyət anında yox, həmişə dəstəkləyirlər. Hətta mən deyərdim, “Qarabağ” illər ərzində ölkəmizdə azarkeş mədəniyyətinin formalaşması üçün əvəzsiz faktor olub. Azarkeşlər yağışa rəğmən stadionda 31 min nəfərdən ibarət tək ürəyə çevrilmişdilər. Oyunun 44-cü dəqiqəsində isə tamam fərqli anlar yaşandı. Bu an tribunalardan “Şəhidlər ölməz, Vətən bölünməz” şüarları səsləndi. Bu da oyunun nəticəsindən, zamanından, hava şəraitindən asılı olmayaraq azarkeşlərin sevgisinin bir göstəricisi idi. Biz bilirik ki, “Qarabağ” növbəti oyunlarda ona inanları, bütün Azərbaycanı sevindirəcək. “Qarabağ”ın atdığı hər addım ölkəmiz üçün yeni, əvəzolunmaz nailiyyətlər vəd edir. Bu mənada bizim “Köhlən atlar”a inamımız tamdır.
Xəbər lenti
Hamısına baxDünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Gündəm
16 İyun 16:33
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31

