“Yüksək dövlət təltifinə layiq görülmək qürurvericidir”
09.01.2020 [09:39]
Azərbaycanda digər sahələr kimi, idmanın da inkişafı dövlətin, şəxsən Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət, həmçinin atılan müvafiq addımlar sayəsində Azərbaycan idman ölkəsi kimi tanınıb, bir çox nüfuzlu yarışların keçirildiyi məkan kimi tarixə düşüb. Onu da qeyd edək ki, idmanın müxtəlif növlərində uğur qazanan idmançıların mütəmadi olaraq təltif edilməsi də Azərbaycanda idmanın inkişafına əlavə stimul verir. Bu məqamda xatırlatmaq yerinə düşər ki, Prezident İlham Əliyev 19 dekabr 2019-cu il tarixində “Azərbaycan Respublikasının idman mütəxəssislərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında” Sərəncam imzalayıb. Sənədə əsasən, üç nəfərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü təyin olunub. Dövlət başçısının bəhs olunan tarixdə imzaladığı “Azərbaycan Respublikasında idmanın inkişafında xidmətləri olan bir qrup şəxsə fəxri adların verilməsi haqqında” Sərəncamla isə səkkiz nəfər “Əməkdar bədən tərbiyəsi və idman xadimi”, iki nəfər “Əməkdar həkim”, bir nəfər “Əməkdar jurnalist” fəxri adları ilə təltif edilib.
Qeyd edək ki, sözügedən Sərəncama əsasən təltif olunanlardan biri də Mustafayev Şahlar Gülməhəmməd oğludur. Şahlar Mustafayev “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adına layiq görülüb.
Məlumat üçün bildirək ki, 1948-ci ildə anadan olan Şahlar Mustafayev Azərbaycan Bədən Tərbiyəsi İnstitutunu bitirib. Azərbaycanda sambo güləşinin təməlini qoyanlardan biridir. Hazırda Azərbaycan Sambo Federasiyasının (ASF) Nəzarət-təftiş komissiyasının sədridir. Şahlar müəllimin məşqçi və hakim kimi uğurları da diqqətəlayiqdir. Belə ki, o, sambo üzrə beynəlxalq ekstra dərəcəli hakim, respublikanın əməkdar məşqçisidir.
Bizimlə söhbətində Prezident İlham Əliyevin onun zəhmətinə yüksək qiymət verdiyini deyən usta idmançı sevincini oxucularımızla bölüşüb: “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adına layiq görülmək qürurvericidir. Bunun üçün cənab Prezidentə dərin minnətdarlığımı bildirirəm. Diqqətinizə çatdırım ki, dövlət başçısının imzaladığı müvafiq sərəncamlarla “Şöhrət” ordeninə və “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”na layiq görülmüşəm. Yüksək dövlət təltifinə layiq görülməyimlə qürur duyuram”.
Bildirib ki, Azərbaycan Prezidenti ənənəvi olaraq hər il idmançılarla yanaşı, məşqçiləri və idman xadimlərini də müxtəlif mükafatlar, o cümlədən mənzillər, fəxri adlar və s. ilə təltif edir. Bütün bunlar idmançıları və biz məşqçiləri yeni uğurlara həvəsləndirir. Təsadüfi deyil ki, bu diqqət və qayğı nəticəsində idmançılarımızın qazandıqları medalların sayı ildən-ilə artır.
Müşfiqə BAYRAMLI
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50

