Formula 1 Azərbaycan Qran-Prisinə hazırlıq davam edir
09.04.2019 [09:30]
İndiyədək Qran-Priyə 63 ölkədən bilet alınıb
Formula 1 Azərbaycan Qran-Prisinin başlamasına 17 gün qalıb. Formula 1 üzrə dünya çempionatının dördüncü mərhələsi olan Azərbaycan Qran-Prisi aprelin 26-28-də Bakı şəhər halqasında keçiriləcək.
AZƏRTAC xəbər verir ki, yarışa hazırlığın plana uyğun olaraq davam etdiyini bildirən “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) marketinq və kommunikasiya şöbəsinin müdiri Nigar Arpadarai tikinti işlərinin sürətlə həyata keçirildiyini diqqətə çatdırıb. Qeyd edib ki, tribuna və təhlükəsizlik baryerləri quraşdırılır. Dənizkənarı Milli Park istiqamətində keçidlər artıq hazırlanıb.
“Bilet satışından çox razıyıq. Ötən illə müqayisədə bu il bilet satışında artım müşahidə olunur. Filarmoniya tribunasına biletlər tam satılıb. Bəzi tribunalarda isə biletlərin satışı yekunlaşmaq üzrədir.
Hazırkı mərhələdə yarışın əyləncə proqramının tam olaraq açıqlanması üzərində işləyirik. Bu il iki ulduz müğənni yarışlardan sonra konsert proqramı ilə çıxış edəcək. Belə ki, Sem Smit aprelin 27-də konsert verəcək. Aprelin 28-də “Baku Crystal Hall”da möhtəşəm şousunu təqdim edəcək ulduz müğənninin adı isə yaxın günlərdə açıqlanacaq. Bundan əlavə, after-partilər də təşkil olunacaq”, - deyə N.Arpadarai əlavə edib.
Könüllülərin və marşalların təlimlərinin davam etdiyini vurğulayan BŞH rəsmisi deyib: “Mətbuat mərkəzinin qurulması prosesinə artıq start verilib. Artıq yerli jurnalistlərin akkreditasiya prosesinə yekun vurulub. Yüz əlliyə yaxın jurnalist bizə müraciət edib. Bütün müraciətlər Formula 1 və Beynəlxalq Avtomobil Federasiyasına yönləndirilib. Yarışın keçiriləcəyi həftədə akkreditasiyadan keçmiş jurnalistlərin adları açıqlanacaq. Akkreditasiyadan keçən yerli və xarici jurnalistlərin sayı ildən-ilə artır”.
Bilet satışında ötən illə müqayisədə artımın müşahidə olunduğunu bildirən BŞH-nin kommersiya şöbəsinin rəhbəri Bülənt Özərdim deyib: “Hazırda bilet alanlar arasında yerli Formula 1 azarkeşləri üstünlük təşkil edirlər. Bilet alan xarici ölkə vətəndaşları arasında rusiyalılar ilk pillədə qərarlaşıb. İlk üçlüyü Böyük Britaniya və Avstriya tamamlayır. Sonrakı sıralarda Hollandiya, Türkiyə və Gürcüstan yer alıb. İlk onluğu Finlandiya, Birləşmiş Ərəb Əmirlikləri və Ukrayna tamamlayır. Bu günədək Azərbaycan Qran-Prisinə 63 ölkədən biletlər alınıb. Əvvəllər uzaq ölkələrdən 2-4 bilet alınırdısa, hazırda həmin dövlətlərdən qrup halında müraciətlər edilib. Bütün bunlar bizi çox sevindirir. Bilet satışı davam edir”.
B.Özərdim deyib: “Yarış həftəsonunda DJ-lərin iştirakı ilə “Bakı şəhərinin sədaları” adlı əyləncə proqramı təşkil olunacaq. “Elektra Events Hall”da keçiriləcək əyləncə proqramına biletlər ayrıca satılır. Hər gecə üçün biletlərin qiyməti 55 manatdır. Əyləncə proqramında Ciqan, Mahmut Orhan, Robin Şultz və “Lost Frequencies” kimi məşhur DJ-lər iştirak edəcəklər. Bundan başqa, DJ Mendoza məkanın daimi sakini kimi yarış həftəsonu ərzində hər gecə öz çıxışları ilə dinləyicilərə unudulmaz anlar yaşadacaq. Əminliklə deyə bilərəm ki, Formula 1 azarkeşlərini möhtəşəm yarış və əyləncə proqramı gözləyir”.
Bakı şəhər halqasından sonra konsert proqramlarının “Crystal Hall”da təşkil olunacağını vurğulayan B.Özərdim bildirib ki, saat 23:00-dan sonra after-partilərə “Elektra Events Hall”da start veriləcək. “Elektra Events Hall” belə tədbirlər üçün daha uyğundur. Tamaşaçılar Qız qalasının qarşısından xüsusi nəqliyyat vasitəsilə “Crystal Hall”a rahat gedə biləcəklər. Oradan “Elektra Events Hall”a getmək istəyənlər üçün də nəqliyyat vasitələri nəzərdə tutulub.
BŞH-nin yarış obyektinin tikintisi üzrə rəhbəri Tom Butçer Bakı şəhər halqasında tikinti işlərinin 95 faizinin artıq yerinə yetirildiyini bildirib. Qeyd edib ki, digər işlər aprelin 21-dən 22-nə keçən gecə yolların bağlanmasından sonra həyata keçiriləcək. Hazırda “Azneft” tribunasının tikintisi qalıb. Bu tribunada tikinti işlərinə aprelin 15-də start veriləcək. Həmçinin yollar bağlanmadığı üçün 600-dək baryer quraşdırılmayıb. Asfalt örtüyü və digər tribunalar yarışa tam hazırdır. Ümumiyyətlə, tikinti işləri aprelin 22-23-də başa çatacaq. Aprelin 25-də Beynəlxalq Avtomobil Federasiyası treki sınaqdan keçirəcək.
T.Butçer qeyd edib ki, Azərbaycan Qran-Prisindən öncə yarış Çində keçiriləcək. Bolidlər və komandaların avadanlığı aprelin 15-dən başlayaraq hava yolu ilə Çindən birbaşa ölkəmizə gətiriləcək. Komandaların avadanlığının qarajlara yerləşdirilməsi, bolidlərin quraşdırılması aprelin 24-dək davam edəcək.
Qeyd edək ki, Formula 1 azarkeş zonasında builki Azərbaycan Qran-Prisində mübarizə aparan bütün pilotların iştirakı ilə aprelin 26-28-də günün müxtəlif saatlarında avtoqraf sessiyaları keçiriləcək. Sessiyalar zamanı azarkeşlər sevdiyi pilotlarla görüşərək şəkil çəkdirə və avtoqraf ala biləcəklər. Tamaşaçılar Formula 1-in yeni pilotları ilə yanaşı, Bakı şəhər halqasını da daha yaxından tanımaq imkanı qazanacaqlar. Həmçinin yarış sessiyaları başa çatdıqdan sonra trek tamaşaçıların gəzintisi üçün açıq olacaq. Həmin müddətdə trek daxilində xüsusi avtobuslar da xidmət göstərəcək. Tamaşaçılar trekin müxtəlif yerlərindəki dayanacaqlarda enərək Bakı şəhər halqasının özünəməxsus xüsusiyyətləri ilə ətraflı tanış ola biləcəklər.
Xəbər lenti
Hamısına baxDünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50
Sosial
19 İyun 08:34
Dünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58

