Yardımlı İdman Kompleksinin açılışı olub
19.06.2020 [09:02]
İyunun 18-də Yardımlı rayonunda idman kompleksinin açılışı olub.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, açılış mərasimində nazir Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Milli Məclisin deputatı Musa Qasımlı, Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov və digər şəxslər iştirak ediblər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Fərmanı ilə təsdiq edilmiş regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində inşa olunan Yardımlı İdman Kompleksi Gənclər və İdman Nazirliyinin sifarişi ilə tikilib. 2013-cü ilin iyunundan tikintisinə başlanan kompleksdə mini futbol, voleybol-basketbol meydançası, açıq meydançalara xidmət edən soyunub-geyinmə, duş otaqlarından ibarət bina, içməli və yanğın su anbarları yaradılıb.
Ümumilikdə 1,23 hektar ərazidə inşa edilən kompleksin tikintialtı sahəsi 3919 kvadratmetrdir. Dörd blokdan ibarət kompleksin əsas korpusunda 560 tamaşaçı tutumuna malik universal idman, eləcə də güləş, boks və trenajor zalları, VIP tribuna, soyunma-geyinmə, duş, hakim və məşqçi otaqları, nəzarət, texniki və xidməti kabinetlər var. Burada, həmçinin kafe-restoran, mətbəx, 21 nömrədən ibarət 43 yerlik mehmanxana da fəaliyyət göstərir.
Kompleksə ayrıca qaz, su-kanalizasiya, elektrik, rabitə xətləri çəkilib, generator quraşdırılıb. Ərazidə geniş yaşıllıqlar salınıb, piyada yolları və asfalt-beton yollar çəkilib, binalar müasir idman avadanlıqla təchiz edilib, müasir havalandırma, yanğın siqnalizasiya, hidrant sistemləri, internet və televiziya şəbəkəsi, müşahidə kameraları və digər zəruri qurğular quraşdırılıb. Fiziki imkanları məhdud tamaşaçıların və idmançıların kompleksdən istifadə etmələri üçün zəruri şərait yaradılıb.
Xəbər lenti
Hamısına baxDünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11
Sosial
28 İyul 11:11
Elm
28 İyul 11:10
Siyasət
28 İyul 10:58
Siyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20

