Pauerliftinq üzrə Paralimpiya yığmamızın üzvləri ilə görüş keçirilib
23.02.2019 [10:23]
Fevralın 22-də Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) baş katibinin müavini, Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti Azər Əliyev pauerliftinq üzrə Paralimpiya yığma komandamızın üzvləri ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) ofisində təşkil olunan görüşdə komitənin prezidenti İlqar Rəhimov, birinci vitse-prezidentlər Natiq Qasımov, ikiqat Paralimpiya çempionu İlham Zəkiyev, Yaşar Hacıyev, baş katib Kamal Məmmədov, MOK-un şöbə müdiri Mehman Kərimov, o cümlədən komitənin əməkdaşları iştirak ediblər.
AMPK-nın prezidenti İ.Rəhimov qeyd edib ki, hazırda pauerliftinq yığma komandamız “Tokio 2020” XVI Yay Paralimpiya Oyunlarına hazırlaşır. Komandamızın bu Oyunlara ən azı 4 lisenziya qazanacağı gözlənilir.
Daha sonra komitənin baş katibi K.Məmmədov çıxış edərək görülən işlər barədə məlumat verib. Onun sözlərinə görə, pauerliftinq komandamız həm Avropa, həm də dünya çempionatlarında medallar qazanıblar. Qarşıda duran hədəf növbəti Yay Paralimpiya Oyunlarında medal əldə etməkdir.
K.Məmmədov ölkəmizdə uşaq Paralimpiya hərəkatından da söz açıb. Bildirib ki, Rəsul Zəkiyev uşaq paralimpiya hərəkatından yığmamıza qatılan idmançılardandır.
Pauerliftinq yığmamızın baş məşqçisi İlqar İbişov deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin paralimpiyaçılarımıza dəstək göstərməsi idmançılarımızı ruhlandırır. Komandamızın üzvləri ilə belə görüşlər, göstərilən diqqət idmançılarda ruh yüksəkliyi yaradır.
AMPK-nın vitse-prezidenti, ikiqat Paralimpiya çempionu İ.Zəkiyev də idmançılarımızda ruh yüksəkliyi yaradan bu görüşü yüksək qiymətləndirib.
Pauerliftinq idman növü üzrə Paralimpiya milli komandasının kapitanı Elşən Hüseynov idmançılara göstərilən diqqətə görə minnətdarlığını bildirib. O, “Tokio 2020” Yay Paralimpiya Oyunlarında medal qazanmaq üçün əzmlə çalışdıqlarını deyib.
MOK-un baş katibinin müavini, Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti Azər Əliyev isə çıxışında pauerliftinqin ona yaxın sahə olduğunu deyib: “Mən özüm də keçmiş idmançı olaraq bilirəm ki, pauerliftinq necə çətin bir idman sahəsidir. Bu sahədə olan idmançılar fiziki və mənəvi çətinliklərlə üzləşirlər. Bu səbəbdən də pauerliftinqçilərdə ruh yüksəkliyi önəmlidir. İnanıram ki, idmançılarımız bütün çətinliklərin öhdəsindən uğurla gəlirlər. Mən də sizə lazımi dəstəyi göstərəcəyəm”.
Azər Əliyev “Tokio 2020” XVI Yay Paralimpiya Oyunlarında komandamızın medal qazanacağına ümid etdiyini bildirib və idmançılarımıza qarşıdakı yarışlarda uğurlar arzulayıb.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

