/ / Beynəlxalq qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan beynəlxalq şahmat turniri start götürüb
Beynəlxalq qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan beynəlxalq şahmat turniri start götürüb
25.07.2018 [09:32]
İyulun 24-ü Azərbaycanın məşhur şahmatçısı, mərhum Vüqar Həşimovun doğum günüdür. Beynəlxalq qrossmeyster yaşasaydı, bu gün 32 yaşı tamam olacaqdı.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə iyulun 24-də tanınmış şahmatçı Vüqar Həşimovun xatirəsinə həsr olunan uşaqlar və böyüklər arasında ənənəvi beynəlxalq şahmat turnirinə start verilib.
Turnirin iştirakçıları əvvəlcə ikinci Fəxri xiyabanda Vüqar Həşimovun məzarını ziyarət edərək, onun xatirəsinə dərin ehtiramlarını bildirib, məzarı üzərinə gül dəstələri düzüblər.
Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov Vüqar Həşimovun keçdiyi həyat yolundan və şahmat yarışlarında qazandığı nailiyyətlərdən danışıb. Azərbaycanda şahmatın inkişafında, istedadlı idmançıların yetişməsində Vüqar Həşimovun mühüm rol oynadığını vurğulayan nazir müavini bildirib ki, şahmatla məşğul olan yeniyetmələr onu özlərinin kumiri hesab edirdilər. Uşaqlar Vüqar kimi yarışlarda uğur qazanıb, ölkəmizi layiqincə təmsil etmək arzusunda olublar. Hazırda Vüqar Həşimov Şahmat Akademiyası uğurla fəaliyyət göstərir və burada uşaqlar idmanın bu qədim növünün sirlərinə yiyələnirlər
“Azərbaycan mötəbər beynəlxalq yarışlara yüksək səviyyədə ev sahibliyi edir. İrimiqyaslı tədbirlər, yarışlar təkcə Bakıda deyil, regionlarda da təşkil olunur. Vüqar Həşimovun xatirəsinə həsr olunan ənənəvi “Shamkir Chess” turnirinə dünyanın ən güclü və reytinqli zəka sahibləri qatılırlar. Dünya çempionu Maqnus Karlsenin bu turnirdə iştirakı superturnirin səviyyəsindən xəbər verir”, - deyə İsmayıl İsmayılov əlavə edib.
Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov mərhum şahmatçı Vüqar Həşimovun idmançı kimi parlaq nailiyyətləri ilə yanaşı, onun yüksək insani keyfiyyətlərindən də danışıb. Vitse-prezident bildirib ki, Vüqar Həşimov şahmatda qazandığı nailiyyətləri ilə bundan sonra da yaddaşlarda qalacaq. O, ölkəsini sevən, komanda yoldaşları ilə daim mehriban münasibətdə olan və öz biliklərini şahmatçılarla bölüşməkdən çəkinməyən insan idi.
Azərbaycan komandasının ilk dəfə Avropa çempionu olmasında Vüqar Həşimovun inamlı oyunu ilə mühüm rol oynadığını xatırladan Faiq Həsənov onun yoxluğunun ölkə şahmatında hiss edildiyini deyib.
Vüqarın atası Qasım Həşimov açılış mərasimində çıxış edərək turnirin əhəmiyyətindən danışıb, oğlunun xatirəsinə göstərilən ehtirama görə minnətdarlığını bildirib: “Vüqar hər zaman Azərbaycanda uşaqlar arasında beynəlxalq şahmat turnirinin keçirilməsini arzulayırdı. Bu gün siz belə turnirlərdə iştirak etməklə bacarığınızı artırırsınız. Vüqarın xatirə turniri uşaqlar arasında artıq ənənəvi olaraq keçirilir. Vüqarın qısa, lakin şərəfli ömür yolu gənc şahmatçılarımıza nümunə olmalıdır. Bütün iştirakçılara uğurlar arzulayıram. Qoy, güclü qalib gəlsin”.
Əməkdar məşqçi, FIDE arbitri Xanlar Allahverdiyev mərhum şahmatçının xüsusi istedada malik olduğunu diqqətə çatdıraraq deyib: “O, həmişə digər şahmatçılardan fərqlənirdi. Vüqarın şahmata olan tükənməz sevgisini, komanda yoldaşları ilə səmimi dostluq münasibətlərini və nizam-intizamını həmişə yüksək rəğbətlə qarşılamışam. Vüqar Azərbaycanın şahmat tarixində silinməz iz buraxıb”.
Şahmatçı ilə bağlı xatirələrini bölüşən məşqçi Vüqarla ilk oyununu xatırlayaraq onun şahmatın sirlərinə dərindən bələd olduğunu və adının tanınmış şahmatçılarla bir arada çəkildiyini diqqətə çatdırıb.
Çıxışlardan sonra Əməkdar Məşqçi, beynəlxalq usta, yığma komandanın məşqçisi, Vüqar Həşimov Fondunun prezidenti Anar Allahverdiyev turnirin qaydaları barədə məlumat verib.
Sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib və beynəlxalq turnir açıq elan olunub. Bildirilib ki, Azərbaycan, Rusiya, Fransa və Birləşmiş Ərəb Əmirliklərindən 10 şahmatçının iştirak etdiyi “A” turniri dairəvi, 60 zəka sahibinin mübarizə apardığı “B” turniri isə İsveçrə sistemi üzrə 9 turdan ibarət olacaq. Avqustun 1-dək davam edəcək mübarizəyə Azərbaycan, dünya və Avropa birinciliklərinin mükafatçıları, beynəlxalq əmsalı 1700-dən yüksək olan şahmatçılar qoşulublar.
Beynəlxalq turnirin reytinq favoriti Azərbaycan şahmatçısı Murad İbrahimlidir.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

