Milli Məclisin Gənclər və idman komitəsində idmançılarla görüş keçirilib
12.03.2021 [09:10]
Martın 10-da Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev Olimpiya Oyunlarının mükafatçıları, dünya və Avropa çempionatlarının qalibləri Rövşən Bayramov, Hacı Əliyev, Həsən Əliyev, Cəbrayıl Həsənov, Əlisa Abbasov, həmçinin bir qrup fəal gənclə görüş keçirib.
Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, vitse-spiker ölkəmizdə bədən tərbiyəsi və idman siyasətinin, habelə gənclərlə bağlı aparılan işlərin daim ön planda olmasından, bu sahədə Gənclər və İdman Nazirliyinin, Milli Olimpiya Komitəsinin, habelə Milli Məclisin Gənclər və idman komitəsinin fəaliyyətindən danışıb, ölkə başçısının idmançılara diqqət və qayğısından məmnunluğunu ifadə edib.
Görüşdə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun həyata keçirdiyi uğurlu hərbi əməliyyatla ölkəmizin tarixində yeni səhifə açılmasından, hazırda işğaldan azad edilmiş ərazilərimizə böyük qayıdışın təmin olunması üçün görülən işlərdən danışılıb.
Adil Əliyev Yeni Azərbaycan Partiyasının qurultayında dövlətimizin başçısının şəhid ailələrinin və qazilərin daim diqqət mərkəzində saxlanması barədə fikirlərini xatırladaraq, ölkəmizdə bu sahədə aparılan işlərdə hər kəsin səfərbər olmasının vacibliyini vurğulayıb.
Söhbət zamanı vitse-spiker Olimpiya Oyunlarının mükafatçısı Rövşən Bayramovun Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü təyin edilməsi münasibətilə təbrik edərək, idmançılarımızın ölkəmizin ictimai-siyasi həyatında da yaxından iştirakını yüksək qiymətləndirib.
Görüşdə gənclərin idmana marağının artırılması, bu amilin gənclərdə vətənpərvərlik hissinin formalaşmasına təsiri və onların zərərli vərdişlərdən uzaq olmasında rolu barədə də fikir mübadiləsi aparılıb.
Sonda ölkəmizi beynəlxalq yarışlarda uğurla təmsil edən idmançılara, habelə Vətən müharibəsində xidmətlər göstərən bir qrup şəxsə Milli Məclisin Gənclər və idman komitəsinin Fəxri fərmanı təqdim edilib.
Xəbər lenti
Hamısına baxDünya
06 Sentyabr 12:31
Dünya
06 Sentyabr 11:43
Dünya
06 Sentyabr 11:19
Dünya
06 Sentyabr 10:57
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20

