Yığmamızın baş məşqçisi: Onlardan qorxmuruq
21.01.2022 [21:08]
“Hazırlığımız davam edir. Hər gün hansısa elementi yaxşılaşdırmağa çalışırıq. Amma bəzən bəxtsizliklə də üzləşirik”. “Yeni Azərbaycan” xəbər verir ki, bunu futzal yığmamızın baş məşqçisi Joze Alesio da Silva deyib.
Bu gün Niderlandda Avropa çempionatının final mərhələsinin D qrupunun oyunlarının keçiriləcəyi “Martini Plaza”da da Silva və qapıçı Emin Kürdovun iştirakı ilə mətbuat konfransı keçirilib. Baş məşqçi öncə üzləşdiyi problemlərdən danışıb: “Bu gün iki futzalçımızın – Rövşənlə Qalonun testləri pozitiv çıxdı. Ümid edirəm ki, PCR testin nəticəsi neqativ çıxacaq. Birdən-birə iki oyunçunu itirmək olmaz. Onlar ilk “beşliy”in üzvləridirlər. Heç vaxt deyə bilmərəm ki, komanda 100 faiz hazırdır. Bunun üçün uzun zaman lazımdır. Biz məşqlərə başladığımız gündən göstəricimiz artan xətt üzrə hərəkət edir. Bu gün axşam rəqibin oyununa da baxacağıq, videoanalizləri futzalçıların diqqətinə çatdıracağıq. Rəqibimiz debütant olsa da, güclü komandadır. Hazırda yaxşı vəziyyətdədirlər. Yoldaşlıq oyunlarında qazanılan qələbə onların psixoloji durumunu yaxşılaşdırıb. Ancaq unutmayaq ki, yoldaşlıq oyunları ilə Avropa çempionatının final mərhələsi fərqli yarışdır. Onlardan qorxmuruq, ancaq hörmət edirik. Ümid edirəm ki, sabah tam heyətlə zala yollanacağıq və maraqlı oyun keçirəcəyik”.
Emin Kürdov isə bildirib ki, pandemiya ilə əlaqədar final mərhələsinin təşkilat komitəsi necə əziyyət çəkirsə, yarışa hazırlaşan komandalar da oxşar problemlərlə qarşılaşır: “Məsələn, Belçika ilə yoldaşlıq oyununa gəldik, amma iki futzalçımızın test nümunələri pozitiv çıxdığına görə, onlar görüşdə iştirak edə bilmədilər. Bu gün isə oyunöncəsi məşqə 2 nəfər azlıqda gəldik. Ümid edirəm ki, hər iki komanda yoldaşımızn PCR testin nəticəsi neqativ olacaq. Belə bir deyim formalaşıb: “hansı komandanın immuniteti güclü olacaqsa, Avropa çempionluğunu onlar bayram edəcək. İnşallah ki, biz daha güclü olarıq. Hazırlığımız yaxşı keçir. Baş verənləri bəhanə etmək istəmirik. Çalışırıq ki, olanlar bizə psixoloji olaraq mənfi təsir etməsin. Rəqib güclü komandadır. Zəif milli bu mərhələyə yüksələ bilməz. Heyətlərində təhlükəli futzalçılar var, amma adlarını çəkmək istəmirəm”.
Xəbər lenti
Hamısına baxSosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33

