Cəlal Süleymanov: Ən böyük arzum Olimpiya çempionu olmaqdır
13.09.2018 [09:12]
III Dünya Köçəri Oyunlarında milli güləş növü üzrə yarışda qızıl medal qazanan təmsilçimiz Cəlal Süleymanov redaksiyamızın qonağı olub
Müstəqillik yolu ilə inamla irəliləyən Azərbaycanın qısa müddətdə böyük uğur qazandığı sahələrdən biri də idmandır. Tam qətiyyətlə demək mümkündür ki, artıq idman Azərbaycanda kütləvi hal alıb və ölkəmizdə getdikcə daha çox sayda gənc bu sahəyə üz tutaraq müxtəlif idman növləri ilə məşğul olmağı özlərinin həyat tərzinə çevirirlər. İdmançılarımızın mötəbər yarışlarda ölkəmizi uğurla təmsil edərək böyük nailiyyətlər qazanmaları və dünyanın möhtəşəm arenalarında himnimizi səsləndirmələri, Vətənə medallarla dönmələri Azərbaycanın beynəlxalq miqyasda müsbət imicinin formalaşmasına, nüfuzunun artmasına, daha geniş miqyasda tanınmasına müsbət təsir göstərir. Bir neçə gün əvvəl Qırğızıstanda başa çatan III Dünya Köçəri Oyunlarında (DKO) da atletlərimizin qazandığı nailiyyətlər bunun bariz sübutudur.
Məlumat üçün bildirək ki, Dünya Köçəri Oyunlarının keçirilməsinin məqsədi türk xalqlarının qədim idman ənənələrinin dirçəldilməsi və inkişaf etdirilməsi, ənənəvi idman mədəniyyətinin yaşadılması və Köçəri Oyunlarının dünyaya tanıdılmasıdır. İlk dəfə bu oyunlar 2014-cü ildə Qırğızıstanda keçirilib. Həmin il yarışlara dünyanın 19 ölkəsindən 22 komanda, 430-dan artıq idmançı qatılmışdı. Cari ildə idmanın 37 növü üzrə dünyanın 80 ölkəsindən 3 minə yaxın idmançı yarışlarda iştirak edib. Köçəri Oyunlarını dünyanın 60 ölkəsindən 604 jurnalist işıqlandırıb. Dördüncü Dünya Köçəri Oyunları isə 2020-ci ildə Türkiyədə keçiriləcək.
Qırğızıstanın ev sahibliyi etdiyi III Dünya Köçəri Oyunlarında Azərbaycanı 39 idmançı təmsil edib. Yarışlarda uğurla iştirak edən Azərbaycan idmançıları 15 medala layiq görülüblər. Təmsilçimiz Cəlal Süleymanov 60 kiloqram çəki dərəcəsində milli güləş növü üzrə yarışda qızıl medal qazanıb. Finala vəsiqə uğrunda qazaxıstanlı rəqibinə qalib gələn C.Süleymanov həlledici görüşdə Qırğızıstan təmsilçisini məğlubiyyətə uğradıb. İdmançımız qızıl medalla yanaşı, sentyabrın 5-də pəhləvan güləşi yarışlarında da millimizin aktivinə növbəti bürünc medalı yazdırmağı bacarıb. Qızıl medalı güləşçimizə III Dünya Köçəri Oyunlarına Azərbaycandan qonaq kimi dəvət edilən Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli təqdim edib. O, buna qədər də dəfələrlə Azərbaycan çempionu, Avropa və dünya çempionu olub.
Qeyd edək ki, ölkəmizə qızıl medalla dönən idmançımız C.Süleymanov öz həyat yoldaşı Zərif Süleymanova ilə birgə redaksiyamızın qonağı oldu. Qələbə sevincini oxucularımızla bölüşən Cəlal özü ilə qızıl medalını da redaksiyamıza gətirmişdi: “Dünyanın 80 ölkəsindən idmançıların qatıldığı bir yarışda üçrəngli bayrağımızı yüksəklərə qaldırmaq və himnimizi səsləndirmək şərəfinə nail olmaq hər bir azərbaycanlı üçün qürurvericidir. Bu günə qədər əldə etdiyim hər şeyə görə məhz idmana borcluyam. Avropa və dünya çempionatlarında uğur qazanmaq mənim üçün böyük şərəfdir. Amma ən böyük arzum Olimpiya çempionu olmaqdır. Buna nail olmaq üçün yüksək texnika, gərgin və fasiləsiz məşqlər, inam, iradə, məsuliyyət tələb olunur. Ümumiyyətlə, istənilən idman yarışlarında qələbə qazanmaq üçün, ilk növbədə, psixoloji və fiziki cəhətdən hazırlıqlı olmaq əsas şərtdir”.
Qeyd edək ki, çempionumuzun həyat yoldaşı Zərif Süleymanova da idmançıdır. O, stolüstü tennis üzrə Azərbaycan çempionudur. “Cəlalın uğurlarını gördükcə ailəcə çox sevinirik. Ona yalnız qələbə yaraşır. Çünki necə əziyyətlə çalışdığını mən görmüşəm. Həm özünün məşqçisidir, həm də tələbələr yetişdirir. Bu dəfəki qələbəsini də çox böyük həvəslə gözləyirdik. Qızım və oğlumla onun yarışlardan qələbə xəbəri ilə dönəcəyinə inanırdıq. Gələcəkdə övladlarımız da bizim kimi idmançı olmaq istəyirlər”, - deyə Z.Süleymanova bildirib.
Müşfiqə BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29
Dünya
26 May 16:28

