Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / "Qarabağ" : "Marsel"in təhlükəsizliyi yüksək səviyyədə təşkil olunacaq

"Qarabağ" : "Marsel"in təhlükəsizliyi yüksək səviyyədə təşkil olunacaq

22.02.2022 [15:52]

UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda "Qarabağ"la üz-üzə gələcək Fransanın "Marsel" komandasının səfər proqramı bəlli olub. Liqa 1 təmsilçisi fevralın 22-də saat 23:00-da Bakıda olacaq.
"Köhlən atlar"ın Mətbuat Xidmətinin rəhbəri Gündüz Abbaszadə rəqib komandanın təhlükəsizliklə bağlı məlumat verib: "UEFA-nın qaydalarına və tələblərinə görə stadion ərazisində "Marsel"in təhlükəsizliyinə ev sahibi olaraq biz cavabdehik. Bu günədək səfər edən digər komandalarla bağlı hansısa problem olmayıb. Arxayın olsunlar ki, təhlükəsizlikləri Bakıya endikləri andan ölkələrinə yollandıqları anadək yüksək səviyyədə təşkil olunacaq".
Qeyd edək ki, fevralın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 21:45-də başlayacaq. Qarşılaşmanı polşalı hakimlər idarə edəcəklər.

Paylaş:
Baxılıb: 926 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Analitik

Ədəbiyyat

Ədəbiyyat

Nənəyə məktub

25 İyul 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

25 İyul 08:37  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31